“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...” - ETİRAZ
Tarix: 3-09-2016, 08:55 | Çap et
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikaya girişin pullu olması barədə Hurriyyet.org “Yeni rektorun nəzir qutusu” başlıqlı yazı dərc etmişdi. Yazıda klinikaya müraciət edən şikayətçilərə istinadla qeyd olunurdu ki, bu tibb müəssisəsinə giriş pullu – 2 manat olub. Pullu xidmətə narazılıq edən xəstələrə bildirilib ki, bu, yuxarıdan göstərişdir, Tibb Universitetinə yeni rektor təyin olunan Gəray Gəraybəylinin tapşırığı əsasında belə edilir.
Türmə, yoxsa klinika qapısı?
Bu günlərdə həmin klinikada olduq. Stomatoloji Klinikaya girişdə həmişə gördüyümüz mənzərədən fərqli bir görüntünün şahidi olduq. Qeydiyyat şöbəsində sayı artan işgüzar görkəmli xanımların işi də artıb, “şıdırğı qeydiyyat” gedir. Girişdə dayanan “bazburudlu” mühafizəçilər sanki qızıl mühafizə edirlər, klinikanın dəhlizinə qədəm qoymaq mümkün deyil, “qeydiyyatdan keçin, sonra yaxınlaşın” deyirlər. Xanımlara yaxınlaşıb, qeydiyyatdan keçib, həkim qəbuluna düşmək istədiyimizi bildirdik. - Həkiminiz kimdir? - Burda tanıdığım diş həkimi yoxdur, siz kimi məsləhət bilirsiz? - 2 manat ödəniş edin, mühafizəçilərə yaxınlaşın, onlar sizə kömək edər. - 2 manat nə üçündür? - Həkimin konsultasiyası üçün. - Bu, yeni qaydadır? Niyə? Sualı bir neçə variantda təkrar versəm də, xanımlar başlarını aşağı salıb özlərini eşitməzliyə vurdular. Ödəniş etdik. Xanımlardan biri cavab almaqda israrlı olduğumuzu görüb, mühafizəçini səsləyərək “bu xanım həkim məsləhəti almalıdır, orda hansı həkim boşdursa, aparın onun yanına” dedi. Mühafizə “barrikada”sını aşanda, pilləkənlərdə mühafizəçilərə etiraz edən, zorla müvazinətini saxlayan yaşlı bir qadın deyinirdi: “Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...” Mühafizəçi bir neçə həkimin qapısını döydü, məşğul idilər. Qırmızı xalatlı xanım, əlinin altında xəstə, şikayətimi “atüstü” dinlədi, qiymətləri xırdaladı: “Bir dişin sinirini çıxarmaq dərmanların keyfiyyətinə görə 50, 80, 100 manatdır”. Təəccüb etdiyimi görüb, “bəlkə başqa həkim sizə daha münasib qiymət deyər, bizdə belədir” deyə cavab verdi. Başqa həkim də dişlərimizin vəziyyətinə baxıb, başqa qiymətlər “oxudu”: “Vinir 200, implant 400 manatdan başlayır”.
Yuxarıdakılar işini qapıçılarla qurar
Klinikadan çıxanda ağ xalatlı bir xanıma yaxınlaşdıq. Belə təəssürat yaradırdı ki, həkimdir, xəstə sorağıyla klinikanın çıxış qapısında dayanıb. “Bu pullu xidmət nə vaxtdan başlayıb, nə səbəbə bunu edirlər” sualımıza qadın əliylə yuxarı işarə edərək dedi: “Bizlik deyil, yuxarıdan göstəriş belədir. Bu məsələnin burdakılara heç bir aidiyyatı yoxdur. Ötən ayın 1-dən qayda belə qoyulub. Biz nə edə bilərik?”, – deyə çarəsiz çiyinlərini çəkdi, narazı olmağını dili deməsə də, hərəkətləri dedi. Deyə bilmədiklərini də klinikadan çıxanda bizimlə yoldaşlıq edən başqa bir xanım söylədi: “Təzə rektor təzə qayda çıxarıb, bundan həkimlərin də hamısı narazıdır, klientləri qaçır axı, ona görə. Burda deyirlər ki, yuxarıdakılar işlərini qapıdakılarla qurur, həkimlərə də plan qoyulduğu üçün qiyməti artırmağa məcburdurlar”. Bundan öncəki yazıda Səhiyyə Nazirliyi, Tibb Universitetinin mətbuat xidmətiylə əlaqə saxlayıb, “yeniliyin” səbəbilə bağlı kiçik araşdırmamızda qeyd edilib. Nazirliyin mətbuat xidməti klinikanın təsərrüfat hesablı olduğunu bildirib. Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? İndiyə qədər hansı statusla fəaliyyət göstərib? Nazirlikdən cavab verilib ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq.
