Əsas Səhifə > Üst manşet, Güney Press > `Kontakt Home` hər yerdə elə eynidir...

`Kontakt Home` hər yerdə elə eynidir...


26-10-2024, 10:03
`Kontakt Home` hər yerdə elə eynidir...
" "Kontakt Home" Mingəçevirdə fırıldaqla məşğuldur! Sadəcə ayıb olsun! Mənim bir aylıq ödəniş gecikməm olub, 3-4 fərqli cərimə faizi deyildi.. Nəhayət sonda deyildi ki, 1 faizdir ... Təsəvvür edirsiniz, 25 manatlıq cərimə mənə 45 manat 20 qəpik hesablanır..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında tanınmış mədəniyyət xadimi İbrahim Türksoy qeyd edib.
O daha sonra əlavə edib: "Dəfələrlə izah etməyə calişsam da, yenə öz dediklərindən yapışdılar.. Səhər saatlarında 2 aylıq ödəniş etdim , ödənişi qeydə almaq əvəzinə ödenişdən yanliş hesabladıqları 45,20 manatı çıxiblar...Və məni yenidən borclu edib , yəqin ki, sabahdan da onun üzərinə faiz hesablayacaqlar...! Bu qədər rəzillik olmaz...Bu qədər insanların cibinə girmək olmaz...! Bu qədər heyasızcasına müşərini sıxmaq olmaz...Bunun adı nədir !? Bu nə deməkdir !? Cərimə faizini yanlış hesablamaq bir yana ayliqları birlikdə ödeyirəm həmin yanliş cəriməni aylıqdan götürüb borclu etmək ...Bunları Məhkəməyə vermək..həm də cəmiyyətdə göstərmək lazımdır ki, necə utanc formada müştəri ilə alay edirlər ...
Bu cür maxinasiyaya görə "Kontakt Home" rəhbərliyinə elə burdan müraciət edirəm..Mənə qarşı bu oyunu yanlişlıq adlandıran hər kəs zəhmət çəkib mənə 3 gün ərzində etdikləri təpki və yanlışlığa görə cərimələnsinlər!
Etdiyim ödənişlərdə Filialın yaxın s baş ofisin edilən manyovrlara görə düzəlişlər etsinlər...Mən yanlış yazılan cərimə bir deyil, iki aylıq ödənişi etmişəm ..Ona görə də ödənişimi yerinə bərpa etsinlər..Yanlış cərimə isə , "cibimə girmək istəyən" şirkət nümayəndələrinin özlərindən tutulsun...Qalıq borc yaxud dəbbənin haqlı hissəsi varsa, o ödənəcək...
Mən aylarla bir necə ayları öncədən bir yerdə ödəmişəm.. onda nədən "yaxşı muştəri" olaraq mükafatlandırmadınız!? Amma cəriməyə anında hazırsınız! Utanın..!"

Geri qayıt