Ziya Məmmədov itirə-itirə gedir... - Nazirlikdə yeni ixtisar planlaması
Tarix: 31-03-2016, 10:31 |
Çap et
DİA.AZ: - Nəqliyyat Nazirliyində yeni ixtisarlar gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxilolub. Xəbəri verən qaynaq bildirir ki, son 2 ildə ciddi mövqe itkisinə uğrayan nazir Ziya Məmmədov nəzarət etdiyi qurumları əldən verməklə yanaşı NN sektorunda da ştat ixtisarı aparmaq zorunda qalıb.
Mənbənin söylədikləri: "Bununla bağlı nazirliyə müvafiq təlimat verilib. NN-ə büdcədən ayrılan vəsaitin həcmində də ciddi azalmalar olacaq".
Mənbə dia-az.life-a onu da əlavə edib ki, NN işçilərinə verilən ənənəvi "paketlər" də neçə aydır yığışdırılıb.