Əsas Səhifə > Şou-biznes > NURA SURİ OĞLUNDAN AYRI DÜŞÜR

NURA SURİ OĞLUNDAN AYRI DÜŞÜR


20-09-2012, 09:59
NURA SURİ OĞLUNDAN AYRI DÜŞÜR

MÜĞƏNNİNİN BİR GÖZÜ GÜLÜR, BİRİ AĞLAYIR

Müğənni Nura Surinin bir gözü gülür, digəri isə ağlayır. Gülür ona görə ki, böyük oğlu Xosrov London universitetlərindən birinə daxil olub. Ağlayır ona görə ki, bu gün ana-bala arasında müvəqqəti və nəticəsi müsbət olacaq bir ayrılıq körpüsü yaranacaq.

"Bu gün atamla bərabər Xosrovu Londona aparıb, yerbəyer edəcəyik. Ona güvənirəm, hər şeyin könlüncə olmasını istəyirəm. Bununla bərabər, narahatam, axı təhsil alacağı müddət ərzində qürbətdə tənha yaşayacaq...", - deyə kövrək şəkildə fikirlərini bizimlə bölüşən Nura xanım bu arada Xosrovun idman növündə əldə etdiyi uğurlarını - medallarını da Facebook sosial şəbəkəsində paylaşmağı unutmayıb. Bu, bir növ müğənninin oğluna olan arxayınçılığının sübutu deməkdir.

Əlbəttə, arzular çox, ümidlər böyükdür. Ən əsası budur ki, Allah yolunu açıq etsin! Doğmaları üçün xeyirli övlad olub, vətəninə faydalı vətəndaş kimi geri dönsün!

Geri qayıt