Göyçay-Mingəçevir-Quba-Göyçay marşrutunda usta davrandı... - İndi isə yalan hesabatları ilə baş gicəlləndirir...
Tarix: 18-02-2016, 09:40 | Çap et
Bu günlərdə Göyçay rayonunda da 2015-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.
Göyçay rayonunda keçirilən bu tədbir və tədbirdə səslənən faktlarla bağlı cumhuriyyet.az olaraq xüsusi araşdırma apardıq. Nəticələr isə çox maraqlıdır. Amma həmin nəticələrə keçməzdən öncə onu bildirək ki, Göyçay rayonundakı hesabat yığıncağı haqda rəsmi məlumat digər rayonlardan fərqlənir.
Nə qonaqlar var, nə ziyarət…(?)
Məlumat üçün bildirək ki, hesabatla bağlı bütün məlumatlar goycay-ih.gov.az saytından götürülüb və bu saytda «2015-ci ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə» Göyçay rayon icra hakimiyyəti başçısının geniş hesabat yığıncağı keçirilmişdir” başlıqlı məlumatda cumhuriyyet.az olaraq ilk diqqətimizi çəkən məqam tədbir iştirakçıları və tədbirin gedişi ilə bağlı oldu. Belə ki, rayon icra hakimiyyətinin internet səhifəsində yerləşdirilən məlumatda sözügedən toplantıda kimlərin iştirak etməsi haqda bir kəlmə belə yazılmayıb. Hətta maraqlıdır ki, icra hakimiyyətinin internet səhifəsinin yenilənməsinə məsul olan şəxslər hesabat yığıncağından əvvəl digər rayonlarda olduğu kimi mərhum prezident Heydər Əliyevin abidəsinin ziyarət edilməsi haqda məlumatı belə yerləşdirməyi lazım bilməyiblər.
Mübariz Ağayevin sınaq hesabatı
Mübariz Ağayev Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yəni ötən bir il tam şəkildə cənab Ağayevin idarəçilik ili olub və bu baxımdan da hesabat maraq cəlb edə bilər. Başqa sözlə M.Ağayevin icra başçısı olduğu bir ilin göstəricilərini ondan əvvəlki il ilə müqayisə etmək kifayətdir ki, yeni icra başçısının uğur və ya uğursuzluq göstəricisi aydın olsun.
Maraqlıdır ki, ötən il, 2014-cü ilin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edən M.Ağayev özündən əvvəlki icra başçısının dövrü haqda danışarkən bu məruzə daha geniş və daha çox statistik rəqəmlərlə sayta yerləşdirilmişdi. İndi isə iqtisadi rəqəmlərə sanki qənaət edilmiş və daha çox küçələrə avalt çəkilməsindən və kosmetik abadlıq işlərindən bəhs edilmişdir. Hər halda əldə olan məlumatlar əsasında biz də cumhuriyyet.az olaraq Mübariz Ağayevin bir ili haqda müqayisəli araşdırmalar apardıq.
Mübariz Ağayevin “artım dinamikası”nın rəqəmləri
Göyçay rayon icra hakimiyyəti başçısının 2015-ci ilə aid hesabatında deyilir: “Rayonda 248,6 milyon manatlıq ümumi məhsul istehsal edilib, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 33,4 milyon manatlıq investisiya qoyulub. Kənd təsərrüfatında məhsul istehsalının həcmi artaraq 98,2 milyon manata çatıb”. İndi isə eyni sahələr üzrə 2014-cü ilin məlumatlarına diqqət edək: “hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 2013-cü ilə nisbətən 12,4 faiz artaraq 254 milyon manat olmuşdur.”
Göründüyü kimi, rayon üzrə ümumi məhsul istehsalında 6 milyon manatlıq azalma müşahidə olunub. Cənab Ağayevin kənd təsərrüfatı üzrə məhsul istehsalındakı artıma da rəqəmlərdə nəzər yetirək. 2015-ci ildə bunun 98,2 milyon manat olduğu deyilir, 2014-cü ildə isə “Rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 2,0 faiz artaraq 97,3 milyon manata çatmışdır”. Bu da Ağayevin “artım dinamikası”. Özündən əvvəlki icra başçısının 2 faizlik artımızı, vənab Ağayev 0,9 faizlik artımla davam etdirib.
