Əsas Səhifə > Siyasət, Manşet > İRANIN AZƏRBAYCANLA BAĞLI ÇİRKİN PLANI

İRANIN AZƏRBAYCANLA BAĞLI ÇİRKİN PLANI


2-11-2011, 10:51
İRANIN AZƏRBAYCANLA BAĞLI ÇİRKİN PLANI

FARS-MOLLA REJİMİ MÜXALİF GƏNCLƏRİ YOLDAN ÇIXARIR

DİA.AZ: - Azərbaycanı bir müstəqil dövlət olaraq həzm edə bilmədiyini gizlətməyən fars-molla rejimi dünən artıq ölkəmizə qarşı terror hədəsi yağdırdı. Hər halda, «Hizbullah» təmsilçilərinin Azərbaycanın Tərbizdəki konsulluğumuzu hücumla təhdid etməsinin bir başqa adı yoxdur. Artıq İran adlanan dövlətdəki Azərbaycan diplomatlarının taleyinin təhlükə altında olduğunu da söyləyə bilərik.

Onu da bildirək ki, bu hədələrlə yanaşı fars-molla rejimi özünün nəzarətində olan təbliğat vasitələri ilə Azərbaycan dövlətinə, bu dövlətin atributlarına və prezidentinə qarşı da bir sayğısızlıq nümayiş etdirir. Az qala hər cümə günü ayrı-ayrı imam-cümələr tərəfindən söyüşlərin, təhqirlərin hədəfinə çevrilirik. Ki, bu məsələdə də rəsmi Tehran heç bir hüquqi məsuliyyət daşımır.

Onu da bildirək ki, İranın Azərbaycanda yeni təxribatlara imza atacağı barədə məlumatlar da yayılıb. Bu barədə «Fasebook» sosial şəbəkəsi vasitəsilə yayılan məlumatlarda deyilir ki, İranın Bakıdakı diplomatları son iki həftə ərzində ayrı-ayrı Azərbaycan vətəndaşlarından ibarət qruplarla görüşlə təşkil edir, həmin görüşlərdə gənclərimiz Azərbaycan dövlətinə qarşı fəaliyyətə sövq edilir.

Bu barədə yayılan xəbərlərdə deyilir: «Əsasən müxalif fikirli gənclərə üstünlük verilir. Və onlara elə belə başa salınır ki, guya fəaliyyətləri Azərbaycan hakimiyyətinə qrşıdır. Halbuki hədəfə sırf olaraq Azərbaycan dövlətinin alındığını sezməmək mümkün deyil».

Bu arada «Dünya» İnformasiya Agentliyi Redaksiyasına (dia-az.life) daxil olan bir başqa məlumata isə bildirilir ki, İran agenturası Azərbaycanın siyasi müxalifətinə nüfuz edə bilməsi yönündə də ciddi çabalar sərf etməkdədir.


Geri qayıt