Əsas Səhifə > Güney Press, Araşdırma > ZİYA MƏMMƏDOVUN ƏTRAFINDA MALİYYƏ QALMAQALI
ZİYA MƏMMƏDOVUN ƏTRAFINDA MALİYYƏ QALMAQALI26-09-2012, 09:48 |
NAZİRİN BANKI MƏHKƏMƏ DƏHLİZLƏRİNDƏ Nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan «Bank of Azebaijan» ASC ilə «Lənkəran şəhərlərarası avtovağzal» MMC və onun sahibləri arasında məhkəmə çəkişməsi gedir. Avtoağzal sahiblərinin «Lənkəran şəhərlərarası avtovağzal» ASC-nin adı ilə götürdükləri kreditlə bağlı yaranmış mübahisə adıçəkilən bankın məhkəməyə müraciət etməsinə səbəb ola da, hələ ki bank rəhbərliyi avtovağzal rəsmilərinə qalib gələ bilmir. DİA.AZ «Reytinq» qəzetinə istinadən xəbər verir ki, «Bank of Azebaijan» ASC «Lənkəran şəhərlərarası avtovağzal» MMC və onun sahiblərinə qarşı əvvəlcə Yasamal rayon məhkəməsində iddia qaldırıb: «Avtovağzalın sahibləri özəlləşdirilmiş «Lənkəran şəhərlərarası avtovağzal» MMC-nin əmlakını girov qoymaqla, «Bank of Azebaijan» ASC-dən iri məbləğdə kredit götürüblər. Hazırda həmin kredit müqaviləsi ilə bağlı ortaya mübahisələr çıxıb. Bank «Lənkəran şəhərlərarası avtovağzal» MMC-nin sahiblərindən borcun ödənilməsini və yaxud borcun ipoteka predmetinə yönəldilməsini məhkəmədən tələb etsə də, Yasamal rayon məhkəməsi bu iddianı təmin etməyib. Ona görə də qərardan apellyasiya şikayəti verilib». Məlumata görə, «Bank of Azebaijan» ASC-nin şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Gündüz Quliyein sədrliyi ilə araşdırılıb: Ötən həftə, daha dəqiqi, sert yabrın 18-də hakim Gündüz Quliyev bankın «Lənkəran şəhərlərarası avtovağzal»a qarşı şikayəti üzrə qərrını elan edib. O, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu isə bankın Ali Məhkəmədən savayı yolunun qalmadığını göstərir». Xatırladaq ki, ölkənin bank sektorunda işləyənlər «Bank of Azebaijan» ASC-nin nəqliyyat naziri Ziya Məmmədovun himayəsində olduğunu iddia edirlər. Ona görə də informasiyalı qaynaqları bu məhkəmə çəkişməsini nazir Ziya Məmmədovun obyektləri arasındakı intriqa kimi yozurlar». Məsələ ilə bağlı tərəflərin münasibətini də dərc etməyə hazırıq. Geri qayıt |