Əsas Səhifə > Sosial, Manşet > PREZİDENTƏ SUİ-QƏSDİN ARXASINDA KİM DURUR?
PREZİDENTƏ SUİ-QƏSDİN ARXASINDA KİM DURUR?25-09-2012, 10:06 |
TERROR NİYYƏTİNDƏN VAZ KEÇMƏYƏN VƏHABİLƏR HARDAN HİMAYƏ OLUNUR? DİA.AZ: - Bakıda vəhabilərin məscidi kimi tanınani «Əbu-Bəkr»in fəaliyyətinə son verildikdən sonra pərən-pərən düşən vəhabi təriqətinə inanların adları sonradan bir sıra cinayət əməllərində hallandırıldı. Hətta onların «Avroviziya-2012» mahnı yarışması zamanı prezident İlham Əliyevə sui-qəsd planı hazırlamaları faktı da ortaya çıxdı. Təbii ki, belə bir təhlükəli ideya daşıyıcılarının hər zaman Azərbaycan dövlətinə və Azərbaycan dövlətinin rəhbərliyinə, tanınmış, nüfuzlu simalarına təhdid rolunu oynadıqları hər kəsə aydındır. Amma aydın olmayanı odur ki, günü bu gən də vəhabilər Azərbaycanda çox rahatcasına fəaliyyətlərinin sürdürməkdə, sıralarını genişləndirməkdədir. Yaxşı bir üsul da icad ediblər. Özlərinin məşhur terrorçu Üsamə Bin Ladenin də aid olduğu radikal vəhabi qanadından olmadığını iddia edən bu təriqət üzvləri inanclarının adlarının «sələfi» olduğunu söyləyir, həmin qüvvələrin isə «xavaric» adlandırılmasını tələb edirlər. Halbuki işin əsl mahiyyətində sələfilərlə xavaricləri arasında heç bir fərqin olmadığı hər kəsə aydındır. Çünki istənilən an sələfi əlinə sildah alıb xavaricə dönüşə bilirsə, demək, birinci əslində ikinci üçün baza rolunu oynamaqdadır. Yəni necə ki, bu gün qardaş Türkiyədə minlərlə insanı qətlə yetirən PKK kürd terror təşkilatının BDP kimi görünən bir siması var və eləcə də əslində sələfilər xavariclərin açığa çıxan kəsimidir. Bəli, bir daha vurğulayırıq ki, bu gün bunca ittihamların və məlumatların fonunda vəhabilər hələ də Azərbaycanda rahat şəkildə öz bazalarını möhkəmləndirməklə məşğuldurlar. Bunun sirri nədir? Hər halda, burada dövlətə aid simalarının barmağının olması şəkksizdir. Yəni DÖVLƏT TƏMİNATI olmadan vəhabilərin Azərbaycanda hətta dəstəmaz alması belə imkansızdır. Demək, işin arxasında iş var. Xatırladaq ki, DİA.AZ olaraq vəhabilərin Azərbaycanda himayə olunmasının əsl nədənləri ilə bağlı yetərincə bilgilər vermişik. Və xatırladırıq ki, əslində Küveyt dövləti tərəfindən dəstəklənən Azərbaycan vəhabilərinin fəaliyyəti üçün hər il Azərbaycan dövlətinə 200 milyon dollara yaxın vəsait ödənirmiş. Doğrudur, sonradan bu pulun yarısı kəsildi və bu barədə açıqlama verən Küveytin dövlət rəsmiləri bildirdilər ki, səbəb Əbu-Bəkr məscidinin fəaliyyətinə qadağanın qoyulmasıdır. DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, əslində vəhabilərin Azərbaycan dövlətinin başında dayanan bir sıra çevrələrə ötürdükləri pul tək həmin 200 milyonla məhdudlaşmır. Bu barədə məlumatı verən qaynaq iddia edir ki, hər il konkret olaraq Prezident Administrasiyasında əsas mövqe sahibi olan rusiyayanlı qüvvələr Küveytdən vəhabilərin sərbəst fəaliyyətinin qarşılığı olaraq əlavə şəkildə 100 milyon ABŞ dolları alırlar. Yəni üst-üstə olaraq bu məbləğ 300 milyona çatır. Həmin məbləğin isə 200 milyon dolları Küveytə aid müxtəlif xeyriyyə fondlarının xətti ilə ötürülürsə, 100 milyon dollar çox şübhəli yollarla çatdırılır və mənbəmiz iddia edir ki, hətta bu qədər vəsait əlbəəl təslim edilir. Bu faktlar da təsdiqləyir ki, Azərbaycan hakimiyyəti içində dövlət maraqlarını pula satan yetərincə fiqurlar var ki, onlar üçün hətta prezidentin həyatına sui-qəsdin hazırlanması belə əhəmiyyət daşımır. Hər halda, həmin şəxslər bu yerdə qayıdıb deyə bilməzlər ki, «yox, bizim himayə etdiklərimiz sələfilərdir, amma terroru etmək istəyən xavariclərdir»… Təbii ki, bu gülməli nağıla inanan olmayacaq… Geri qayıt |