Əsas Səhifə > Üst manşet, Reklam, Güney Press > İstəsən də, istəməsən də abunəsən...
İstəsən də, istəməsən də abunəsən...30-10-2024, 08:19 |
"Dərdimizi kime deyək? Hara şikayət edək bu "Azercell"dən?" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra bildirir: "Bezdiriblər vallah... Öz-özlərinə avtomatik “Like me chat” xidmətinə qoşurlar. Bayaq internetdən mahnı yükləyirəm.... Orda əlim nəyəsə dəyir... avtomatik məni "like me chat" xidmətinə qoşublar... Hər dəfəsində də 35 qəpik çıxırlar balansdan... Tək bu deyil. Neçə-neçə oxşar xidmət adı altında pul çıxırlar balancdan. "Azercell" atır şirkətin boynuna... şirkət də atır mənim boynuma... Axı mənim balansımdan cavabdeh "Azercell" deyilmi? Artıq yorulmuşuq bu gic-gic xidmətlərin əlindən..." Geri qayıt |