Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAUF ARİFOĞLU GÜLƏR ƏHMƏDOVAYA QARŞI

RAUF ARİFOĞLU GÜLƏR ƏHMƏDOVAYA QARŞI


26-09-2012, 10:15
RAUF ARİFOĞLU GÜLƏR ƏHMƏDOVAYA QARŞI

"MUSAVAT.COM" "MERKEZ.AZ-"ın BANNERİNİ ÖZ SƏHİFƏSİNDƏN YIĞIŞDIRDI

"Musavat.com" saytı bu gündən etibarən merkez.az saytının bannerini öz səhifəsində yerləşdirməkdən imtina edir. Bu barədə "Yeni Müsavat" qəzetinin rəhbərliyindən məlumat verilib.

Bildirilir ki, "musavat.com"-un öz reklam gəlirinin bir hissəsindən imtina edərək atdığı bu addımın əsasən iki səbəbi var. Onlardan biri bu günlərdə merkez.az-ın sahibinin adının rüşvət qalmaqalına qarışması, digəri isə saytın son vaxtlar, xüsusilə də dünən hakimiyyətin siyasi rəqiblərinə qarşı apardığı iftira xarakterli qara piar kampaniyasına qoşulmasıdır. "Merkez.az" bu kimi materialları öz banner blokunda yerləşdirir və o materialların cəlbedici başlıqları "musavat.com"-un səhifəsində görünür, oxucular isə bu sensasion başlıqları görür və iftira dolu materiallara daxil olaraq, onu tirajlayırlar. Nəticədə həm oxucular çaş-baş qalır (bəzən onlar elə bilirlər ki, bu, "musavat.com"-un materialıdır), həm də iftiraların ünvanlandığı siyasətçilər haqsız yerə diskreditasiya olunur.

Qəzet rəhbərliyi qeyd edir ki, "merkez.az"la müqavilə bağlananda onlarla siyasi rəqiblərə qarşı təbliğat materiallarının "musavat.com"da görsənməməsi ilə bağlı şərt kəsilib, ancaq sayt rəhbərliyi dünən bu razılaşmanı pozaraq, "Musavat" adlı saytda eyni adlı partiyaya qarşı, xüsusilə də partiyanın başqanına, uzun illər bu müəssisənin təsisçisi olmuş İsa Qəmbərə dair qara piar materialları veriblər. Bənzər məqamlar xəfif şəkildə əvvəllər də olub. Bu isə qəzetimizin yaxın olduğu siyasi camiədə haqlı narazılıq doğurur.

Bu üzdən "Yeni Müsavat" rəhbərliyi yuxarıda qeyd olunan addımı atır və "musavat.com"-da banner yerləşdirən digər saytlara xəbərdarlıq edir ki, başqasına məxsus olan pəncərələrdən öz rəqiblərinə çirkab atmasınlar. Çünki onlar burada adicə kirayənşindirlər. Zərbə "ev sahibi"nə dəyir. \ "Musavat.com" \

Geri qayıt