Əsas Səhifə > Dünya > FRANSA PREZİDENTİ İRANA QARŞI
FRANSA PREZİDENTİ İRANA QARŞI26-09-2012, 10:31 |
OLLAND SANKSİYALARA HAZIR OLDUĞUNU DEDİ Fransa Prezidenti Fransua Olland İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, BMT Baş Assambleyasının toplantısında çıxış edən F.Olland deyib: "İran uzun illərdir beynəlxalq birliyin tələblərinə məhəl qoymur, BMT TŞ-nin qətnamələrini yerinə yetirmir və mülki məqsədlər olmadan nüvə proqramını inkişaf etdirir". Fransa başçısı söyləyib ki, sanksiyalar böyük İran xalqını cəzalandırmaq məqsədi daşımır: "Biz rəhbərlərə çatdırmaq istəyirik ki, hələ danışıqlara başlamaq üçün zaman tükənməyib". Geri qayıt |