Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                 

“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Tarix: Bu gün, 12:52 | Çap et
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR”
Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “AzPolitika”-ya müsahibəsində ölkədə və regionda baş verən hadisələr barədə fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Rusiya–Azərbaycan münasibətlərindəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından sonra başlayan gərginlik ötən ayda bir qədər səngimişdi, qarşılıqlı səfərlər də həyata keçirildi. Lakin münasibətlər yenidən gərginlik mərhələsinə daxil olub. Bu, nə ilə bağlıdır?

- Rusiyada Azərbaycanı istəməyən, Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışan müəyyən qruplar mövcuddur. Bunlar əsasən erməni diasporasının təsiri altında olanlar, “xristian həmrəyliyi” prinsipi ilə hərəkət edənlər və Qərbdəki ermənipərəst dairələrə bağlı şəxslərdir. Bu qüvvələri təmsil edənlərin böyük hakimiyyət səlahiyyətləri də var və onlar daha çox gizli fəaliyyət göstərirlər. Onların müxtəlif xarakterli təxribatları da bu məqsədə xidmət edir. Məsələn, Azərbaycan təyyarəsinin vurulması həmin təxribatlardan biri idi. 2025-ci ilin fevralında baş vermiş kiberhücumları da bu prosesin davamı adlandırmaq olar.

Bundan əlavə, Azərbaycan Milli Məclisinin komitə sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin, Rusiya–Azərbaycan parlamentlərarası işçi qrupunun və Mili Məclisin MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azər Badamovun Moskvada aeroportdan hörmətsiz şəkildə geri qaytarılması da münasibətlərdə gərginliyin artırılmasına xidmət edir. Bu hadisə Azərbaycan tərəfindən haqlı etirazla qarşılandı və bu etirazlar tamamilə başa düşüləndir. Məncə, bu vəziyyətin qarşısını yalnız Rusiya Federasiyasının prezidenti ala bilər. Artıq beş aydan çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan təyyarəsini vuran şəxslərin kimliyi müəyyən edilməyib və onlar məsuliyyətə cəlb olunmayıblar. Halbuki bu, mürəkkəb və çoxepizodlu bir cinayət işi deyil. Mən özüm də vaxtilə müstəntiq işləmişəm və bilirəm ki, belə hadisələrin araşdırılması bu qədər uzanmamalıdır. Hətta prokurorluq orqanlarındakı etibarlı mənbələr mətbuata məlumat vermişdi ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə baxmayaraq, cavab verilmir.

Bu cür sayğısızlıq və etinasızlıq təbii olaraq iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir. Halbuki, 2022-ci ilin 22 fevralında Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinə dair saziş imzalanıb. Həmin sənəddə dövlətlər qarşılıqlı şəkildə öhdəlik götürüblər ki, biri digərinə qarşı təxribatlara yol verməməli, əksinə, belə hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Təəssüf ki, biz bu öhdəliklərin yerinə yetirilmədiyini görürük və bu da bizi narahat edir. Azərbaycan parlamentində Rusiya ilə dostluq münasibətlərinin inkişafına qarşı çıxan deputat yoxdur. Əksinə, münasibətlərin normallaşması və inkişafı hər kəs tərəfindən dəstəklənib...

İmkan olsa, parlamentin iclasında məsələ qaldıracam ki, sadə vətəndaşlar üçün yox, amma diplomatik və xidməti pasportu olub, Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun. Mən əvvəldən viza alım və bilim ki, məni ora buraxacaqlar, ya yox. Onlar deputata ölkəyə giriş məhdudiyyəti tətbiq etmişdilərsə bu barədə bizi məlumatlandırmalı idilər.Yəni, bizim münasibətlərin indiki səviyyəsi bunu diktə və tələb edir. Bu, sadəcə olaraq diplomatik etikadır və buna əməl olunmalıdır. Amma biz bunu görmürük və belə olduğu halda Azərbaycan insanı fikirləşir ki, Rusiya bizə hansı gözlə baxır və bu da sözsüz ki, qıcıq və hiddət doğurur.

Azərbaycan İkinci Dünya müharibəsində keçmiş sovet respublikaları içərisində ən çox itki verən respublikalardan biridir. Bizim əhalinin sayı müharibə başlayanda 3,4 milyon idi. Müharibə qurtaranda 2,7 milyona düşmüşdü. 650000 insan müharibəyə səfərbər olunub, onlardan 350 mindən artığı həyatını itirib. Ordunun yanacağının 90 faizini Bakı nefti təmin edib. SSRİ-nin isə yanacağa tələbatının 70 faizni Azərbaycan təmin edib. 400 mindən çox yaralı Bakıda müalicə olunub.Bizim payımız bu müharibədəki qələbədə çox böyükdür. Ona görə mən təklif eləmişdim ki, əslində biz özümüz 8 mayda dünya ilə birlikdə Bakıda, Azadlıq meydanında bir parad keçirək. Biz bu barədə hökumətə də müraciət etdik. 80 hərbçimiz Moskvada paradda iştirak edəcək.

Mən hesab edirəm ki, yuxarıda qeyd etdiyim səbəblərdən Prezident Moskvaya getməkdən imtina edib.

- Sizcə, Moskvada 9 May paradında gözlənilməz hadisələr ola bilərmi?

– Mən bu haqda danışmışdım. Məsələn, Qroznıda baş verən hadisənin təkrarlanmayacağına kim zəmanət verə bilər? Digər tərəfdən, bizə qarşı olan təxribatları da görürük. Yəni, bu kimi halların sırf texniki səhv yox, məqsədli təxribat olmadığını kim iddia edə bilər? Tutaq ki, belə bir tədbir zamanı – yəni, xarici liderlərin Moskvaya səfəri fonunda – 10, 15, ya da 50 dron havaya qalxsa və ya hava limanına hücum təhlükəsi olsa, nə baş verəcək?

– Bu arada Netanyahunun Bakıya planlaşdırılan səfəri də təxirə salındı. Doğrudur, rəsmi Bakı bu barədə açıqlama verməmişdi. İsrail Baş nazirinin gəlməməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bildirilir ki, Türkiyə bu səfərin gerçəkləşməsinə icazə verməyib. Bu barədə nə düşünürsünüz?

– Səfərin təxirə salınması ilə bağlı müxtəlif ehtimallar var. Dediyiniz kimi, rəsmi açıqlama verilməsə də, Türkiyənin mövqeyi, Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən Suriyada və İraqda gedən hərbi əməliyyatlar bu səfərin gerçəkləşməməsinə təsir edə bilərdi. Eyni zamanda, təhlükəsizlik məsələləri də burada mühüm rol oynayır. Azərbaycan diplomatiyası çalışır ki, regionda balanslı və çoxşaxəli siyasət yeritsin. Belə bir həssas məqamda hər hansı səfərin həyata keçirilməsi həm siyasi baxımdan, həm də təhlükəsizlik baxımından dəyərləndirilməlidir. Həmin ərəfədə İsrail tərəfindən Suriyaya hava hücumları həyata keçirildi. Mənə elə gəlir ki, daha çox buna görə görüş təxirə salındı, Türkiyə öz hava məkanından istifadə etməklə Netanyahunun təyyarəsinin Azərbaycana uçmasına razılıq vermədi. Hər halda birmənalı deyə bilərəm ki, bizim tərəfdən buna maneçilik yaradılmadı. Netanyahunun gəlməməsinin səbəbi məncə, Türkiyənin İsrail və ABŞ ilə hansısa məsələlərdə razılığa gələ bilməməsi oldu.

– Azərbaycan Türkiyə ilə strateji müttəfiq, İsraillə strateji tərəfdaşdır. İki ölkə asrasında gərgin münasibətlər bizi də çətin vəziyyətə salır...

