Əsas Səhifə > Üst manşet, Güney Press > SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİRBu gün, 08:06 |
"DİA-AZ" olaraq SOCAR Insan Resurslari Departamentindəki özbaşınalıqlarla bağlı davamlı şəkildə işçi etirazlarını diqqətinizə təqdim etməkdəyik. Bu dəfə də Neftçilərin Hüuqlarının Müdafiəsi Komitəsinin (NHMT) sədri Mirvari Qəhrəmanlıya istinadla yeni faktları nəzərinizə çatdırırıq... Beləliklə, NHMT sədri SOCAR İnsan Resursları Departamentinin rəhbərliyinə xitabən öz etirazını belə ifadə edir: "Niyə? Bu necə olur ki? Bu qərarı kim, nə üçün icad edib? İşçi var ki, bakalavr, magistr təhsili alıb, uzun illərdir ki, çilingər işləyir.... İşçi də var ki, üç vəzifəni bir yerdə tutur. İşçi də var ki... SOCAR İnsan Resursları Departamenti yeni qərar çıxarıb fəhlə kateqoriyası "Azneft" daxili mühəndis vakansiyası çıxdıqda müraciət edə bilməyəcək. Vakansiya SOCAR üzrə çıxsa verə bilər, hal-hazırda "Azneft"də olan vakansiyaların xaricə (yəni SOCAR üzrə) çıxmağı qeyri müəyyəndir". "DİA-AZ" bildirir ki, bu açıqlamanı təqdim edən tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı daha sonra narazı qalan işçilərin də açıqlamasını təqdim edir: "Bizim iş stajımız, Ali təhsilimiz uyğun olduğu halda niyə müraciət edə bilmirik? Bunların qurduğu sistemə əsasən, İdarənin öz işçiləri işi bildiyi halda kənardan niyə işçi tələb edilsin? Bu qərarı kim, nə üçün icad edib? Vakansiya çıxır, müraciət edirik... imtina gəlir, səbəb nədir?" "DİA-AZ" qeyd edir ki, bunun arından nöcbəti açıqlama ilə çıxış edən NHMT sədri daha bir SOCAR əməkdaşına - Rac Kərimova istinadla aşağıdakıları paylaşır: "Vakansiya elanı çıxarılıb, vakansiya tələbində mübahisəli kateqoriya barədə heç bir qeyd olmayıb. Sonradan imtina vaxtı səbəb kimi guya "fəhlədən muhəndisə olmaz" kimi bəhanə gətiriblər. 1-cisi bunu niyə vakansiyada gostərməyibsən? 2-cisi niyə fəhlədən muhəndisə olmaz? Bu qədər oyunlar olar, amma bu olmaz? Portalndan kənar işə qəbul olar, sifirdan ştat açdirmaq olar, nə bilim nələr... nələr... olar, amma bu olmaz?" Məsələ diqqətimizdədir... Geri qayıt |