Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Tarix: Bu gün, 17:06 | Çap et
Konqresmensayağı abırsızlıq:
Söz vaxtına çəkər, deyiblər. Düz 5 il əvvəlin oktyabrında “Yeni Müsavat”da “ABŞ konqresmenləri Qarabağ səmasında - həmsədr ölkə nə demək istəyir?” sərlövhəli yazımız dərc olunmuşdu.

Yazının başlığı hər şeyi deyir əslində: Ermənistanın işğalı altında olan torpaqlarımıza AMB konqresmenlərinin övbəti qanunsuz səfərindən bəhs edilirdi. Yazını bu fikirlərlə bitirmişdik: “Beləliklə, ABŞ konqresmenləri Qarabağ səmasında “süzür”. Maraqlıdır, həmsədr ölkə nə demək istəyir?! İşğal zonasına müntəzəm uçuşların təminatı üçünmü çalışır? İndi görək ABŞ dövləti konqresmenlərin səfərlərini nə ilə əsaslandırmağa çalışacaq. Gözləyək. Amma təbii ki, təkcə gözləməməli, həm də hücum diplomatiyası, vətəndaş cəmiyyəti öz sözünü deməlidir...”

Yeri gəlmişkən, Azərbaycan XİN-in o zamankı mətbuat katibi, hazırda Fransadakı baş diplomatımız Leyla Abdullayeva Tiflisdə olsa da, sualımızı cavablandırmış, “Qarabağa qanunsuz səfər edən konqresmenlərdən biri – Cek Spayer - artıq 2018-ci ildən bizim “qara siyahımız”dadır, digər konqresmenin adı isə qanunsuz səfə etdiyinə görə müvafiq siyahıya daxil ediləcək” demişdi.

Həmçinin xatırladılmışdı ki, XİN konqresmen Frank Pallonenin də adını 2017-ci ildən “qara siyahı”ya salıb, Qarabağa icazəsiz səfər etdiyinə görə.

Baxın, Azərbaycana qarşı pislik edənlərdən, özlərini “dərə xəlvət tülkü bəy” sayanlardan biri, ABŞ Konqresindəki erməni məsələləri komissiyasının sədri olmuş Frank Pallone bu günlərdə Bakıda göründü. COP29-un imkanlarından istifadə edib, Azərbaycan paytaxtına gəlmişdi. Əslində bu dəfə də icazəsiz, çünki beynəlxalq təxbirə qatılmaq fürsəti yaranmışdı qaydalara əsasən. Amma ən azı Bakıya səfər etməzdən öncə Qarabağ separatçılarını illər boyunca dəstəklədiyinə, beynəlxalq cinayətkarlığa ortaq olduğuna, erməni diasporunun, Amerika Erməni Milli Komitəsinin (ANKA) pullarının həzm etməsinin qarşılığında Azərbaycana qarşı qara əməllərə imza atdığına, pisliklər etdiyinə görə, Azərbaycan dövlətindən və xalqından üzr istəməli, adının “qara siyahı”dan çıxarılması üçün acizanə şəkildə XİN-ə xahiş ünvanlamalı idi. Amma yox, onun məram-məqsədi bu dəfə də pislik etmək olubmuş, sən demə...

Azərbaycan dövləti yenə də böyüklük göstərdi, ölkəyə gələn bu pisi qandallayıb, həbsxanada erməni separatçıları ilə qonşu kameraya atmadı, COP29 adına gəldiyi üçün. Amma əslində görüş üçün fürsət qazanmışdı, gedib canilərlə birgə çay içərdi içəridə...Dövlətimiz humanistlik nümayiş etdirdi. Bənzər addımı hansısa azərbaycanlı deputat ABŞ-yə qarşı atsaydı, Vaşinqtonun terrorçu elan etdiyi kimlərləsə görüşsəydi, Bayden administrasiyasından tutmuş, Pentaqonadək hamısı coşardı, elə senatorlar, konqresmenlər bir-birinin ardınca “edam cəzası” kəsərdilər. Lakin dövlətimiz qonaq statusunda olanlara “xoş gəlmişsiniz” dedi. Buna baxmayaraq, COP29-da iştirak üçün qeydiyyatdan keçmiş 70 mindən artıq şəxsin içərisində olan konqresmen Pallone Azərbaycana xoş gəlməyə haqq etmədi. İstisna deyil ki, o, daha çox ermənilərə xoş gəlmək üçün ssenari qurubmuş, qaşınmayan yerdən qan çıxartmaq üçün min km-ləri qət edibmiş yenə də...