– Əlbəttə, dövlətləri bir kənara qoysaq, məsələn, sənin iki yaxın dostun bir-biri ilə dalaşırsa, bu sənin üçün xoş olmaz. Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsi bizim üçün çox üzücüdür. Bu mənada ki, heç kim bizə silah satmayanda, İsrail bizə silah satıb. Eyni zamanda, İsrail diasporası Qərbdə həmişə bizə dəstək olub, bizi müdafiə edib. Bu baxımdan İsrail bizim üçün yaxın bir tərəfdaşdır. Amma bu o demək deyil ki, biz İsrailin bütün pislənməli davranışlarını müdafiə etməliyik. Dostlarımız haqlı olduqda onları müdafiə etməliyik. Məncə, ümumiyyətlə yanaşma belə olmalıdır: haqsız olanı müdafiə etmək düzgün deyil. İsrail də məsələn, mülki insanların öldüyü bir əməliyyat həyata keçirəndə, bu, qəbulolunmazdır. Biz necə bunu müdafiə edə bilərik? Amma eyni zamanda başa düşmək lazımdır ki, Suriya Türkiyə ilə qonşudur və orada Türkiyənin həyati maraqları var. Türkiyə isə mənim qənaətimə görə, çox iddialı xarici siyasət yürüdür. Amma onun iqtisadi və hərbi gücü bəzən bunu təmin etmək gücündə olmur. Məsələn, Türkiyənin Suriyanı tam nəzarətdə saxlamaq imkanları yoxdur. İndi Suriyanın daha çox maliyyə dəstəyinə, ordusunun yenidən qurulmasına, iqtisadiyyatının bərpasına ehtiyacı var. Amma bu işlər üçün tək Türkiyənin gücü kifayət etmir. Digər tərəfdən, ərəb ölkələri – Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Türkiyənin oraya müdaxiləsini qısqanclıqla qarşılayırlar. Onlar bu məsələyə açıq dəstək vermirlər. Qərb dövlətlərinin də öz maraqları var. Onlar da istəmirlər ki, Suriyada Türkiyənin fəal rolu olsun və Türk yönümlü bir hökumət formalaşsın. O cümlədən, İsrail də bunu istəmir. Ərdoğanın mövqeyini isə başa düşmək olar. O başa düşür ki, Suriyada Türkiyə ilə İsrail arasında bir konflikt baş versə, bu həm də ABŞ-yə qarşı bir münaqişə olacaq və F-16-lardan biri də yerindən tərpənməyəcək. O baxımdan Türkiyənin İsrailə qarşı real müharibə aparmaq imkanları məhduddur, çünki o, həm də nüvə dövlətidir. Türkiyə ciddi regional gücə çevrilmək istəyirsə İslamabaddan nüvə silahı almalı, yaxud Pakistan Türkiyədə öz nüvə bazasanı yaratmaladır. Rusiya Belarusda yaratdığı kimi.

- Azərbaycan da öz dostlarını barışdırmağa çalışır...

- Hər halda, mən hesab edirəm ki, Azərbaycan bu iki dost ölkə – Türkiyə və İsrail arasında tutduğu mövqe ilə indiki halda balanslı və qənaətbəxş bir siyasətə əsaslanır. Amma Azərbaycan eyni zamanda Türkiyəyə simpatiyasını ifadə edir. Məsələn, bizim Baş nazirin müavini Samir Şərifovun bu yaxınlarda Suriyaya səfəri İsraili qıcıqlandırsa da, Türkiyəyə bir dəstək jestidir. Bu, açıq şəkildə dəstək formasıdır və Türkiyə də bunu qiymətləndirir...

- Qüdrət bəy, İran və Gürcüstan prezidentləri bu yaxınlarda Azərbaycana səfər etdilər, publik olmasa da onların Azərbaycandan əsas xahişi quru sərhədlərin açılması, ölkələr arasında gəliş-gedişin bərpasıdır. Məsud Pezeşkianın səfərindən sonra Təbrizlə hava reysləri bərpa olunur, Tehrana olan aviareyslıərin sayı artırılır. Gürcüstanla dəmiryolu əlaqəsinin bərpa olunacağına dair məlumatlar yayılır. Yeri gəlmişkən, AZAL da son 5 ildə mənfəətini ilbəil artırır, ötən il 2,1 milyard manat qazanıb. Quru sərhədlər açıla bilərmi, ümumiyyətlə bu məsələyə münasibətiniz necədir?

– Bu gün Milli Məclisdə mərhum prezident Heydər Əliyevin doğum günü , Konstitusiya və suverenlik ili ilə bağlı tədbir keçirildi. Çünki Konstitusiyanı hazırlayan komissiyaya Prezident Heydər Əliyev rəhbərlik edirdi, onun dövründə Konstitusiya qəbul olunub. Bizim Konstitusiyanın 71-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqları yalnız dörd halda məhdudlaşdırıla bilər: müharibə vəziyyəti elan olunduqda, fövqəladə vəziyyət elan edildikdə, səfərbərlik zamanı və hərbi vəziyyət dövründə. Orada açıq şəkildə yazılıb ki, bu məhdudiyyətlər yalnız qismən və müvəqqəti ola bilər – yəni, insan hüquqlarının məhdudlaşdırılması tam və uzunmüddətli ola bilməz.

Əgər ölkədə epidemiya yayılıbsa, mövcud qanunvericiliyə əsasən, hökmən ölkənin bir hissəsində və ya bütövlükdə respublikada fövqəladə vəziyyət elan olunmalıdır. Amma Azərbaycanda belə bir rejim elan olunmadı. Bunun əvəzinə “karantin rejimi” tətbiq edildi. Halbuki bizim qanunvericilikdə "karantin rejimi" anlayışı ümumiyyətlə yoxdur. Karantin rejimi zamanı hansı hüquq və azadlıqlar hansı müddətə qədər məhdudlaşdıra bilər, bunlara dair dəqiq hüquqi mexanizm və normativ baza yoxdur.

– Yəni, sərhədlərin uzun müddət bağlı saxlanması Konstitusiyaya ziddir...

– Bəli, bu, xüsusilə təyyarə ilə uçmaq imkanı olmayan və qonşu ölkələrə yalnız quru yolla getmək istəyən şəxslərin hüquqlarının pozulmasıdır. Dövlət bu addımı təhlükəsizlik səbəbləri ilə əsaslandırır. Bu, siyasi əsaslandırmadır.

Hüquqi baxımdan isə deyilir ki, sərhədlərin bağlı qalması karantin rejimi ilə əlaqədardır. Amma bu da doğru deyil. Çünki fövqəladə vəziyyət elan olunmadan karantin rejiminin tətbiqi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb və ölkədə epidemiya yoxdur.

- Buna paralael olaraq neftin qiyməti də sürətlə düşür, bu da yəqin ki, əhalinin sosial vəziyyətinə təsirsiz ötüşməyəcək...

- Bəli, neft ucuzlaşır. Bundan sonra da bir müddət belə davam edəcəyi ehtimal olunur. Digər tərəfdən, bizim neft hasilatımız da azalır. Ona görə də qeyri-neft sektorunun inkişafına diqqət yetirməliyik. İlk növbədə Neft Fondundakı vəsaitlərin bir hissəsi Azərbaycana gətirilməlidir. O vəsaitlər aşağı faizlərlə yerli banklarda yerləşdirilməlidir. Neft Fondunun əsas işi iqtisadiyyatımızın inkişafına töhfə vermək olmalıdır.Yeni istehsal və emal müəssisələri yaradılmalıdır. Bu müəssisələr mənfəət, orada çalışan insanlar isə gəlir vergisi ödəməlidir ki, dövlət daha az insana ünvanlı yardım göstərmək məcburiyyətində qalsın. Dövlətin də gərək təsəvvürləri dəyişə. Dövlət vətəndaşı saxlamamalıdır. Əslində özəl sektor, vətəndaşlar vergi verməklə dövləti saxlamalıdır. Bizdə bürokratik aparat artıq özü bir siyasi gücə çevrilib. Siaysi partiyalar yox, bürokratik aparat siyasi vəzifələrə təyinat həyata keçirir, bir partiya kimi çıxış edir. Ona görə də həm idarəetmədə, həm iqtisadiyyatda, həm də məhkəmə sistemində islahatlar aparılmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru