Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                 

Vidadi Zeynalovla bağlı istintaqa yalan ifadə verən kimdir? - İTTİHAM VAR
Tarix: 16-02-2016, 09:03 | Çap et
Vidadi Zeynalovla bağlı istintaqa yalan ifadə verən kimdir?
Mediada yer alan məlumatlara görə, rektor Ədalət Muradovun israrla tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları bu ali təhsil müəssisəsində bir müddət əvvəl yaranmış gərginliyi getdikcə daha da artırır. İlk növbədə əlbəttə ki, ADİU-da həyata keçirilən rüşvət yığımları tələbələrin və bəzi müəllimlərin ciddi narahatlığına və etirazlarına səbəb olan amil kimi çıxış edir. Universitetin daxilində olan mənbələr də cumhuriyyet.az-a verdiyi məlumatlarda təsdiq edirlər ki, Ədalət Muradovun ADİU-ya rektor təyin olunmasından sonra adıçəkilən təhsil müəssisəsi kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər isə, ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Rüşvət məzənnələri və bir qarşıdurmanın pərdəarxası

Son bir iki il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşdi. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və hətta universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etmək barədə fikirlər də səsləndirilir. Əldə etdiyimiz məlumata görə 2014-2015-ci tədris ilində ADİU-da dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilmişdi. Digər tərəfdən isə ADİU-ya işə qəbul məsələləri də artıq ciddi korrupsiya əməlləri ilə müşayiət olunmaqdadır. Qeyd etmək lazımdır ki, bu barədə məlumatlar ölkənin bir çox mətbu orqanlarında da yayımlanmaqdadır. Belə ki, bir müddət əvvəl yayımlanmış məlumatada universitetin keçmiş məzunlarından biri tərəfindən ADİU-ya işə qəbul olunmaq üçün müəllimlərdən birinə 4000 manat məbləğində rüşvət verildiyi iddiası irəli sürülmüşdü. Açıqlamalar görə rüşvətin alınması faktı 2014-cü ilin aprel ayında, yəni Ədalət Muradovun rektor təyin olunmasından az sonra baş verib. Öz növbəsində pulu alan müəllim də şikayətçi ilə telefon danışıqları zamanı ona bildirib ki, bütün məbləği birbaşa rektora təhvil verib. Digər tərəfdən də Ədalət Muradovun ADİU-nun keçmiş rektoruna qarşı apardığı antitəbliğat kampaniyası da universitetdə mövcud gərginliyin artmasını stimullaşdırır. Bununla belə etiraf etmək lazımdır ki, müxtəlif instansiyalara Şəmsəddin Hacıyevə qarşı “kompramat” xarakterli məlumatların ötürülməsinə daha əvvəldən başlanmışdı və prosesdə ADİU-nun bəzi əməkdaşlarının da yaxından iştirakı olmuşdu.
Əldə etdiyimiz başqa bir məlumatda Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın fərqli səbəbləri də diqqət mərkəzinə çəkilmişdi. Mənbə bildirmişdi ki, bir neçə il bundan öncə İqtisad Universitetinin müəllim heyətinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə, məhz Şəmsəddin Hacıyevin təşəbbüsü əsasında “İqtisadçı-2005” MTK şirkəti təsis olunub. Məlumata görə bu şirkət hazırda kifayət qədər rentabelli bir müəssisəyə çevrilmişdir. Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın daha bir məqsədi də məhz bu şirkət üzərində nəzarəti ələ keçirmək olub…


Prezident sərəncamına sayğısızlıq

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov son zamanlar sensasiya sayıla biləcək şok addımlar atmaqdadır. Aşağıdakı yazıda cumhuriyyet.az olaraq rektorun adına bağlı sensasion faktları diqqətinizə çatdıracayıq. Onu da bildirək ki, yazı tezadlar.az saytında yer alan məlumatlar əsasında hazırlanmışdır. İlk olaraq onu bildirək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun rəhbəri olduğu universitetin adı ilə bağlı atdığı hüquqi addımlar isə artıq siyasi özbaşınalıq kimi də dəyərləndirilə bilər. Belə ki, rəsmi “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun imzası ilə ““Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi dərc olunub… Məqalənin mahiyyəti bizim üçün maraqlı deyil və diqqəti çəkən, narahatlıq doğuran başqa məsələdir. Daha doğrusu, rektor Ədalət Muradovun Prezident İlham Əliyevin onu rector təyin etməsi haqqında imzaladığı 5 mart 2014-cü il tarixli sərəncamına görünməmiş hörmətsizliyidir. Budur, Prezidentin Sərəncamında deyilir:
“Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2014-cü il”.
Bu da Ə.Muradovun məlum məqaləsinin vacib hissəsi: “… Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır. Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərin informasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır.
Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor
Elşən BAĞIRZADƏ, UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru”.
Göründüyü kimi, Prezident Sərəncamında vəzifəsi “Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru” göstərilsə də, professor Ədalət Muradov rəsmi dövlət qəzetində (həmçinin universitetdaxili əmrlərdə) vəzifəsini “Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor” kimi göstərir.
Biz bu adın mənasını aydınlaşdırmağa çalışdıq. Məlum olur ki, rektor bunu 30-cu ildə bu təhsil ocağında hansısa bir ingilisin olması şərəfinə belə bir ad seçib və bunu beynəlxalq əmtəə nişanı kimi tanıtmaq və təbliğ etmək fikrindədir.
Əcaba, bu ingilisin şərəfi Azərbaycan Prezidentinin Sərəncamından, Azərbaycanın dövlət dilinin mahiyyətindən və nəhayət, milli maraqlarımızdan irəli və şərəflidirmi???

