Əsas Səhifə > Partiya > İSTEFALAR İCTİMAİ PALATANI ÇÖKDÜRƏCƏKMİ?
İSTEFALAR İCTİMAİ PALATANI ÇÖKDÜRƏCƏKMİ?21-09-2012, 09:44 |
“HEÇ BİR TƏSİRİ OLMAYACAQ” “İctimai Palatanın (İP) Korrdinasiya Şurasından bir neçə nəfərin istefa verməsi biz də təssüf doğurur”. Bunu SalamNews-a İP-in Məclis üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli deyib. O bildirib ki, istefalara emosional parametrlər təsir göstərib: “Baş vermiş istefalar İctimai Palatanın fəaliyyətinə heç bir ciddi təsir göstərməyəcək. Bu gün İctimai Palatada kifayət qədər iddialı adamlar var ki, Koordinasiya Şurasında təmsil oluna bilər. Ona görə də bu istefalar bizi o qədər də narahat etmir”. N.Məmmədlinin sözlərinə görə, İP-də əsas güc mərkəzi rolunu AXCP və Müsavat Partiyası oynayır və bu partiyalarının təmsilçiləri olan Koordinasiya Şurası üzvləri istefa versəydi, o zaman İP-in fəaliyyətinə mənfi təsir olardı. Geri qayıt |