Əsas Səhifə > Güney Press, Araşdırma > ÇÖRƏYİN BAHALAŞMASI ƏRZAQ BAZARINA BAHALIQ GƏTİRƏCƏK
ÇÖRƏYİN BAHALAŞMASI ƏRZAQ BAZARINA BAHALIQ GƏTİRƏCƏK21-09-2012, 09:47 |
İQTİSADÇILAR HƏYƏCAN TƏBİLİ ÇALIR Azərbaycanda çörəyin qiymətinin müəyyən qədər artması dünya bazarında taxıl və unun qiymətinin qalxması ilə bağlıdır. Bunu Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, son illərdə Azərbaycanda həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində taxıl istehsalı artsa da, bizi tam təmin edəcək səviyyədə deyil və biz xüsyusən də çörək istehsalı üçün lazım olan taxıl və unu xaricdən alırıq. O deyib: “Çörək istehsalı üçün lazım olan taxıl və un xaricdən alındığında dünya bazarındakı artımda Azərbaycana öz təsirinin göstərir və müəyyən səviyyədə artım olub. Amma Azərbaycanda kifayət qədər taxıl ehtiyatı olduğundan çörəyin qiymətinin kəskin artırılması üşün əsas və ehtiyac yoxdur”. Deputat söyləyib ki, çörəyin qiymətini süni surətdə saxlamaq və ya aşağı salmaq düzgün taktika deyil. Ona görə ki, bu proses çörək istehlakçılarının sıradan çıxarılmasına və bu da öz növbəsində çörək qıtlığına gətirib çıxara bilər. Çörəyin qiymətinin artımı digər istehlak məhsullarının artımına öz təsirini gösətərcək. Geri qayıt |