Əsas Səhifə > Dünya > İRAN SURİYADA SÜRPRİZ İSTƏMİR
İRAN SURİYADA SÜRPRİZ İSTƏMİR19-09-2012, 09:28 |
FARS-MOLLA REJİMİ MƏRHƏLƏLİ DƏYİŞİKLİKDƏN DANIŞIR DİA.AZ: - İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib ki, Suriyada sürpriz şəklində yox, mərhələli şəkildə baş verəcək dəyitşikliyə dəstək vermək niyyətindədirlər. «Suriya Təmas Qrupu»nun toplantısı səbəbindən Qahirədə olan Əli Əkbər Salehi Ərəb Birliyinin baş katibi Nəbil Ərəbiylə regiondakı durumu və İranın sədrlik etdiyi Qoşulmayanlar Hərəkatının zirvə toplantısını müzakirə edərkən belə deyib. DİA.AZ-ın əcnəbi mətbuata istinadən verdiyi xəbərə görə, Salehi həmçinin bildirib ki, İran Suriya müxalifəti ilə Bəşər Əsəd rejimi arasında vasitəçilik, bu kimi görüşlərə ev sahibliyi təklifini təkrarlamaqdadır. Geri qayıt |