Əsas Səhifə > Sosial, Manşet > BEYLƏQANIN İCRA BAŞÇISI ÖZÜNÜ CƏNCƏLƏ SALDI

BEYLƏQANIN İCRA BAŞÇISI ÖZÜNÜ CƏNCƏLƏ SALDI


19-09-2012, 10:26
BEYLƏQANIN İCRA BAŞÇISI ÖZÜNÜ CƏNCƏLƏ SALDI

SAHİBKARLARI QİYAMA SÖVQ EDƏN VAQİF ABDULLAYEV TƏNBEH OLUNDU

DİA.AZ: - Beyləqan mərkəzi bazarında işləyən 50-yə yaxın sahibkar sentyabrın 19-da rayon icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirib.

DİA.AZ bildirir ki, sahibkarların AzadlıqRadiosuna verdiyi məlumata görə, onların etirazına səbəb mərkəzi bazarın əsas yola çıxan qapısının bağlanmasıdır. Sahibkarlar hesab edir ki, bazarın əsas giriş qapısının qaynaq edilməsi onların ticarətinə mənfi təsir göstərməkdədir.

Onlar belə bir addımın hansı səbəbdən atılmasını bilmirlər və tələb edirlər ki, bazarın əsas giriş qapısı açılsın.

Sahibkarlardan aldığımız məlumata görə, bir qədər sonra icra başçısı onları qəbul edib və bazarın qaynaq edilmiş qapısının açılmasına göstəriş verib.

BEYLƏQANIN İCRA BAŞÇISI ÖZÜNÜ CƏNCƏLƏ SALDI

Beyləqan İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb.

DİA.AZ-a rayondakı qaynaqlardan ötürülən informasiyalardan isə aydın olur ki, əslində bazarın ana qapısının bağlanması ilə bağlı göstərişin özü də icra başçısı Vaqif Abdullayev tərəfindən verilibmiş. Bu barədə danışan rayon sakinlərindən birinin sözlərinə görə, başçı guya ki, bu yolola Beyləqanda islahatlar aparır. Amma sahibkarların etirazı nəticəsində Vaqif Abdullayev niyyətindən vaz keçməli olub.

Bir başqa mənbə isə bu gün Beyləqanda baş verən sahibkar qiyamının əks-sədasının hətta Bakıya yetişdiyini də söyləyir: «Birbaşa olaraq Prezident Administrasiyasından müdaxilə olub və bunun da nəticəsində Vaqif Abdullayev geri çəkilmək zorunda qalıb. Hətta icra başçısı buna görə tənbeh də olunub».

Geri qayıt