Tibb Universitetindən yuxarıdakılar...
ATU-nun mətbuat xidmətindən Günel Aslanova məsələdən xəbərsiz olduğunu deyib, klinikanın rəhbəri Alqış Səfərovun mobil telefonunu bizə verdi. Edilən zənglərimizə cavab ala bilməsək də, budəfəki aramamızda kilinikanın rəhbəri telefonu açdı. Sualımıza sualla cavab verdi: “Siz klinikanın qapısı üzərindəki lövhədə nə yazıldığını gördünüz? Dedim ki, Azərbaycan Tibb Universiterti Stomatoloji Klinika lövhəsi yazılıb . - Yox, ondan yuxarıda nə yazılmışdı? - Ondan yuxarıda nə yazıldığına diqqət etmədim. - Ondan yuxarıda Səhiyyə Nazirliyi yazılmışdı. Bu Səhiyyə Nazirliyinin orqanıdır, siz niyə, Səhiyyə Nazirliyinə müraciət etmədiniz?
Rəhbərin sualı: 2 manat nədir ki?..
- Etdik, bizə cavab verildi ki, xəstəxana təsərrüfat hesablıdır. Mətbuata demisiniz ki, 2 manat xidmət haqqıdır və Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur. Hansı qərardan söhbət gedir? - Nazirlər Kabinetinin təşkil etdiyi əsasnaməyə görə 2002-ci ildən bütün xidmət pulludur. Gedin Tibb Universitetinə maraqlanın, görün, hansı nömrəli qərarla, əmrlə Stomatoloji Klinikanın əsasnaməsi təsdiqlənib. 2002-ci ildən 2 manata ambulator xəstəlik vəsiqəsinin açılması və həkimin məsləhəti daxildir, hər yerdə qiymətlər necə artıb, amma 2002-ci ildən bəri bu qiymət olduğu kimi qalıb. Azərbaycan səhiyyəsində harda 2 manata həkim məsləhəti var? Əlbəttə, heç yerdə. Bir də axı 2 manat nədir ki, avtobusa minib, şəhərin o baş-bu başına gedəndə, bir günlük yol xərci edir... Görəsən, klinika rəhbərinin xəbəri yoxdur ki, 2 manat orta statistik bir ailənin istehlak səbətinin bir günlük, hətta elə ailələr var 2 günlük istehlak xərcidir. Axırıncı devalvasiyadan sonra 2 manata yalnız yavan çörəklə güzəranını yola verən ailələr var. Bu 2 manat itkisi belə ailələrin zibilikdən qida axtarması qədər acı nəticəyə gətirib çıxara bilir.
Baş həkimsayağı “hörmət”: “Bütün kolleqalarınıza yardım etmişik, sizə də edək...”
