Günahkar kimdir: Məktəb, yoxsa valideyn? .....                     “İpək Yolu Sığorta”nın səhmdarları .....                     Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır .....                     Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib .....                     'ŞİRVANŞAH'IN QÜRUBU... .....                     İqtisadçılar Azərbaycanda dollar bolluğunun təsirlərindən danışırlar .....                     Çinlə müharibə ABŞ-ın silah-sursat ehtiyatının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq .....                     Dəfn üçün birdəfəlik müavinət niyə hamıya verilmir? .....                     Burda Əmrullayevin sözünün KƏSƏRİ YOXDUR? .....                     "Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir" .....                     "Orada bir işçi var, heyif ki, elə işçilər var..." .....                     Sahibkarların kütləvi həbsi nədən xəbər verir? .....                     Pekindən Moskvaya “dost” zərbəsi: Rusiya banklarından imtina .....                     ABŞ-dakı erməni diasporundan məkirli addım... .....                     Fransa parlamenti hökumətə etimadsızlıq haqqında qətnaməni qəbul edib .....                     Məktəblərdə dərs saatları azaldılacaq? .....                     Gömrükdə MAAŞ BÖHRANI: Düz 3 aydır ki... .....                     Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı .....                     Bu ölkədə Priqojinə abidə ucaldıldı .....                     “Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                 

Goranboyun icra başçısı sahibkarı həbs etdirib? - BU NƏDİ BELƏ?..
Tarix: 1-11-2024, 08:34 | Çap et
Goranboyun icra başçısı sahibkarı həbs etdirib?
Goranboy sakini, rayonda sahibkarlıq fəaliyyətilə məşğul olan 68 yaşlı Məhəmməd Böyükkişiyev 8 aydır ki, həbsdədir. 10 gün əvvəl Goranboy Rayon Məhkəməsinin hakimi Taleh Mustafayev ona 2 il həbs cəzası kəsilməsi barədə hökm çıxarıb.

Lakin sahibkarın özü də, yaxınları da bildirir ki, bu hökm əsassızdır. Məhəmməd Böyukkişiyev deyir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sifarişi ilə həbs olunub. Onun sözlərinə görə, səbəb Goranboyun Qızılhacılı qəsəbəsindəki şadlıq evində keçirilən vətəndaş qəbulunda icra başçısına iradlar bildirməsi olub.

“Onlara dedim ki, qoçusunuz?”

“O görüşdə başqa rayonların da rəhbər şəxsləri iştirak edirdi. 1000 nəfərə yaxın adam vardı. Orada dedim ki, Prezident hərənizə 3000 manatdan yuxarı maaş verir ki, xalqa xidmət edəsiniz, siz isə xalqı saymırsınız. Hətta həmin vaxt Qızılhacılı qəsəbəsi üzrə icra nümayəndəsi Elnur və icra başçısının müavini, işçiləri mənimlə qəbul keçirənlər arasında sədd çəkdilər. Buna etiraz elədim. Onlara dedim ki, “qoçusunuz?” Orada Qızılhacılı bələdiyyəsinin sədrinin əməllərindən, mənim başıma açdığı oyunlardan, torpağı əlimdən alıb, pula görə başqasına verməsindən danışdım”, – Məhəmməd Böyükkişiyev Goranboyda öz məhkəməsində bunları danışıb.

Yaxınları Meydan TV-yə danışır ki, Məhəmməd Böyükkişiyev icra başçısının bu qəbulundan bir gün sonra – martın 13-də saxlanılıb. İddia olunub ki, 68 yaşlı sahibkar torpaqla bağlı mübahisəyə görə Qızılhacılı bələdiyyəsinin binasında bələdiyyə sədri Səbinə Həsənovanı təhqir edib, stulu qoluna vurub, masanın üstündəki kitab-dəftəri, əşyaları dağıdıb.

