Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB? - İLGİNC İTTİHAM
Tarix: 29-06-2022, 12:40 | Çap et
Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB?
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Texniki Universitetdə NAQOLAY İŞLƏR... - İLGİNC İDDİALAR...

DİA.AZ müraciətin davamını təqdim edir: "Adətən, texnika sahəsində magistr dissertasiyaları 3 fəsildən, bəzən isə 4 fəsildən ibarət olur. Dissertasiyanın 1-ci fəslində tədqiq olunan mövzu ilə bağlı problemin müasir vəziyyəti, bu haqda aparılmış tədqiqatların vəziyyəti, çap olunmuş elmi işlər öyrənilir və dissertasiyada tədqiq ediləcək məsələlərin dairəsi müəyyən edilir və məqsədi qarşıya qoyulur. Sonrakı 1 və ya iki fəsil aparılacaq tədqiqatın metodikasına və s., eləcə də tədqiqatın özünə həsr edilir. Bundan sonra, ya həmin fəsildə, ya da ayrıca fəsildə alınmış nəticələr təqdim edilir. Rektorun verilən göstərişində deyilir ki, dissertasiya 5 magistrant arasında bölünəcək – guya ki, onlardan hər biri işin bir hissəsini yerinə yetirib və onları bir yerə toplayanda vahid dissertasiya alınacaq. Yəni tələbənin birinin dissertasiyasında 1-ci fəsil, digərində 2-ci, digərində 3-cü fəsil verilir. Müdafiə zamanı da onlardan hərəsi öz fəslini məruzə edir. Bəs fəsillərin sayı 5-dən az olarsa, onda necə? Onda bir fəsil bir neçə magistrant arasında bölünür. Texnika sahəsində magistr dissertasiyalarının həcmi adətən 60-125 səhifə civarında olur. İndi isə yeni göstəriş əsasında həmin həcm 5 yerə bölünərək, hər tələbənin dissertasiyası 15-25 səhifə həcmində cildlənir və bu natamam, yarımçıq materiala “dissertasiya” deyirlər. Yəni dissertasiyanın beşdə biri də hər biri bir dissertasiya hesab edilir. Bunların beşini bir yerə toplayanda isə bir normal dissertasiya olur, yəni indi dəbdə olan deyimlə desək, BEŞİ BİRİNDƏ DİSSERTASİYA! Sağlam təfəkkürlü insanın məntiqinə əsaslanaraq, demək olar ki, bunlar beşi birlikdə bir dissertasiya olduğundan, bunların bir yerdə toplanmışına da BİR MAGİSTR DİPLOMU verilməlidir, hər 15-25 səhifəlik yarımçıq material ayrıca dissertasiya deyil ki, onların hər birinə də bir diplom verilsin. İndi AzTU-da bəziləri tam ciddiyyətlə deyirlər ki, belə də olacaq, 5 nəfərə bir diplom veriləcək və orada 5 nəfərin adı yazılacaq. Bəs diplomu alan 5 nəfər həyatda bir-birindən ayrı düşdükdə bu MÜŞTƏRƏK DİPLOMDAN necə istifadə edəcəklər? Bax, budur problem! Bunu magistrantlar özləri düşünsünlər. Yəqin ki, bizim kommunikasiya vasitələri və internet dövründə bu, elə bir çətin iş olmaz. Gülməlidir? Həm də ağlamalıdır. Yəni tragikomediyadır (Sərgüzəşti Texniki Universiteti magistr dissertasiyası). Vilayət Vəliyev bu bədbəxt Azərbaycan Texniki Universitetinə rektor təyin ediləndən belə tragikomediyalar çox olub və bunların bəzilərini də biz ictimaiyyətin diqqətinə çatdırmışıq. Məlumdur ki, bütün magistr dissertasiyaları müdafiədən əvvəl antiplagiat kompyuter proqramı vasitəsilə oxşarlığa, digər dissertasiyalardan mənimsəmələrin olub-olmamasına yoxlanılırlar. Oxşarlıq 5%-dən artıq olarsa, dissertasiya müdafiəyə buraxılmır. Bəs hətta adları da eyni olan dissertasiyalarla antiplagiat yoxlaması necə olacaq? Yəqin ki, rektor V.Vəliyev öz “dərin iqtisadçı zəkası” ilə bu problemin də həllini tapacaq.
İndi isə məsələnin hüquqi tərəfinə baxaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır:
3.1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir.
Bəli, Əsasnamədə göstərildiyi kimi, magistrlik dissertasiyası magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir, daha hissə-hissə bölünmüş, QRUP HALINDA YOX. Bundan əlavə, burada dissertasiyadan söhbət gedir, dissertasiya isə TAMAMLANMIŞ elmi-tədqiqat işi olmalıdır, daha işin bir hissəsi yox.
Bundan əlavə başqa suallar da meydana gəlir. Məsələn, dissertasiya müdafiəsində həmin 5 nəfərin işi necə qiymətləndiriləcək, onlara necə qiymət veriləcək? Axı həmin 5 nəfərin hamısı bir səviyyədə ola bilməz. Bir nəfər işləyəcək, qalanları onun hesabına hazır iş müdafiə edəcək? Başqa suallar da yaranır, bunu çox uzatmaq olar, ancaq məsələnin absurdluğu göz qabağındadır.
Bir məsələni də qeyd edək. V.Vəliyev tez-tez təkrar edir ki, magistrantlar dissertasiya mövzusunu onların işlədikləri müəssisəyə uyğun, həmin müəssisənin problemlərini həll etmək istiqamətində götürsünlər. Gözəl fikirdir. Amma, bəlkə V.Vəliyev elə bilir ki, onun magistrantları Boeing, ya Microsoft şirkətində, ya da heç olmazsa, hansısa konstruktor bürosunda işləyirlər? Onun məlumu olsun ki, bizim tələbələrimizin əksəriyyəti çayxanada çay paylayan, şadlıq sarayında ofisiant, ya da haradasa gözətçi işləyirlər (onlardan çox-çox üzr istəyirik, tələbə üçün, tələbəlik dövründə bu ayıb deyil). Bundan əlavə, qanunla əyani şöbədə təhsil alan tələbə ümumiyyətlə işləməməlidir, əgər işləyirsə, bu, əlbəttə qeyri rəsmidir və onun öz işidir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru