"04.11.2024 saat 18:48-də Nardaran qəsəbəsi SeaBreeze Resort ünvanından 700 AZN-lik mədaxil əməliyyatı etmək istəyirdim lakin belə bir problemlə qarşılaşdım..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ağahüseyn Hüseynov adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: "7 ədəd yüzlük əskinazı Milliön terminalına daxil edirdim sırayla lakin sonuncu yüzlük əskinazı daxil etdikdə terminal onu saymadı və məbləğ ekranda dəyişmədi. Əməliyyatı təsdiq edib, qəbzi özümlə götürdüm və qaynar xəttlə (*0010) əlaqəyə keçib məsələni bildirdim və geridönüş edəcəklərini bildirdilər amma etmədilər daha sonra yenidən 16.11.2024 saat 09:53-də yenidən əlaqə saxladım və mənə cavab olaraq bildirdilər ki, biz yoxladıq amma belə hadisə baş verməyib. Zəhmət olmasa bu məsələylə bağlı yardım edin..."