Əsas Səhifə > Şou-biznes > “MƏNƏ PULSUZ BAXIBLAR”
“MƏNƏ PULSUZ BAXIBLAR”24-09-2012, 10:16 |
“ÖZLƏRİ İSTƏYİBLƏR, MƏN DƏ RAZI OLMUŞAM” Teleaparıcı Leyla Mustafayevanın Milli.Az-a müsahibəsi. - Leyla xanım, televiziya sahəsinə necə gəldiniz? Çox çətinlik çəkdiniz? - Üçüncü kursda oxuyanda televiziyada işləmək üçün universitetimizə seçim etməyə gəlmişdilər, mən də seçilən qızların arasında idim. Televiziyada bir verilişə prodüser-müxbir lazım idi. Bir həftə ərzində verilən tapşırıqları istədikləri kimi yerinə yetirəndən sonra işə qəbul olundum. İnanırsınız, adi kompüterdə yazmağı belə bacarmırdım. İlk iş günü bunu kimsə bilmədi, heç kimə bunu hiss etdirmədim. Özümü elə aparırdım ki, guya hər şeydən xəbərim var (gülür). Bir-iki həftə çətinlik çəkdim, öyrənmək üçün hamının işinə baxırdım. Artıq səkkiz ildir, bu sahədəyəm. - Bir zamanlar səhərlər verilişinizlə salamlayırdınız bizi... - İnşallah, başqa verilişlərlə salamlayaram. Hələ hər şey qarşıdadır. - Hazırda iş fəaliyyətinizi harada davam etdirirsiniz? - Yerli prodakşnlardan birində redaktor kimi fəaliyyət göstərirəm. Hazırladığım veriliş yerli kanallardan birində yayımlanır. - Leyla xanım, sosial şəbəkələrdə sənət əhli ilə görürəm sizi. Nə xəbərdir? - Burada qeyri-adi bir şey olmadığını düşünürəm. Mən bu neçə il ərzində mədəniyyət sahəsində çalışdığım üçün əksər sənətçilərlə münasibətlərim var. Xüsusilə də "qaymaq" sənətkarlarla. - Səhv etmirəmsə, bu il bir seriala da çəkildiniz. Özünüzü aktrisa kimi sınamaq çətin olmadı ki? - Seriala təklif rejissor Mahir Canasdan gəldi və mən də özümü aktrisa kimi sınamaq istədim. Serialın adı "Sadko"dur. Əslində, çəkilişlər çox əyləncəli keçdi. Uşaq evində böyümüş qızın rolunu canlandırıram. Baş rollardan biridir. - Düşünmürsünüzmü ki, rolunuz yaxşı alınmasa, sənətkarlar tərəfindən qınaq obyektinə çevrilə bilərsiniz? - İnanırsınız, özüm üçün də serialı efirdən izləmək maraqlı olacaq. Bəyənilərsə - əla, bəyənilməsə də - canları sağ olsun! Bu mənim üçün də bir sınaqdır. Amma hamı tərəfindən sevilməsini istəyirəm. - Leyla xanım, ailə həyatınızdan danışa bilərsiniz? - Vallah, bu barədə danışmağı sevmirəm. Mənə elə gəlir ki, bu, yalnız mənə aid olan bir şeydir. Onu deyə bilərəm ki, 7 yaşında Selcan adlı bir qızım var. - Ev işləri, biş-düş ilə aranız necədir? - Biş-düşlə aram yoxdur, bu barədə tənbələm. Eyni zamanda işimin çoxluğu baxımından çatdırmıram. - Qızınızın hansı sənətə həvəsi var? - Rəqsə, pianoya həvəsi var. Mən də ona şərait yaradıram. - Səyahət etməyi çox sevirsiniz? - Gəzməyi və əylənməyi çox sevirəm. - Yay tətilində harada dincəldiniz? - Bu yay Litvada, Polşada və Ukraynada oldum. Qısa müddətdə isə Qəbələdə dincəldim. Fürsət düşən kimi Azərbaycanımızın regionlarına üz tuturam. - Dostlarla harada əylənirsiniz? - Maraqlı partilərdə və ya haradasa əyləncə mərkəzində. Kinoya getməyi sevirəm. Yeni filmləri izləmək üçün tez-tez getdiyim məkandır. - Şou-biznes aləmindən necə, dostlarınız var? Ümumiyyətlə kaprizli insansınız? - Şou-biznes aləmindən də dostlarım var. Kapriz deməzdim, mən insanlarla tez bir zamanda ünsiyyət qurmağı bacarıram. Ətrafımda tanışlarım çoxdur. Bəzən onlar mənim onlara qarşı olan səmimiyyətimi düzgün anlamırlar. O zaman da onlarla vidalaşıram. Ümumiyyətlə, hər bir şeyi zamanında və yerində dəyərləndirən biriyəm. İstəyirəm ki, ətrafımdakılar da belə olsunlar. - Etiraf edin ki, falçıya da getmisiniz... - Bu arada, yalan danışmağı da sevmirəm. O qədər getmişəm falçıya. Xüsusilə darıxanda getmişəm. Onlarla çox əylənirəm (gülür). Dedikləri sözlərə də inanmıram. - Bəs verdiyiniz pullara heyfiniz gəlmirdi? - Mənə pulsuz baxıblar, özləri istəyiblər, mən də razı olmuşam. - Qara qaşınıza, qara gözünüzə vurulmuşdular? - Məndə, deyilənə görə, şeytan tükü var. Geri qayıt |