Azərbaycandakı vətəndaş cəmiyyətinin təmsilçiləri məqamında duyuq düşdülər və hüquq müstəvisində hərəkətə keçərək Azərbaycanın düşməninin ölkəmizdən rədd olmasını tələb etdilər və buna nail oldular. Deməli, 5 il öncə yazdığımız kimi, vətəndaş cəmiyyəti sözünü dedi!

Amma Pallone geri qayıdan kimi, Prezident Əliyevin kölgəsinə ...danışıb. Guya ki, Azərbaycanın dövlət başçısı iş-gücünü atıb, hansısa bir erməni köləsi ilə məşğul imiş. Anlamır ki, Azərbaycan Prezidenti bütün dünyanın diqqət kəsildiyi COP29 tribunasından pallonilərin böyüklərinə, Baydenə, Makrona, digər erməni sevdalılara sözünü dedi, özü də necə lazımdırsa.

Pallone və onun kimiləri yandıran Azərbaycanın suveren ərazilərində bayrağını ucaltmasıdır. Düz 33 il əvvəl, 1992-ci ilin elə bu vaxtlarında ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi qəbul etməklə Ermənistanın və havadarlarının işğalına məruz qalmış Azərbaycana qarşı sanksiya tətbiq etdi. O vaxt cəmi bir yaşlı müstəqil Azərbaycanın yeni yaradılan, beş nəfərinə bir avtomat düşən ordusu Ağdərəni azad edib, Xankəndiyə çatmışdı. Ermənilərdən qidalanan amerikalı konqresmenlər ölkəmizə hərbi yardımı məhdudlaşdıran qərarı qəbul etdilər və Ermənistanın sonrakı işğalına “yaşıl işıq” yandırdılar. Pallone kimilər bəşəriyyətin qara yarasıdır, təkcə XİN siyahısındakı “qara” deyil. Gərəkdir ki, bunların adam içərisinə çıxmağa üzləri, deməyə sözləri olmasın. Amma Bakıda olduğu 48 saatdan sonra geri qayıdıb, Azərbaycanda insan haqlarından danışıb, ölkəmizin qarasına zəvzəyib. Xankəndidəki xunta rejimi ilə görüşmək də insan haqlarına uyğun idi? Bəs onda nə əcəb Azərbaycanın dövlət və yüz minlərlə köçkününün insan hüququ yadına düşmürdü bu şoumenin?!

Heç şübhəsiz, oynadığı rollara, özünü ermənilər uğrunda fəda edən birisi olaraq təqdim etdiyinə görə mükafat gözləyir. Bundan əvvəl çoxlarını görmüşük. Biri də var idi, “ermənilərin nənəsi” – ABŞ Nümayəndələr Palatasının keçiş spikeri Nensi Polesi, Ermənistana gəldi, saxta “soyqırım” abidəki qarşısında saxta göz yaşı axıtdı, qonorarı artsın. Pelosi “nənə”dən sonra da Pallone ermənilərə “dədə”lik etmək istəyir...Bunlar da belə yaşayırlar, uşaq, qadın, qoca qatillərindən aldıqları pullar hesabına nadürüstlük etmək yolunu tutublar.

Kapitolidə öz tay-tuşu senator Markeylə tribunada hədyanlar söyləyən F.Pallone iddia edib ki, guya Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı “dəhşət”lərinə işıq salmaq niyyətinə görə iti qovan kimi qovulub. Amma kimsə soruşmur ki, sən qısa müddətdə Azərbaycanda “nə yatdın ki, nə də yuxu gördün?” Yuxusunu da uydurub.

Və sonda:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar. Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-ın ölkəmizə dəstəyi xatırlandı, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olunub.

Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olunub, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunulub.

Pallone özünə sual versin: niyə Avqust Pflügerin rəhbərlik etdiyi heyət Prezident səviyyəsində qəbul olunduğu halda, onu qovublar?! Özü də insan haqlarından danışmırmı? Azərbaycandakı vətəndaş cəmiyyəti təmsilçiləri və işğaldan zərər çəkən insanların tələbi əsas olub. Pallonenin iddia etdiyi kimi, onu kimsə parçalamaq niyyətində olmayıb, əks təqdirdə, 5-10 pulla tutulmuş səfirlik mühafizəçisi (Pallone mühafizəçilərin pulla tutulduğunu xüsusilə qabardır ki, erməni diasporu qonorarını artırsın-E.P.) qarşısını ala bilməzdi. Frank cəfəngiyyat söyləməkdənsə, Azərbaycan dövlətinə təşəkkür etməlidir ki, onun ölkədən təhlükəsiz çıxışına şərait yaradılıb...

Bir azdan Pallonenin ermənilərə xitabən “pulumu verin” şüvənini də eşidə bilərik... İstədiyini almasa, kiriməyəcək.

Elşad PAŞASOY - musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru