Əsas Səhifə > Üst manşet, Güney Press > Göygölün icra başçısı narazılıq yaratdı

Göygölün icra başçısı narazılıq yaratdı


Dünən, 06:39
Göygölün icra başçısı narazılıq yaratdı
Göygöl rayonu, Mollacəlilli kənd sakini Əliyev Babək Ramiz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. B.Əliyev kənddə zibil qabları olmamasından şikayət edir:

“Mən, Əliyev Babək Ramiz Oğlu, Göygöl rayonu, Mollacəlilli kəndində yaşayıram.

Qeyd etdiyim kəndin ərazisində zibil qabları olmadığından, əhali həqiqətən əziyyət çəkir. Zibil tullanıları çarəsizlikdən rəzil və bərbad halda, salafan, yaxud da kisə torbalarda saxlanılır. Nəticədə üfunətli qoxu, acınacaqlı mənzərə, antisanitar şərait hər birimizi narahat edir.

Məsələ ilə bağlı dəfələrlə Göygöl Rayon İcra Hakimiyyətinə rəsmi müraciətlər etsək də, bu günə qədər heç bir faydası olmayıb. Xüsusilə, icra başçısı Elvin Paşayevin vətəndaşlara diqqət və qayğı göstərməməsi, ehtiyac və problemimizə zərrə qədər də önəm verməməsi, sakinlərə sayğısızlığı və laqeydliyi artıq dözülməz həddə çatıb.

Məmur səhlənkarlığı, yaxud da yarıtmazlığı ucbatından əhalinin vacib olan ehtiyacı ödənilmir. İndi siz deyin, biz hansı ünvana söz deyək ki, problemimiz həll olunsun. Bəlkə, bir zibil qabı verilməsi üçün “cənab Prezidentə” müraciət etməliyik?!

Yaranmış gərgin vəziyyəti, eləcə də tükənən səbrimizi nəzərə almanızı, və problemimizin həllində bizə kömək etmənizi xahiş edirəm”.

Məsələ ilə əlaqədar Göygöl Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı.
Geri qayıt