Əsas Səhifə > Sosial, Manşet > UCAR İCRA HAKİMİYYƏTİNDƏ İNTİHAR

UCAR İCRA HAKİMİYYƏTİNDƏ İNTİHAR


1-11-2011, 10:45
UCAR İCRA HAKİMİYYƏTİNDƏ İNTİHAR

POLİS MAFİYASININ QURBANI NƏDƏN ÖZÜNƏ QƏSD EDİR?

DİA.AZ: - Redaksiyamıza Ucardakı qaynaqlardan ötürülən məlumatda deyilir ki, Ucarda polis özbaşınalıqlarına etiraz olaraq 25 oktyabr 2011-ci il tarixdə rayon sakini Kərimova Nailə özü ilə 1 şüşə neft götürərək icra hakimiyyəti başçısının qəbuluna gedib. Həmin vaxt ona məhəl qoyulmadığını görüb üstünə yanan maddə tökməklə özünə od vurub. Nəticədə sağ ayağı alışıb. Orada olan şəxslərin köməkliyi ilə Kərimovanı sakitləşdiriblər.

Bildirək ki, təxminən 5 ay əvvəl Nailənin oğlu Kərimov Ruslan CM-in 152-ci maddəsi ilə təqsirli bilinərək 1il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Buna etiraz olaraq Kərimova Nailə baş müstəntiq Nazim Əhmədovun işdən çıxarılaraq cinayət məsuliyyətinə cəlb olunmağını tələb edib.

Zərərçəkən Mirələm etiraf edib ki, “məni Nazim Əhmədov öyrədib və 4000 AZN də pul verib ki, 15dən çox şəxslər haqqında şikayət et qalanı mənlikdir”. Həmin cinayət işinin istintaqına 22 nəfər çağrılıb və 21 nəfərdən ümumilikdə 72000 AZN pul alınaraq cinayət təqibatına xitam verilib.

Bu işlə bağlı Nailə qeyd edir ki, “təkcə mənim oğlumu böhtanla tutublar”. Səbəb isə “Kurtlar Vadisi”-nin “Memati”-si Azad Hüseynovun və onun oğlanları Cahangir və Cavidanın etdikləri yalançı şahidlik əməlləridir. Eyni zamanda həmin şahidlərə də cinayət işinin qaldırılmasını Ucar RPŞ-nin rəizi Tahir Quliyevdən tələb edib. Polis rəis həm baş müstəntiq Nazim Əhmədovun və digər yalançı şahidləri cəzalandıracağına söz verib.

Digər intihara cəhd edən Ucar sakini Məmmədova Fərqanə Həmidullah qızı isə oktyabrın 29 dan 30-a keçən gecə 04:00 radələrində həyətə çıxaraq talvardan özünü asıb. Bu zaman səsə bayıra çıxan həyat yoldaşı Məmmədov Nizami onu qaldıraraq kəndiri boğazından çıxarıb. Qonşuları köməyə çağırıb. Bir neçə saat sonra xəstənin vəziyyətinin pis olduğunu görən Nizami təcili tibbi yardıma zəng edib. Təcili yardım ilkin tibbi yardım göstərdikdən sonra gedib. Təkrar zəng isə saat 14:00 radələrində edilib. Həmin vaxt xəstəni vəziyyəti ağır olduğu üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər.

Fərqanə Məmmədovanı intihara məcbur edən səbəb polisin və rayon prokurorluğunun qanunsuz əməlləri olub. Belə ki, 3 ay əvvəl onun oğlu Məmmədov Sadiq Nizami oğlu və kürəkəni Qarayev Müşfiq Knyaz oğlu AR CM-nin 221.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək onlar barəsində həbs qəti imkan tədbiri görülüb.

Hansı ki, hadisə planlı şəkildə Ucardakı “Kurtlar Vadisi” adlı mütəşəkkil dəstənin “Memati”-si hesab olunan Hüseynov Azadın, onun iki oğlu Cahangir və Cavidanın və mülki geyimli polis əməkdaşlarının onu döyməsi ilə başlamışdır.

Ucar RPŞ-nin rəis müavini İlham Əhmədov Fərqanənin hamilə qızını döyərək uşağını salmış, 7-8 yaşlarında nəvələrini polis şöbəsində beton üzərində yatırmış daha sonra Fərqanə və qızını polis şöbəsinin həyətindəki itlər üçün ayrılmış yerdə saxlamışdır.

Bu hadisədən sonra nəvələri ağır xəstəliyə tutulmuş və hal-hazırda həkim nəzarətində saxlanılırlar.

Fərqanənin vəziyyətinə gəlincə isə O, hal hazırda həkim nəzarətində saxlanılır.

Geri qayıt