Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISININ 600 MİNLİK “RASXOD”U
İCRA BAŞÇISININ 600 MİNLİK “RASXOD”U21-09-2012, 09:00 |
AĞSUNUN ŞEFİ BU QƏDƏR XƏRCİ HƏDİYYƏ ÜÇÜN ÇƏKİB Azərbaycanın rayonlarında acınacaqlı vəziyyət davam edir. Belə ki, rayonlarda ağır durum olsa da, yerli məmurlar heç də öz imkanlarından narazı deyillər. Bu gün Ağsu rayonundan maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bu yaxınlarda böyük bir bazarlıq edib. Belə ki, o, ümumi dəyəri 600.000 manat olan "Mersedes" markalı avtomobil və dəbdəbəli bir villa alıb. Mənbənin bildirir ki, həmin hədiyyələrin kimin üçün alındığı da məlumdur. Sadəcə müəyyən araşdırmalardan sonra həmin adamın adını açıqlayacağıq. Onun sözlərinə görə, rayonda ciddi sosial-iqtisadi vəsziyyətin ağır olduğu bir vaxtda Ənvər Seyidəliyevin bu addımı atması olduqca gülünc görünür. Çünki bu gün Ağsu rayonunda insanlar ağr şəraitdə yaşayır. Görünür, insanların necə yaşaması icra başçısı üçün qəti maraqlı deyil. Məlumatda o da bildirilir ki, Ağsu rayonu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun kurasiyasında olan rayonlardandır. Ağsu rayon icra başçısı da Səlim Müslümovun yaxın qohumudur. Məhz bu rayonda bütün idarə rəhbərləri Ənvər Seyidəliyevin yaxın qohumlarıdır. Məlumatı dəqiqləşdirmək üçün Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz nəticəsiz qaldı. Mövzu ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. \ 7gun \ Geri qayıt |