Məlum olur ki, inqilabçı saqqalını qırxmağa təxminən 2 həftə qalmış Nikol Paşinyan öz niyyətini dar komanda ilə müzakirə edib.
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.
Xəbərdə deyilir ki, baş nazir üzünü qırxacağı halda ctimaiyyət qarşısına çıxacağı zaman hansı reaksiyaların olacağı haqda komanda üzvlərinin rəy və təkliflərini dinləyib. "Belə bir yaddaqalan hadisəni 2025-ci il iyunun 1-nə, yəni qarşıdan gələn seçki kampaniyasının yaxınlaşdığı və Paşinyanın özünün 50 illik yubileyinə saxlamaq təklifi olub". Onun razılaşdığı hiss olunub . Lakin cəmi bir neçə gün sonra həmin müzakirə iştirakçıları təəccüblə üzü qırxıq liderlərini qarşılayıblar.