Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELMAR MƏMMƏDYAROV VƏZİFƏSİNDƏN ALINIR

ELMAR MƏMMƏDYAROV VƏZİFƏSİNDƏN ALINIR


24-09-2012, 10:03
ELMAR MƏMMƏDYAROV VƏZİFƏSİNDƏN ALINIRRAMİL SƏFƏROV MƏSƏLƏSİ XİN-DƏ BPHRANLI DURUM YARADIB

Azərbaycan hakimiyyəti daxilində uzun müddətdən bəri ilk dəfə xarici siyasət məsələləri ətrafında ciddi böhran yaşanıb. Musavat.com-un yazdığına görə,maraqlıdır ki, bu barədə məlumatlar ilk dəfə Ukrayna mətbuatında gedib. Fraza.ua saytında bu günlərdə yer alan məlumatda yazılır ki, Ramil Səfərovun azad olunması məsələsi ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin qəzəbinə tuş gəlib.

Gunxeber.com-un məlumatına görə, R.Səfərov məsələsindən sonra demək olar, əksər aparıcı dövlətlərdən və nüfuzlu beynlxalq təşkilatlardan Azərbaycanın ünvanına sərt və ciddi ittihamlar gəlib.

Görünən budur ki, Azərbaycan XİN belə bir mühüm planın həyata keçirilməsindən sonra hansı xoşagəlməz hadisələrin baş verə biləcəyini ya düzgün proqnozlaşdıra bilməyib, ya da əvvəlcədən lazımi addımlar atılmayıb.

Gələn xəbərlərə görə, E.Məmmədyarovun istefaya göndərilməsi məsələsi çox ciddidi və artıq onu əvəzləyəcək əsas namizəd üzərində də ciddi müzakirələr gedir.

Həmin şəxs ölkənin birinci ledisi Mehriban Əliyevanən əmisi Hafiz Paşayevdi.

Hazırda xarici işlər nazirinin müavini olan H.Paşayev təcrbəli diplomat kimi tanınır və uzun müddət Azərbaycanın ABŞ-dakı səfiri olub.

Mətbuatın yzdığına görə, bu məsələnin reallaşmasının bir qədər ləngiməsinə səbəb hakimiyyətdəki “Naxçıvan qruplaşması” kimi tanınan komandanın XİN-nin Paşayevlərin nəzarətinə keçməsinə qarşı çıxaraq buna müqavimət göstərməsidi.

Amma bu məsələnin də yoluna qoyulmaq üzrə olduğu bildirilir.

E.Məmmədyarova gəlincə, o, 2004-cü ildə bu postda Vilayət Quliyevi əvəzləyib.

Geri qayıt