Ona qarşı Cinayət Məcəlləsinin 188.3 (kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Məhəmməd Böyükkişiyev isə bildirir ki, bu ittihamlar əsassızdır. Yaxınlarının dediyinə görə, o, uzun müddət torpaq problemilə əlaqədar şikayət edib, lakin tədbir görülməyib. Bu üzdən martın 12-də icra başçısının vətəndaşlarla görüşündə ona kəskin şəkildə iradını bildirib, bələdiyyə sədri haqqında həqiqətləri çatdırıb. Ertəsi gün də prokurorluğa şikayətə gedəndə elə oradan polislər tutub aparıblar:

“Bələdiyyənin sədrinin qanunsuz hərəkətlərindən şikayət eləmək üçün Goranboy Rayon Prokurorluğuna gedib, prokurorla görüşmək istəyib. Bir az sonra prokurorluğun binasına polislər gəlib, onu tutub, şöbəyə aparıblar”.

“Dəfələrlə bələdiyyəyə müraciət etdi”

Torpaq probleminin konkret nədən ibarət olmasına gəlincə, ailə üzvləri deyir ki, Məhəmməd Böyükkişiyev 2018-ci ildə hərrac yolu ilə Qızılhacılı bələdiyyəsinə məxsus 2,8 hektar torpaq sahəsini alsa da, indiyədək ondan istifadə edə bilmir. Bununla əlaqədar keçmiş bələdiyyə sədrinə çoxsaylı müraciətləri nəticəsiz qalmışdı. Yeni sədr Səbinə Həsənovaya müraciətlər də nəticə verməyib. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı yerli ərazi idarəsinə üz tutub. Bu idarəyə müraciətindən sonra həmin idarənin əməkdaşları gəlib torpaq sahəsini ölçüblər. Məlum olub ki, “Qarağaclıq” zolağına düşdüyü üçün ona başqa yerdən torpaq sahəsi verilməlidir.

“Bununla əlaqədar dəfələrlə Qızılhacılı bələdiyyəsinin sədrinə müraciət elədi. Yenə də cavab verilmədi. Yəni yeni torpaq sahəsi verilməsi məsələsindən xəbər çıxmadı. Bir daha Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsinə üz tutdu, yenə oradan əməkdaşlar gəldi. Qızılhacılı bələdiyyəsinin mülkiyətinə aid 1,20 hektar torpaq sahəsinin ona verilməsi ilə bağlı dönmə nöqtələrini müəyyənləşdirdilər, akt tərtib elədilər. Bundan sonra, məlum oldu ki, həmin torpaq sahəsini başqa şəxs istifadə edir. Yenə də dəfələrlə bələdiyyəyə müraciət etdi…”, – ailə üzvləri deyib.

Bələdiyyə sədri Səbinə Həsənova isə məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən deyib ki, Məhəmməd Böyükkişiyevlə ədavəti, düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, sahibkar müxtəlif dövlət orqanlarına daim haqsız şikayətlər göndərirdi.

Bələdiyyə sədri iddia edib ki, Məhəmməd Böyükkişiyev martın 12-də icra başçısının vətəndaşlarla görüşü zamanı davranışı ilə orada iştirak edən şəxslərə qarşı hörmətsizlik edib.

O vurğulayıb ki, təqsirləndirilən sahibkar gəlib bələdiyyə binasındakı otağında masanın üstündəkiləri dağıdıb, özünə də xəsarət yetirib, nalayiq ifadələr işlədib. Buna baxmayaraq, ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir.

Hökumət də sahibkarın hüquqlarının pozulduğunu etiraf edib

Məhəmməd Böyükkişiyevin vəkili Zabil Qəhrəmanov Meydan TV-yə bildirib ki, müvəkkilinin 2 il azadlıqdan məhrum edilməsi barədə Goranboy Rayon Məhkəməsinin hökmünü ədalətsiz və əsassız hesab edir. Hökmdən apelyasiya şikayəti verəcək:

“Cinayət işinin materiallarında Məhəmməd Böyükkişiyevin təqsirsizliyini təsdiqləyən kifayət qədər faktlar var. Təkcə elə telefon zənglərini təhlil eləmək kifayət idi”.

