Əsas Səhifə > Dünya > OBAMADAN İSRAİLİ ÜZƏN AÇIQLAMA

OBAMADAN İSRAİLİ ÜZƏN AÇIQLAMA


25-09-2012, 10:19
OBAMADAN İSRAİLİ ÜZƏN AÇIQLAMA

ABŞ-DA SEÇKİQABAĞI GƏRGİNLİK ARTIR

ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində demokrat namizəd Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunun çıxışına münasibət bildirib. İran mövzusunda ABŞ-dan qırmızı xətt istəyən Natenyahuya cavab verən Barak Obama, israilli nazirin çıxışını səs-küy salmaq kimi xarakterizə edib.

Qeyd edək ki, 6 noyabr tarixində Amerikada keçiriləcək prezident seçkilərində respublikaçı namizəd Mitt Romneyin "Prezident həm müttəfiqləri, həm də düşmənləri qarşısında gücsüzdür" çıxışına da münasibət bildirən Barak Obama, "CBS" kanalında "60 Minutes" verlişində "Əgər yeni bir müharibə yaratmağımızı təklif edirsə bunu açıq söyləsin",-deyə bildirib. \ faktxeber.com \

Geri qayıt