Əsas Səhifə > Şou-biznes > ARİF QULİYEV YADDAŞINI İTİRİB
ARİF QULİYEV YADDAŞINI İTİRİB26-09-2012, 12:04 |
XALQ ARTİSTİ KİM OLDUĞUNU DA UNUDUB? “Müalicə etsinlər, yaddaşım düzəlsin ki, görüm kiməm, nəçiyəm, harda işləmişəm” Arif Quliyevin yaddaşında problem yaranıb. Bu barədə Kulis.az-a aktyor özü deyib: “Təzyiqimin də oynamağı var, hələ də ayağa duranda başım gicəllənir. Özümü çox zəif hiss etsəm də əvvəlkinə baxanda yaxşıyam. Üzü bəriyəm”. Aktyor müalicəsinin davam etməyindən də danışıb: “Sağ olsunlar həkimlər məni kompleks müalicə edirlər. Əsas müalicəm təzyiqin oynamağından çox yaddaşımda yaranan problemlə bağlı aparılır. Məni ən çox narahat edən də budur. Yaddaş bərpa olunmasa filmlərə çəkilə bilmərəm, rol oynaya bilmərəm, çünki sözləri öyrənməliyəm ki, hansısa rolu oynaya bilim. İndi həkimlər bunun üçün çalışır”. Xatırladaq ki, xalq artisti üç həftədir ki, xəstəxanada hipertoniya diaqnozu ilə müalicə olunur. Geri qayıt |