Eldar Həsənov dövlətin pullarını yaratdığı şübhəli fond vasitəsilə necə mənimsəyir - ŞOK İDDİALAR
Tarix: 29-07-2016, 09:24 | Çap et
DİA.AZ: - Bu yaxınlarda mətbuatda keçmiş baş prokuror və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun bir çox dövləti cinayətləri, qanunsuzluqları və korrupsiya əməlləri ilə bağlı məlumatlar verilmişdi. Onu da qeyd edək ki, DİA.AZ-a "Antikorrupsiya Layihesi" imzası ilə keçmiş baş prokurora qarşı sərt ittihamların yer aldığı araşdırma materialı göndərilib. Həmin materialı təqdim edirik:
"Eldar Həsənovun pul mənimsəmə və digər qaranlıq, şübhəli məqsədlər üçün istifadə etdiyi qurumlardan biri “Qara Dəniz Xəzər Dənizi Beynəlxalq Fondu” adlı təşkilatdır. Bu fondun Rumıniyanın keçmiş prezidenti Trayan Basesku və Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı iddia olunur. Saytında Rimıniyada, Belçikada, Serbiyada, Bolqarıstanda, Türkiyədə, Rumıniyada və Belarusda ofislərinin olduğu göstərilir. Lakin araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, həmin ofislərin göstərildiyi ünvanlar saxtadır və bu ünvanlarda ümumiyyətlə “Qara Dəniz Xəzər Dənizi Beynəlxalq Fondu” adlı qurum mövcud deyil.
Belə ki, fondun Belçika ofisinin yerləşdiyi iddia edilən 1030 Brussels, Kingdom of Belgium 185, Blvd. Auguste Reyers ünvanı ( http://www.brussels.bscsif.org/contact.php ) satışda olan bir mənzil kimi üzə çıxır ( https://www.homelog.be/fr/trouver-un-bien/BE/1030/schaerbeek/appartement/a-vendre/boulevard-auguste-reyers/185/be-1030-15024640814148546 ) . Saytın özünün son məlumatı isə 2011-ci ilə aiddir.
Serbiya ofisi kimi göstərilən 26 Kralja Milana St, Belgrade ünvanında ( http://bscsif.rs/en/contacts/ ) isə paltar və idman malları satılan mağazaların, butikin və bir vəkil kontorunun yerləşdiyi göstərilir ( http://www.infograd.rs/addr/stari_grad_kralja_milana_26_beograd.html ). Bolqarıstan, Türkiyə və Rusiyadakı ünvanlar isə ümumiyyətlə mövcud deyil.
Saytların özündə isə son məlumatlar 2011-ci ilə aiddir. Yalnız Rumıniya ofisinin saytında görüntü üçün 2016-cı ildə fondun guya hansısa toplantısının keçirildiyi barədə məlumat yerləşdirilib".
Daha sonra dia-az.life-a daxil olan materialda qeyd olunur: "Rumıniya ofisinin saytında göstərilmiş ünvan isə başqa maraqlı mətləbləri ortaya çıxardır. Buxarestdə Nicolae Balcescu 32-34 kimi tanınan bu ünvan həm də Rumıniya-Azərbaycan Ticarət Palatasının yerləşdiyi yer kimi də qələmə verilib. Əsasən Balkanlarda və digər Şərqi Avropa ölkələrində korrupsiya araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) məhz həmin palatanın Rumıniyada müxtəlif maliyyə maxinasiyaları və fırıldaqlar, çirkli pulların yuyulması məqsədilə Eldar Həsənov tərəfindən yaradıldığını ortaya çıxartmışdı (https://www.occrp.org/en/corruptistan/azerbaijan/2015/12/04/building-on-a-shaky-foundation.html). Indi isə məlum olur ki, keçmiş baş prokuror həmin qurumu pul silmək üçün yaratdığı fond üçün də çətir kimi istifadə edir. Bundan başqa E.Həsənovun Rumıniyada digərləri kimi yalnız kağız üzərində mövcud olan Azərbaycan-Rumıniya Gənclərinin dostluq cəmiyyəti və Rumıniya demək olar ki mövcud olmayan azərbaycanlılarının diaspora təşkilatı kimi saxta qurumlar yaradaraq onların da ofislərinin həmin ünvanda yerləşməsi kimi sənədləşdirmiş və bu adlar altında illərlə Azərbaycan dövlətindən vəsait alaraq mənimsəmişdir.
Başqa müəmmalı bilgilər bu fondun Rusiyadan olan Viktor Xmarin adlı nümayəndəsi ilə bağlıdır. Dünyaca məşhur Forbes jurnalının yazdığına görə özünü iş adamı kimi qələmə verən bu şəxs əvvəllər Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə əlaqəli şəxs kimi tanınsa da, sonralar hansısa şübhəli əməllərinə görə oradan uzaqlaşdırılıb. Jurnal Xmarinin yaxın dostluq münasibətlərində olduğu şəxslərdən biri kimi Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun da adını çəkir. Onun Qara dəniz-Xəzər dənizi fondu vasitəsilə hansısa biznes layihələri həyata keçirmək istədiyi barədə məlumatlar verilir ( http://www.forbes.ru/kompanii/infrastruktura/246369-bednyi-rodstvennik-pochemu-drug-putina-viktor-khmarin-ne-stal-milliar ). Maraqlı burasıdır ki, fondun nizamnaməsində onun qeyri-kommersiya məqsədilə yaradıldığı göstərilib. Daha sonra mətbuatda Andranik soyadlı erməni əsilli bir şəxsin də fondun rəhbərliyində təmsil olunması ilə bağlı mətbuatda iddialar yayılmışdı.
Daha bir ilginc iddia ondan ibarətdir ki, Eldar Həsənov vaxtilə Azərbaycanın Rumıniyada səfiri olduğu vaxtlarda katibə kimi işə götürdüyü Natali Popesku və Felisiya Skoarte adlı şəxslri fondun əməkdaşları vəzifələrinə qəbul edib. Bildirilir ki, Eldar Həsənov səfirliyin bütün gizli sənədlərini və möhürlərini saxlamaq üçün heç kimə, hətta səfirliyin diplomatlarına deyil, bu katibələrə verirmiş. Beləliklə Azərbaycanın dövlət sirləri və gizli sənədləri xarici şəxslərin ixtiyarında olub. Bundan əlavə mətbuatda E.Həsənovun Azərbaycanın yüksək vəzifəli rəsmilərindən konfidensial informasiya əldə etmək üçün məhz moldovan əsilli katibələrdən istifadə etməsi haqqında məlumatlar getmişdi ( http://www.haqqin.az/news/56739 ).
Əldə edilən dəqiqliyi şübhə doğurmayan başqa bir məlumatda təsisçiləri kimi başqa ölkələrin adı çəkilsə də, fondun fəaliyyəti üçün maliyyə vəsaitinin Eldar Həsənovun onun guya ölkəmizin mənafeləri üçün ciddi iş görəcəyi vədi ilə yalnız Azərbaycan hökumətindən aldığı bildirilir. Lakin belə məlum olur ki, fondun ofislərinin saxlanılması və ümumlikdə fəaliyyət göstərməsi üçün dövlət vəsaiti əslində Eldar Həsənov tərəfindən mənimsənilir, çünki qurumun bir neçə saytda göstərilən ofisləri əslində mövcud deyil. Kifayət qədər böyük məbləğdə olan bu büdcənin Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi vasitəsilə ayrıldığı deyilir. Burada konkret olaraq xarici işlər nazirinin müavinləri Xələf Xələfov, Nadir Hüseynov və nazirlər kabinetinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Ağadayı Ağayevin bu məsələ ilə əlaqəli olduqları iddia edilir. Beləliklə, Eldar Həsənov başda olmaqla Azərbaycanın digər yüksək rütbəli məmurlarının və reputasiyası ən azı şübhəli olan xaricilərin Azərbaycanın dövlət vəsaitinin oğurlanması sxemi içində olmalarına dair əsaslı şübhələr ortaya çıxır".
DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|