Əsas Səhifə > Partiya > MÜXALİFƏTİN TƏDBİRİNƏ YAP DA DƏVƏT EDİLİB

MÜXALİFƏTİN TƏDBİRİNƏ YAP DA DƏVƏT EDİLİB


1-11-2011, 14:02
MÜXALİFƏTİN TƏDBİRİNƏ YAP DA DƏVƏT EDİLİB

“TƏKLİFİNİZ VARSA, TƏŞİKLATÇILARA BİLDİRİN”

VHP Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ölkədə baş verən ictimai-siyasi proseslərə gənclərin baxışı və son vaxtlar gənclərə, jurnalistlərə edilən basqılarla bağlı Forum təşkil ediləcək.

Partiyadan Modern.az-a bildirilib ki, Forumda ölkədə insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının məhdudlaşdırılması yönündə hakimiyyətin apardığı mürtəce siyasət əsas müzakirə mövzusu olacaq.

“Həmçinin, Forumda həbsdə olan gənc siyasi məhbusların durumu və iqtidarın təşkil etdiyi VI respublika gənclər forumu müzakirə ediləcək.

Əgər Forumda müzakirə ediləcək təklifiniz varsa, təşkilatçılara bildirə və ya tədbirin (eventin) divarına yaza bilərsiz”-deyə təşkilatçılar bəyan ediblər.

Forumda müxalif və müstəqil gənclər iştirak edəcəklər. Eyni zamanda, Gənclər və İdman Nazirliyinə, YAP-a və iqtidaryönümlü gənclər qurumlarına da Foruma qatılmaları üçün dəvət göndəriləcək.

Forum noyabrın 2-də saat 14:00-da VHP-nin Mərkəzi Qərargahında keçiriləcək.


Geri qayıt