Əsas Səhifə > Hadisə > ŞADLIQ EVİNDƏ QUMARXANA
ŞADLIQ EVİNDƏ QUMARXANA1-11-2011, 11:23 |
QUMARXANIN ARXASINDA KİM DAYANIR? Bakıda şadlıq evinin qumarxanaya çevrilməsi faktı aşkarlanıb. Vergilər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı vətəndaş Əliyev Qabil Cəlal oğluna məxsus, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 6 ünvanda yerləşən "Billur" şadlıq evində qanunsuz olaraq uduşlu "loto" oyunlarının təşkil olunduğu aşkar edilib. Çoxlu sayda insan cəlb etməklə qanunsuz loto oyunlarının keçirilməsi ilə məşğul olduğuna görə vətəndaş Əliyev barəsində müvafiq tədbirlər görülüb. Obyektdən qanunsuz fəaliyyəti təsdiq edən maddi sübut kimi 190 dəst "loto" kartları və daşları, 357 dəst "qızıl kupon" kartları, nağd pul və "qara mühasibatlıq" sənədləri aşkar olunaraq götürülüb. Geri qayıt |