Məhəmməd Böyükkişiyevə məxsus ikimərtəbəli ticarət obyektinin məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən sökülməsilə əlaqədar da bir neçə ildir ki, onunla icra hakimiyyəti arasında çəkişmə gedib. O, mülkiyyət hüququnun pozuntusu ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdi. Həbsdə olduğu dövrdə – sentyabrda məlum olub ki, Azərbaycan hökuməti ərizəçiyə münasibətdə ədalətli araşdırma hüququnun pozuntusunu tanıyıb və işə yenidən baxılması barədə üzərinə öhdəlik götürüb. Həmçinin mənəvi zərərə görə 3600 avro, hüquqi yardıma görə 500 avro kompensasiya təklif edib.

“Pozuntu açıq-aşkar olanda üzv dövlət onu məhkəmədə mübahisələndirmir, yenidən baxılması barədə öhdəlik götürür. Sevindirici haldır ki, Azərbaycan höküməti də şikayətlərə baxılmasında bu metoda keçir. Ümid edək ki, işə təkrar baxılması formal olmayacaq”, – sahibkarın Avropa Məhkəməsində vəkili olmuş Əsabəli Mustafayev bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Günahkar kimdir: Məktəb, yoxsa valideyn? - AKTUAL
Bu gün, 03:17
“İpək Yolu Sığorta”nın səhmdarları TOPLANIR
Bu gün, 03:12
Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır - Sergey Ryabkov
Bu gün, 03:01
Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib
Bu gün, 02:47
'ŞİRVANŞAH'IN QÜRUBU... - Başı dərddədir...
Bu gün, 02:45
İqtisadçılar Azərbaycanda dollar bolluğunun təsirlərindən danışırlar - NƏ ETMƏLİ?
Bu gün, 02:27
Çinlə müharibə ABŞ-ın silah-sursat ehtiyatının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq - Sallivan
Bu gün, 02:22
Dəfn üçün birdəfəlik müavinət niyə hamıya verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:20
Burda Əmrullayevin sözünün KƏSƏRİ YOXDUR? - FAKT BUDUR!
Bu gün, 02:14
"Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir" - Rəsmi Bakıdan SƏRT TƏPKİ
Bu gün, 00:28
"Orada bir işçi var, heyif ki, elə işçilər var..." - QALMAQAL
Bu gün, 00:24
Sahibkarların kütləvi həbsi nədən xəbər verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:22
Pekindən Moskvaya “dost” zərbəsi: Rusiya banklarından imtina - Görünəni odur ki...
Bu gün, 00:11
ABŞ-dakı erməni diasporundan məkirli addım... - FOTO
Bu gün, 00:07
Fransa parlamenti hökumətə etimadsızlıq haqqında qətnaməni qəbul edib - KİV
Dünən, 23:35
Məktəblərdə dərs saatları azaldılacaq? - AÇIQLAMA
Dünən, 23:22
Gömrükdə MAAŞ BÖHRANI: Düz 3 aydır ki... - rəsmlərsə susur...
Dünən, 23:19
Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı - axtarışda ola-ola dinc dayanmayıb...
Dünən, 23:09
Bu ölkədə Priqojinə abidə ucaldıldı - FOTO
Dünən, 23:06
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
Dünən, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
Dünən, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
Dünən, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
Dünən, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
Dünən, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
Dünən, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
Dünən, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
Dünən, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
Dünən, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
Dünən, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
Dünən, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
Dünən, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
Dünən, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
Dünən, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
Dünən, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
Dünən, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
Dünən, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
Dünən, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
Dünən, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
Dünən, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
Dünən, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
Dünən, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
Dünən, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
Dünən, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
Dünən, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
Dünən, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
Dünən, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
Dünən, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
Dünən, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
Dünən, 13:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru