Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCAN HAMIYA "YOX" DEYİR

AZƏRBAYCAN HAMIYA "YOX" DEYİR


24-09-2012, 09:33
AZƏRBAYCAN HAMIYA "YOX" DEYİR

ƏLİ HƏSƏNOV PRİNSİPLƏRİ AÇIQLADI

İstər NATO, istər Kollektiv Təhlükəsizlik Müqavilsəi Təşkilatının üzvləri, istərsə də digər hərbi qüvvələrin bölgədə manevr edərək öz gücünü nümayiş etdirməsi Azərbaycanın regional sülh prinsiplərinə uyğun gəlmir. DİA.AZ xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dünən ANS TV-nin “Hesabat” proqramına müsahibəsində deyib.

Ə.Həsənov bildirib ki, biz onu da anlayırıq ki, mövcud olan təşkilat sınaq və təlim keçirməlidir: “Əsas məsələ odur ki, Azərbaycan bu gün bitərəf ölkələr blokunda təmsil olunaraq, hərbi təhlükəsizlik məsələlərini müstəqil şəkildə, tərəfsiz təmin etməyə çalışır. Amma eyni zamanda Kollektiv Təhlükəsizlik Müqavilsəi Təşkilatının üzvləri və onun əsas üzvü olan Rusiya, həm NATO və onun üzvləri ilə milli təhlükəsizli sahəsində ya əməkdaşlıq qurur, ya qurmaqdadır, ya da qurmağa çalışır. Ona görə də Kollektiv Təhlükəsizlik Müqavilsəi Təşkilatına rəqib kimi deyil, tərəfdaş kimi baxırıq.”

Geri qayıt