Əsas Səhifə > Dünya > LUKAŞENKONUN DAHA BİR “ŞAH ƏSƏRİ”
LUKAŞENKONUN DAHA BİR “ŞAH ƏSƏRİ”24-09-2012, 09:31 |
BELARUSDA MÜXALİFƏTSİZ PARLAMENT FORMALAŞDI Belarusda sentyabrın 23-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri məlumdur. “Media forum” saytının məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina sentyabrın 24-nə keçən gecə jurnalistlərə deyib ki, 110 seçki dairəsinin 109-da seçki baş tutub. O, Qomel vilayətindəki dairələrin birində alternativsiz mübarizə aparan şəxsin mandat ala bilmədiyini, orada təkrar seçki keçiriləcəyini bəyan edib. Aparıcı müxalifət partiyalarının – Belarus Xalq Cəbhəsi və Birləşmiş Vətəndaş Partiyasının boykot etdiyi seçkidə müxalif düşərgədən kiminsə uğur qazanıb-qazanmadığı bilinmir. Mərkəzi Seçki Komissiyasının sədri “Müxalifətdən parlamentə düşən varmı” sualını “Buna şübhə edirəm” deyə cavablndırıb. İcra hakimiyyətinin seçki prosesinə müdaxilə etdiyini vurğulayan müxalifət partiyaları nəticələri tanımayacaqlarını bəyan ediblər. Geri qayıt |