Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN OĞLU HANSI FİKİRDƏDİR?

ZİYA MƏMMƏDOVUN OĞLU HANSI FİKİRDƏDİR?


24-09-2012, 12:23
ZİYA MƏMMƏDOVUN OĞLU HANSI FİKİRDƏDİR?

ANAR MƏMMƏDOV BU DƏFƏ İKİ QƏZETİ BİR DƏFƏYƏ CƏRİMƏLƏTMƏK İSTƏYİR

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun antimətbuat kampaniyası davam edir. Məlumdur ki, «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində «ayı işi» ilə bağlı məhkəmədə çəkişən nazir övladı bu günlərdə «Gündəm Xəbər» qəzetini 10 min manat həcmində cərimələtmişdi.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Anar Məmmədov yenidən «Gündəm Xəbər» qəzetilə bağlı məhkəməyə müraciət edib və bu dəfə qəzetdən 30 min manat tələb edib. Bu barədə redaksiyamızı bilgiləndirən «Gündəm Xəbər» qəzetinin baş redaktoru Nəsimi Şərəfxanlının sözlərinə görə, Anar Məmmədov «Gündəm Xəbər» qəzeti ilə yanaşı «Unikal» qəzetini də eyni iş üzərə məhkəmə verib və hər iki qəzetdən eyni məbləğdə təzminat istəyir.

Hər halda, nazir oğlunun mətbuatla məhkəmə dili ilə danışmasının hansı səbəbdən baş verdiyini hələ də müəyyən etmək imkansızdır. Əgər bu yolla Ziya Məmmədov öz övladının şərəfini uca tutmağa çalışırsa, çox güman yanıldığını özü də təsdiqləyər. Çünki onsuz da böhranlı durumda olan müstəqil mətbuata haqlı-haqsız zərbə vurmaq və onsuz da maddi böhran keçirən qəzetləri cərimələdərək onların fəaliyyətlərini durdurmalarına nədən olmaq heç bir halda şərəfli iş hesab oluna bilməz.

Geri qayıt