Əsas Səhifə > Dünya > “HİZBULLAH” AZƏRBAYCANI HƏDƏLƏDİ
“HİZBULLAH” AZƏRBAYCANI HƏDƏLƏDİ1-11-2011, 15:58 |
TƏBRİZDƏKİ KONSULLUĞUMUZ TƏHLÜKƏDƏ Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunun binası qarşısında noyabrın 4-də etiraz aksiyası keçiriləcək. APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Hizbullah”ın İran qolu olan “Hizbullah Ənsarı” Təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani bildirib. Becani deyib ki, Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycan Respublikasının anti-islami siyasətlərinə etiraz olaraq bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar: “Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər”. Geri qayıt |