Əsas Səhifə > Güney Press, Araşdırma > “GÖTÜR SİLAHI MƏNİ DƏ VUR, QARŞINDAYAM”

“GÖTÜR SİLAHI MƏNİ DƏ VUR, QARŞINDAYAM”


20-09-2012, 10:42
“GÖTÜR SİLAHI MƏNİ DƏ VUR, QARŞINDAYAM”

DEPUTATIN ADININ QARIŞDIĞI “RAZBORKA”

Bir müddət əvvəl Bakıda böyük bir “razborka” olub. Gunxeber.com-un məlumatına görə, bu son illər Azərbaycanda baş verən ən cidid bə təhlükəli “razborka”lardan biri sayılıb. Əvvəlcədən belə bir söhbətin olacağı barədə məlumatı olan şəxslər baş tutacaq söhbət sonrası çox ağır hadisələrin baş verəcəyini və böyük bir savaş başlayacağını düşünürmüşlər.
Doğurdan da gözlənilən söhbət baş tutub və çox ağır atmosferdə keçib.
Belə bir söhbətin baş tutmasının təşəbbüskarının Rusiyada yaşayan çox nüfuzlu bir avtoritet olduğu bildirilir. Onun qarşısında oturan şəxs isə uzun illərdi Azərbaycanda çox yüksək vəzifə tutan bir məmurun adı çox məşhur olan və ölkədə faktiki olaraq toxunulmazlıq imici qazanmış qohumu olduğu bildirilir.
Rusiyada yaşayan azərbayanlı avtoritetin həmin şəxsin davranışlarından xoşlanmadığı, onun nüfuz dairəsində olan bir ölkədə oğru dünyasının qanunlarına yad olan bir sıra qanlı hadisələrin baş verməsi və heç nə olmayıbmış kimi bütün bunların üstünün ört-basdır edilməsi kriminal aləmdə nüfuz sahibi olan bu şəxsin qəzəbinə səbəb olub.
Buna görə də avtoritet həmin şəxsə bir neçə dəfə sərt mesaj göndərib. Bir müddət əvvəl isə bu məsələni çözmək üçün Bakıya gəlib.
Söhbət paytaxtdakı məşhur restoranlardan birində baş tutub.
Lap əvvəlindən çox ağır başlayan və elə bu atmosferdə də davam edən söhbətin əsasən avtoritetin üstnülyü ilə keçdiyi və elə ağır olaraq da başa çatdığı bildirilir.
Məlumata görə, avtoritet üstündə bir sıra ağır cinayətlər olan həmin şəxsə təxminən belə deyib: “Qabağına çıxan hər kəsi vura biləcəyini fikirləşirsənsə və bunu edə bilirsənsə götür silahı məni də vur, qarşındayam”.
Həmin şəxs isə onunla heç bir problemi olmadığını əslində barəsində bir çox hallarda yalan məlumatlar yayıldığını, ona ilişməyən, kiminsə haqqını tapdalamayan, aşağılamayan, harınlıq etməyən heç kimlə işi olmadığını deyib.
Ancaq bunların avtoriteti qane etmədiyi və onun bir atəşlə həmin şəxsə xəbərdarlıq tipli yüngül xəsarət yetirdiyi bildirilir.
Baş verən bu hadisənin konkret hansı məsələ ilə bağlı olduğu barədə dəqiq məlumat olmasa da, bu işin bir ucunun həm də deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun iyulun 17-si gecə deputata məxsus “1001 Gecə” istirahət mərkəzində törətdiyi qətlə gedib çıxdığı da bildirilir.
Hələ bu qətldən dərhal sonra bu hadisənin davamının olacağı və ağr “razborka”ların baş verəcəyinin gözlənildiyi bildirilirdi.
Xatırladaq ki, iyulun 17-də saat 03-00 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən “1001 Gecə” istirahət mərkəzində Mirələmovun qardaşı oğlu – Mirələmov Rəşad Əlirza oğlunun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan güllə yarası alıb. Ramal Bayramov aldığı xəsarətdən vəfat edib. Rəşad Mirələmov həbs edilib. Daha sonra bu hadisəyə görə bir neçə nəfər də saxlanılıb.
Hadisədən dərhal sonra H.Mirələmov qətl törədən qardaşı oğlunun “cinayət aləmi”nin qanunları ilə yaşadığını və əvvəllər də iki dəfə məhkum edildiyini bildiridi.

Haqqında yazdığımız son “razborka” ilə bağlı H.Miələmovun adı bu formada keçir ki, deputat “1001 Gecə”də baş verən qətl hadisəsi ilə bağlı işi yüngülləşdirmək üçün hüquqi müstəvidə iş görməklə yanaşı, bu hadisəyə görə kriminal aləmin qanunları ilə onlardan qisas alınmasını önləmək üçün də müəyyən addımlar atıb və nüfuzlu avtoritetlərdən kömək istəyib.
Məlumata görə, elə paytaxtda baş verən, axırı qanla bitən söhbət zamanı deputatın adı da tez tez çəkilib və “1001 Gecə”dəki qətllə bağlı onun yaxın ətrafına toxunulmaması məsələsi ciddi tələb kimi qoyulub.
Məsələ ilə bağlı daha ətraflı məlumatlar əldə etməyə, dəqiqləşdirmələr aparmağa çalışmaqla bərabər, bu mövzuya aid bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt