Əsas Səhifə > Üst manşet, Güney Press > Kartına 400 manat yüklədi... YOXA ÇIXDI!

Kartına 400 manat yüklədi... YOXA ÇIXDI!


23-12-2024, 08:47
Kartına 400 manat yüklədi... YOXA ÇIXDI!
"Mən bu gün (ötən şənbə günü nəzərdə tutulur -red.) Nərimanov filialında olan terminalda "Leobank" kartımın balansınıa 400 manat artırmışam... Amma həmin məbləğ hələ də kartıma oturmayıb". "DİA-AZ" bildirir ki, bunu "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Səlim Abbasov adlı istfiadəçi qeyd edib.

Narazı vətəndaş daha sonra bildirir: "Əlaqə mərkəzinə müraciət etdim, qəbzi göndərdim... heç kim cavab vermədi.

Qəbzdə yazıldığı kimi, problem üçün "Unibank"ın "117" əlaqə mərkəzinə muraciət etdim və bu nömrə guya 24/7 aktivdir...

Məni təzədən yönəltdilər "Leobank"ın əlaqə mərkəzinə.

Hələ də nə məbləğ oturub kartıma, nə də ki kimsə köməklik göstərir. Bu da bunların xidməti..."

Geri qayıt