Rektorun adı MTN işində: Vidadi Zeynalovla əlaqələr…

Rektor Ədalət Muradovun adı hallanan digər bir qalmaqallı məsələ MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalovla bağlıdır. Məlumat üçün bildirək ki, Vidadi Zeynalov 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsində əvvəlcə şöbə rəisi vəzifəsində çalışıb, sonra isə Bakı Maliyyə İdarəsinin rəisi olub… Ta 2000-ci ilədək, yəni Azərbaycan Dövlət İqtisad Universitetinə işə qəbul olunanadək. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb, 2004-cü ildən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib… Bu təyinatda onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun böyük rolu olub… Sonradan məlum MTN işi ilə bağlı Vidadi Zeynalovun MTN-də Tədris Mərkəzinin rəhbəri olan qardaşı Vahid Zeynalov da işdən azad olunaraq, istintaqa cəlb olunub. Vidadi Zeynalovun Dövlət İqtisad Universitetinin indiki rektoru Ədalət Muradovla, prorektor, KİV-lərdə adı tez-tez hallandırılan Damət Bağırovla olduqca sıx əlaqələri olub. Bu yaxınlıq onunla təsdiqlənir ki, məsələn, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalov cavan və təcrübəsiz olsa da, universitet Həmkarlar Komitəsinin rəhbəri təyin olunub və hələ də bu vəzifədədir… Pərviz Zeynalov hazırda rektor Ədalət Muradovun və rektor Ədalət Muradovun xüsusi işlər üzrə prorektoru olan Əziz Əzizovun dəstəyi ilə tezliklə dissertasiya müdafiə etmə ərəfəsindədir. Ən maraqlısı budur ki, Vidadi Zeynalov 2004-cü ildə Rabitə Nazirliyinə təyinat alandan sonra da İqtisad Universitetində baş müəllim kimi uzun illər maaş alıb.

Ədalət Muradov Vidadi Zeynalovun qanunsuz maaş almasını istintaqdan niyə gizlədib?

MTN işi ilə bağlı Vidadi Zeynalov həbs olunandan sonra Azərbaycan Baş Prokurorluğunun Baş İctintaq İdarəsi bu qanunsuz maaş alma məsələsinə rəsmi aydınlıq gətirilməsi üçün Dövlət İqtisad Universitetinə rəsmi sorğu da göndərib. Bəs rektor Ədalət Muradov bu rəsmi sorğuya necə cavab verib? Məlumatlardan və real vəziyyətdən belə bəlli olur ki, Azərbaycan Dövlət İqtisad Universitetində MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalovun müdafiəsi ilə bağlı rektor Ədalət Muradov səviyyəsində əməlli-başlı müdafiə sistemi qurulub… Sual yaranır: rektor Ədalət Muradov Vidadi Zeynalovun Rabitə Nazirliyində işləyə-işləyə həm də İqtisad Universitetindən məvacib alması kimi korrupsiya əməlini niyə bütün səyi ilə istintaqdan gizlətməyə çalışır? Dövlət İqtisad Universitetində bilməyən yoxdur ki, Vidadi Zeynalovun doktorluq işi (?) həbsindən az əvvəl məhz rektor Ədalət Muradovun birbaşa rəhbərliyi ilə seminardan keçirilmişdir… Bu isə rektorun himayəsi olmadan mümkün olmayan bir məsələdir.

Prorektor Əziz Əzizov rüşvətlə işdən qovulmuş dosenti hansı yolla işə bərpa etdirib?

Rektor Ədalət Muradovun 28 noyabr 2014-cü ildə imzaladığı 155-//|3 saylı əmri də olmaqla bir neçə sənədin surətini təqdim ediblər. Bu sənədlər sırasında bir neçə əmr də var… Məlum olur ki, Dövlət İqtisad Universitetində Beynəlxalq Münasibətlər fakültəsi vardır və bu fakültədə bir müddət əvvəl görünməmimş bir qalmaqal olub. Belə ki, 4 il kəsiri olan bir neçə tələbə dövlət imtahanına buraxılmışdır. Bu məsələnin üstü açılanda rektor Ə.Muradov bərk qəzəblənib və məcbur olaraq əmr imzalayıb ki, bu fakültədə korrupsiya məsələsi vardır və s. Lakin sehirli çubuq həmin əmrin icrasını gedər-gəlməzə yola salıb.
Bundan başqa, əmrlərdən biri də Dövlət İqtisad Universitetinin MBA (magistratura) direktoru Rövşən Quliyevlə bağlıdır. Lakin yenə də rektor Ədalət Muradovun əmrini niyə sonradan «don vurub», bax bu çoxsaylı suallar doğurur. Həmçinin Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə-1» kafedrasının dosenti Aydın Bayram oğlu Məmmədovun universitetdə hamıya məlum əməli ilə bağlı rektor Ədalət Muradovun verdiyi əmrin sonrakı taleyi barədə maraqlı faktlar üzə çıxıb…
-Bəs bu qalmaqallı əmr necə yerinə yetirilib?
-Rektor Ədalət Muradovun həmin əmrində nələr etiraf olunur?
-Əmrin icrası kimə həvalə olunub və icrası hansı səviyyədə tamamlanıb?
(Davam var)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru