DİA.AZ: - Az əvvəl Yasamal rayon Şərifzadə küçəsi 132 ünvanında natəmizliklə bağlı məlumatı təqdim etmişdik. DİA.AZ sakinlərə istinadən qeyd edirdi ki, sözügedən ünvanda zibil qutuları həm azdır, həm də vaxtında boşaldılmır ki, bu da xəstəliklərə səbəbdir.
İndi isə bu məsələ ilə əlaqədar DİA.AZ-a müraciət edən sakinlər artıq problemlərinin həll olunduğunu deyirlər.
DİA.AZ-a əlaqə saxlayan Yasamal rayon Mənzil Kommunla Təsərrüfat Birliyindən deyilib ki, artıq ərazidə narahatlığa əsas yoxdur və zibillər təmizlənməklə yanaşı, əraziyə əlavə qutular da yerləşdirilib.