Eldar Mahmudovun "sağ əli" əmlakını satışa çıxarıb - ya aradan çıxır, ya da vəziyyətdən...
Tarix: 9-08-2016, 09:59 |
Çap et
DİA.AZ: - Ləğv edilmiş MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevlə bağlı ilginc iddiaları dünən diqqətinizə çatdırdıq. Bu gün isə DİA.AZ-a əslində hazırda həbsdə olan Akif Çovdarovdan da qat-qat əzazil bir fiqur kimi tanınan və adı bir çox qaranlıq işlərdə hallandırılan Şıxəliyevlə bağlı yeni faktlar daxil olub.
dia-az.life-a danışan məlumatlı mənbə iddia edir ki, yaranmış gərginlikdən hələ də çıxa bilməyən Mövlan Şıxəliyev əlindəki əmlakın böyük bir hissəsini satışa çıxarıb.
Mənbənin dia-az.life-a söylədikləri: "MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin təkcə baş evinin qiyməti 20 milyon manatdır və maklerlərə elə bu qiymətə də təqdim olunub. Bundan əlavə, Şıxəliyevə məxsus olan və şəhərin ayrı-ayrı yerlərində olan 10-dan artıq mənzil də hazırda satışdadır".
Mənbə iddia edir ki, bu qərarı verən Şıxəliyev ya aradan çıxmağa, ya da vəziyyətdən çıxmağa hazırlaşır.
Əlavə bilgilərimiz də olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...