Texniki Universitetdə NAQOLAY İŞLƏR... - İLGİNC İDDİALAR...
Tarix: 28-06-2022, 08:38 | Çap et
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bəli, təəccüblənməyin, belə görünür ki, rektor Vilayət Vəliyev bu il magistraturanı bitirən hər 5 magistranta 1 ümumi diplom verəcək Əgər rektor Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetində (AzTU) 3 ildən bəri bərqərar etdiyi “Ali təhsilin Vilayət standartları” sistemi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin Ali təhsil haqqında verdiyi tədris normativ sənədlər və təlimatların birlikdə qüvvədə olduğu faktını qəbul etsək (AzTU-da isə hal-hazırda bu belədir, hətta “Ali təhsilin Vilayət standartları” daha yüksək statusa malikdir), belə bir absurd nəticəyə gəlmək olar. Yəni belə görünür ki, Vilayət Vəliyev bu il magistr dissertasiyası müdafiə edərək, magistraturanı bitirən hər 5 magistranta 1 ümumi diplom verəcək. Bəs bu nəticə nədən qaynaqlanır? Bu suala cavab verməyə çalışaq. Bir neçə ay əvvəl bu saytda dərc edilmiş məlumatda yazmışdıq ki, rektor Vilayət Vəliyev bu ilin yanvar ayında kafedra müdiri və dekanları toplayaraq “təklif edib” ki, 2-ci kurs magistrantların verilmiş və artıq, əmrlə də bir il yarım bundan əvvəl təsdiq edilmiş dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Bunun səbəbi nədir, heç kim bilmir. V.Vəliyevin verdiyi “təklif” isə son qərar deməkdir və heç kim də bu qərarın səbəbini və bundan irəli gələn çoxlu sualları, yaranacaq absurd vəziyyəti, bunun mövcud təlimatlara və sənədlərə zidd olacağını və son nəticədə faydasının nə olduğunu soruşmağa cürət etmir. Bu yeni mövzuların tələsik tərtib edilməsi və qərarın rəsmiləşdirilməsi də bir neçə ay çəkdi və nəhayət, 2 ay bundan əvvəl tələbələrə qrup halında yeni dissertasiya mövzularının verilməsi haqqında əmr çıxdı. Təsəvvür edirsinizmi, təlimata görə 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Burada isə tələbələrin bir il yarımlıq zəhmətinin və işinin üstündən xətt çəkilir və magistraturanı bitirmələrinə İKİ AY QALMIŞ qrup halında yeni dissertasiya mövzuları verilir. Digər tərəfdən, hər tələbənin dissertasiyasının öz elmi rəhbəri var idi, indi isə onlar rəhbərlikdən kənarlaşdırılaraq, 5 tələbənin bir ümumi dissertasiyasına bir yeni rəhbər təyin edilir. Daha yenə də təkrar etmək istəmirik ki, bu nə qədər ağlasığmaz və sağlam məntiqdən uzaq qərardır! Əlavə olaraq qeyd edək ki, mövcud tədris normativ sənədlərə əsasən bir elmi rəhbər eyni zamanda 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz. Rektor özünün yaratdığı bu problemdən çıxış yolunu daha absurd bir yolla tapmışdır. O, göstəriş verib ki, iki ayda vaxt çatışmazlığı şəraitində təcili olaraq “BEŞİ BİRİNDƏ” formatda dissertasiyalar tərtib etmək üçün 5 magistrantın il yarım müddətində ayrı-ayrılıqda hazırladıqları dissertasiyalar nəzərdən keçirilsin və onlardan biri – ən gözə gəlimlisi və böyük həcmli olanı seçilsin və həmin dissertasiya 5 magistrant üçün ümumi dissertasiya olaraq qəbul edilsin, qalan dissertasiyalar isə kənara atılsın, seçilmiş dissertasiya 5 MAGİSTRANT ARASINDA HİSSƏLƏRƏ BÖLÜŞDÜRÜLSÜN (???). Yəni, sadə desək, 5 magistrantın ümumi, eyni bir dissertasiya mövzusu olacaq, onlardan hər biri dissertasiyanın bir hissəsini ayrıca cildlənmiş şəkildə təqdim edəcək, dissertasiyaları bir-birinin ardınca düzgün ardıcıllıqla bir yerə toplayanda isə bir tamamlanmış dissertasiya alınacaq (???). Təsəvvür edirsinizmi? Hələ bu prosesin ardına baxaq. Bu haqda verilən göstərişlər bir-birindən qəribə və təəccüblüdür. Bəs dissertasiya magistrantlar arasında necə bölünəcək?"
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
|