Göyçayda analoqu görünməyən iqtisadi məntiq
Göyçay rayonunda 2015-ci ilə aid iqtisadi göstəricilərdə maraqlı və sual yaradan digər bir məqam yeni iş yerlərinin açılması və sahibkarlara göstərilən maddi dəstəklə bağlıdır. İcra başçısının məlum hesabatında bununla bağlı konkret rəqəmlər rəsmi internet saytına yerləşdirilməsə də, M.Ağayevin yanvarın 30-da sahibkarlarla görüşdə səsləndirdiyi fikirləri bu kateqoriyaya aid etmək olar. Həmin görüşdə icra başçısının dediyi faktları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “keçən il Göyçayda fondun vəsaiti hesabına 33 sahibkara 1184,8 min manat güzəştli kredit verilib və həyata keçirilən layihələr nəticəsində 70 yeni iş yeri yaradılıb. Bütövlükdə isə ötən il rayonda özəl sektorun dəstəyi ilə 633 yeni iş yeri açılıb.”
Maraqlı məntiqdir. Demək 33 sahibkara güzəştli kredit verilib, özü də nə az nə çox 1184,8 min manat. Əvəzində bu sahibkarların hər biri adama əlavə 3 yeni iş yeri belə aça bilməyib. Və bu da uğur kimi təqdim olunur. Nə deyək, hr hala bu Göyçay Rayon İcra Hakimiyyətinin iqtisadi məntiqidir. (Yeri gəlmişkən, Göyçayda sahibkarlara qayğı və güzəştli kreditlərin hansı prinsiplərlə ayrılması ilə bağlı real mənzərə “YAP-çı sahibkar məmurları sıraya düzdü:
Kəmaləddin Heydərov, Qorxmaz Hüseynov, Şirzad Abdullayev…” başlıqlı video-reportajımızda tam əks olunub). Ümumilikdə yeni iş yerlərinin açılmasına gəldikdə isə bu sahədə də M.Ağayevin idarəçilik dönəmi geriləmə ilə yadda qalıb. Yuxarıda göstərildiyi kimi 2015-ci ildə rayonda 633 yeni iş yeri açılıb. Bir il öncəki məruzədə isə rəqəmlər daha yüksəkdir: ” 2014-cü ildə rayonda 810 yeni iş yeri açılmışdır ki, bu da daimi iş yerləridir. Həmin iş yerlərindən 79-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 731-i isə fiziki şəxslər olmuşdur”.
Yalan!
Göründüyü kimi, 2015-ci ildə Göyçay rayonunda bütün sahələr üzrə geriləmə faktının qarşısında iqtisadi inkişafdan danışmaq gülüncdür. Eyni zamanda cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, Mübariz Ağayevin bir illik rəhbərliyi dönəmində Göyçay sosial-iqtisadi cəhətdən iflic vəziyyətə düşüb.
Belə ki, M.Ağayevin iş adamlarına qarşı repressiv tədbirləri, qardaşının adı ilə bağlı qalmaqallar haqda mediada çoxsaylı məlumatlar yayılıb. Onu da bildirək ki, rayondakı mənbələrin cumhuriyyet.az-a bildirdiyinə görə, icra başçısının fəaliyyəti bəzi yerli idarə və müəssisələrin də rəhbərlərinin ürəyincə deyil. Hətta icra hakimiyyətində yüksək post tutan məmurlardan biri ilə qeyri-iş sahəsinə bağlı məsələ üstündə ciddi konflikt yarandığı deyilir. Bu mövzunun xeyli məhrəm olduğunu nəzərə alaraq növbəti yazılarımızda buna qayıdacağıq.
İndilik isə bütün sadalananlar və bir neçə gün öncə keçirilən yığıncaqda səslənən pafoslu fikirlərlə bağlı deyiləcək tək bir söz qalır. İcra hakimiyyətinin rəsmi saytında göstərilməsə də bəllidir ki, belə hesabat yığıncaqlarında Prezident Adminstrasiyasının rayon üzrə kuratoru və raonun ictimaiyyətinin fəalları iştirak edir. Bu rəqəmləri inkişaf kimi rəsmiləşdirib ortaya qoymaq və Prezident Adminstrasiyasının rəsmisi qarşısında səsləndirmək, dolayısıyla prezidentə söylənilən yalandır!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|