Əsas Səhifə > Üst manşet, Güney Press > Müştərilər üçün KAPTAL BANK məngənəsi...
Müştərilər üçün KAPTAL BANK məngənəsi...23-12-2024, 08:59 |
"Şikayətim "Kapital bank" haqqındadır". "DİA-AZ" xəbər verir ki, bu barədə Gülşən Gül Məmmədli adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında giley edir. Narazı vətəndaşın müraciətini olduğu kimi təqdim edirik: "29.10.2024-ci il tarixində xarici saytdan məhsul almaq istəyərkən pul hesabımdan çıxarıldı və uğurlu əməliyyat olaraq qeyd edildi birbank hesabımda. Lakin saytda məhsulun alınmadığı görsənirdi. Saytla əlaqə saxlayıb bankın mənə verdiyi məlumatları paylaşdığımda onların hesabına hər hansı pul köçürülmədiyi məlum oldu. Bankla əlaqə saxlamalı olduğumu dedilər. Bank 30 gün gözləməli olduğumu daha sonra isə sorğu aça biləcəyini dedi. Hər bank işçisi ilə danışdığımda hər biri fərqli məlumatlar verir. Biri deyir pulunuz geri gəlməyə də bilər, basqası deyir bir həftəyə gələcək narahat olmayın sizə ən yaxşısı kredit kartı verək, o birsi deyir kredit kartı alın iki dənə iki həftə sonra gəlin sorğunu yaradaq, ya da təsdiqləyici nəsə təqdim edin sorğunuzu tez başladaq, pul blokdadi, pul gözləmədədi.... Mən də saytla əlaqə saxladım və yazışmalar var kı, bu pul onlar tərəfindən qəbul edilmiyib, geri qaytarılıb. Çünki USA kartı lazım imiş. Amma bank işçiləri "bizim adımıza pis olacaq, sorğu yaratmaq olmaz 30 gün tamamlanmamış" deyir. Deməli, kredit borcu olan kimi her seyi elimizden almaga hazır olan, faiz üstünə fazi alanda banka "satıcının ödəmənin rədd edilməsi haqqında mailini", və digər yazışmaları göstərsəm də pulumu hesabıma qaytarmır. Əgər qarşı firma cavab verməsydi gözləmək olardı. Amma məsələ aydınlaşdıqdan sonra pulun hələ də gözləmədə olması qəbul edilməzdir. Guya 30 gün sonra firmadan soruşacaqlar ki pul qəbul edirsi ya yox??? sifariş 30 gün qüvvədə qalmır! Hər getdiyimdə bir kredit kartını sırımaq yerinə öz pulumu özümə qaytarasız bəlkə! NİYƏ məsələyə baxılmağı üçün 30 gün??? ondan sonra sorğu açıb bir ay da süründürüb dolların qiyməti düşənə yaxın banka sərf edən vaxtı pulu qaytarmağı planlıyırsız??? Bir daha əsla KAPİTAL BANK kartı istifadə etməyi planlamıram. İnsanların pulunə əl qoyub, kredit kartı sırımaq dərdində olan bir bank mənə lazım deyil. Eyni prosesi ABB etdiyimdə pul bir dəq içində hesabıma geri köçmüşdür..." Geri qayıt |