Əsas Səhifə > Üst manşet, Güney Press > “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti”
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti”Bu gün, 10:03 |
İstefada olan hərbi qulluqçu Elşən Məmməd oğlu Quliyev son dövrlər az qala hamının narazılıq etdiyi, şikayətçi olduğu rabitə xidmətinin özbaşına fəaliyyəti ilə üzləşib. Onun Aktualinfo.org-un elektron poçtuna ünvanladığı şikayəti olduğu kimi diqqətinizə çatdırırıq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində əndrabadi qərarları kim verir. Deməli dünən, 18 noyabr 2024-cü il tarixdə xəbərsiz olduğum və məlumatı dəqiqləşdirəndə şok olduğum bir xəbəri bölüşmək qərarına gəldim. Səhər saatlarında Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən mənzilimdə təxminən 15 il əvvəl quraşdırılmış şəhər telefonu ilə bir dövlət idarəsinə zəng etmək istəyirdim. Telefonu açanda xəttdə telefonun işləməsini bildirən spesifik səsi eşitmədim. Yadıma saldım ki, tələb olunan 3 manat 85 qəpiyi ödəmişəm,özümə də təəccüblü gəldi ki, görəsən telefon niyə işləməsin. Əlqərəz, məsələnin axırına çıxmaq üçün 155 çağrı mərkəzi ilə əlaqə saxlayıb məsələnin kökündə nə durduğunu aydınlaşdırmağı cavab verən xanımdan xahiş etdim. Üstəlik də öyrəndim ki, 24 saat ərzində mənimlə əlaqə yaradılmayacağı təqdirdə çağrı mərkəzinə təkrar dönüş edə bilərəm. Təxminən 3 saat keçəndən sonra Şərifzadə ATS-i kimi tanıdığımız Rabitə Qovşağının 0124314299 nömrəsindən mənə zəng edildi. Xəttin o başından səsi gələn xanım müraciətimlə əlaqədar zəng vurduğunu bildirdi. Xanım bildirdi ki, bəs sizin nömrəniz onu görə işləmir ki, yeni fiber-optik xətlə əvəzlənməsi gedir. Gərək bu məsələ ilə bağlı yaxınlaşasınız ATS-ə və müqavilə bağlayasınız. Üstəlik də 110 manat ödəniş edəsiniz ki, sizin telefonunuz işləsin. Dedim necə?! Dedi bax elə dediyim kimi, 110 manata sizə “modem” verəcəklər. Onu evdə quraşdırdıqdan sonra nömrəniz işləyəcək. Dedim ay xanım yəni buna məcbur edilirlər də bizi,belə başa düşdüm? Susdu və haçandan haçansa dedi ki, biz bu işlərə baxmırıq. Nə isə,xanımının məlumatsız olduğu gümanı ilə eşitdiklərimi dəqiqləşdirmək üçün yenidən 155 çağrı mərkəzinə zəng etdim. Cavab verən xanıma bu ana qədər baş verənləri bildirib, məsələnin nə yerdə olduğuna aydınlıq gətirilməsini istədim. Məlumat bürosunun xanımı,çox təəssüflə ATS-dən verilən məlumatın doğruluğunu təsdiq elədi. Dedi gərək 110 manat ödəyəsiz,yoxsa nömrəniz işləməyəcək. Dedim ay xanım, bu bina 15 ildir tikilib istismara verilib. Hazır olandan sonra isə rəsmi qaydada vətəndaşlardan binanın kabelləşməsi,çəkiliş,nömrə xərcləri alınıb. Necə ola bilər ki, yenidən mənzildə mövcud olan telefonun işləməsi üçün 110 manat xərc tələb olunsun?! Dedi bəli,bir daha təəssüf ki, bu belədir. İndi üzümü tuturam əlaqədar nazirlik və onun aidiyyəti qurumlarının rəsmilərinə və onlardan soruşuram, bu nə özbaşınalıqdır? Mən Noyabr ayının 8-də aylıq abunə haqqı ödəmişəm. Kim verib bu tapşırığı ki, telefonum kəsilsin və bərpası üçün 110 manat ödəyim,bu nə deməkdir məmurlar? Hansı haqqla mənim telefondan istifadə hüququm heç bir bildirişsiz,xəbərdarlıqsız özfəaliyyət nəticəsində dayandırılır. İstəmirəm sizin fiber-optik 110 manatlıq ‘xidməti”!!! İllərlə mənzildə istifadə edilən telefon xəttini bəyəm vətəndaşların hesabına dəyişirsiniz? Şəxsən mən bunu sizdən xahiş etməmişdim. Bəlkə məndən bu barədə soruşan olmuşdu,yoxsa bu barədə məlumat verilmişdi? Siz nə üçün vətəndaşı məcbur edirsiniz ki, o, 110 manat ödəniş etsin,bu harada yazılıb? Və nəhayət,bir təqaüdçü olaraq elə mənim timsalımda ayın axırında təqaüd gözləyən minlərlə təqaüdçüləri bu “formada” günün günorta vaxtı məcburi şəkildə 110 manat ödənişə məcbur eləmək sizcə “fiber-optik” soyğunçuluq deyilmi? Aktualinfo.org Geri qayıt |