Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOV QƏPİK-QURUŞA MÖHTAC QALIB

ZİYA MƏMMƏDOV QƏPİK-QURUŞA MÖHTAC QALIB


20-09-2012, 09:20
ZİYA MƏMMƏDOV QƏPİK-QURUŞA MÖHTAC QALIB

«LONDON TAKSİLƏRİ»NİN SÜRÜCÜLƏRİ QALIQ PULLARI NİYƏ QAYTARMIR?

DİA.AZ: - Redaksiyamıza müraciət edən Bakı sakini Cəlil Məmmədovun sözlərindən belə aydın olur ki, nəqliyyat naziri Ziya Məmmədovun bahalı qiymətə bəh-bəhlə ölkə paytaxtına sırıdığı Çin malı olan «London taksiləri»nin sürücüləri indi də vətəndaşların cibini soymaqla məşğuldurlar.

Şikayətçinin DİA.AZ-a ünvanladığı məktubda deyilir: «Dəfələrlə bu taksilərin xidmətindən istifadə etmişəm və hər dəfəsində qalıq pullarımı geri qaytarmayıblar. Taksidəki sayğac, məsələn, gediş haqqı kimi 3 manat 45 qəpik yazıbsa, o zaman 55 qəpiyimi sürücü kəsib. İlk əvvəl elə zənn etdim ki, sürücü fikirli olub. Amma sonradan məlum oldu ki, elə «London taksiləri»nin bütün sürücüləri «fikirlidirlər». Çünki ayrı-ayrı taksilərin xidmətindən istifadə edərkən də eyni qaydada qalıq pullarımı geri ala bilmədim. Və etiraz etdikdə həmin taksilərin sürücüləri maşını bərk sürərək, uzaqlaşıblar. Hətrta birisi qapısını açıq şəkildə sürməyə də qərar verib».

Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədov «London taksiləri»ndən istifadəni təbliğ etdiyi zaman çıxışlarının birində demişdi ki, o, köhnə sovet maşınlarından taksi kimi istifadə edildiyini görəndə utanır. İndii isə biz möhtərəm nəqliyyat nazirimizə müraciət edib soruşuruq: Cənab nazir, bəs öz taksilərinizin sürücülərinin oğurluqlarından utanmırsınızmı?! Bəlkə sizin bu beş-on qəpiklərə ehtiyacınız var?

Geri qayıt