Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDƏ QARŞI SEKSUAL ZORAKILIQ İTTİHAMI

BƏŞƏR ƏSƏDƏ QARŞI SEKSUAL ZORAKILIQ İTTİHAMI


26-09-2012, 11:35
BƏŞƏR ƏSƏDƏ QARŞI SEKSUAL ZORAKILIQ İTTİHAMI

“HUMAN RIGHTS WATCH” BELƏ BİR İDDİADA BULUNDU

Suriya hakimiyyəti həbsdə olan üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir. Bunu Beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch bildirib.

Keçmiş məhbuslar bildiriblər ki, həbsdə olan üsyançılara işgəncə verilir, onlar zorlanırlar. Bu həm kişilərə, həm də qadınlara qarşı törədilir.

BMT-nin insan haqları üzrə ali komissarı Navy Pillay bildirib ki, Suriya hökumətinə qarşı olan ittihamlar Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmalıdır.

Suriya hakimiyyəti ittihamları qəbul etmir. \ “Azadlıq Radiosu \

Geri qayıt