Baş həkim klinikaya gəlib, ona baş çəkməməyimizdən də narazılılıq etdi: “Bəs hörmətli mətbuat nümayəndəsi klinikamıza gəlib, niyə bizə xəbər etməyib? Kolleqalarınızla maraqlanın, bütün Bakı şəhəri üzrə görün indiyədək bizə müraciət edən jurnalistin hansı bizdən narazı qayıdıb. Onlar bizdən nə boyda yardım alıblar, dişlərini müalicə etdiriblər, çəkdiriblər, düzəltdiriblər, bütün hamısı da ödənişsiz. Hamısının dişiylə bağlı şikayətinə baxmışıq. Əlbəttə ki, siz də qapını döysəydız, heç imkan verməzdik ki, 2 manat da xərcləyəsiz...” Klinika rəhbərinə dedik ki, bütün jurnalistlər güzəştli kateqoriyaya aiddirsə, biz də bunu qəzet vasitəsilə elan edərik, yaz-pozu əhli də diş sarıdan ag günə çıxar. Alqış Səfərov dedi ki, nəinki jurnalistlər, bütün vətəndaşlara imkan daxilində güzəşt var: “Adi vətəndaşlar da nə kömək istəyirlər, hamısını alırlar. Heç bir bölgü, kateqoriya-filan yoxdur, hamı Azərbaycan vətəndaşıdır”.
Həkimin ixtiyarı yoxdur ambulator qeydiyyatsız xəstəni müayinəyə götürsün
Beləcə baş həkim dilxoşluq edib, “rüşvət, hörmət, xidmət” eyhamı ilə bizi yola vermək istədi. Amma növbəti sualımız onu təbdən çıxardı: - Güzəşt varsa, pullu məsləhət, pullu xidmət nəylə bağlıdır? Bu klinikaya rentgen üçün mən bir neçə dəfə müraciət etmişəm, heç vaxt 2 manat ödəməmişəm. Bəs necə olur ki, bu qayda 2002-ci ildən tətbiq edilir? Baş həkim nədənsə xoflandı: - Hələ əvvəlcə deyin görüm siz orda nəyə gülürsünüz? - Heç nəyə. Kondisionerə yaxın dayanmışıq, ola bilsin, onun səsidir. - Məgər sizin kondisioner gülməyi də bacarır? Sonra da yüksək səslə kiməsə çımxırdı: - Əəə, qapını bağla... (Səsinin tonunu dəyişdi) Doğru deyrisiz, rentgen müayinəsi pulsuzdur, amma həkim yanına gedirsinizsə, məsləhət pulludur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Başqa klinikalarla müqayisədə bu, ən ucuz qiymətdir. Azərbaycanın səhiyyə qanunvericiliyinə görə, həkimin ixtiyarı yoxdur ki, xəstəni ambulator vərəqəsiz qəbul etsin.
Zədələnmiş diş sinirindən qurtulmaq - 100 manat
- Amma klinikanızda bildirdilər ki, “konsultasiya haqqı” ötən ayın 1-dən tətbiq olunur. - İndiyədək həkimlər xəsətələri ambulator qeydiyyatsız qəbul edirdilər. Bu düzgün deyil. Məsələni nəzarətdə saxlamaq üçün universitet rəhbərliyi bu qərarı verdi. Bütün bunlar insanların sağlamlığını qorumaq üçündür. - Bəs həkimlərin müalicə xərcləri niyə bu qədər bahadır? Məsələn, bir dişin sinirinin çıxarılmasına 50-100 manat səsləndirdilər. - Bəli, elədir. Azərbaycana daxil olan bütün stomatoloji materialların qiyməti qalxıb. Stomatologiyada xərclər artıb, ona görə də müxtəlif kateqoriyalara görə qiymətlər də müxtəlifdir.
Cangüdənlər nazir üçün cibgüdənlik edir?
Ola bilsin, Stomatoloji Klinikadan razı qayıdan, dişlərini sazladan “jurnalistlər” bu yazıdan sonra Hurriyyet.org saytına və “Hürriyyət” qəzetinə diş qıcasınlar. Amma biz nəyi gördük, nəyin şahidi olduq, onu yazdıq. Klinika rəhbərinin qeyri-müəyyən cavablarından və eyhamından isə belə görünür ki, edilən “yeniliklər”ə yuxarı instansiya - Səhiyyə Nazirliyi daha çox cavabdehdir. Diş klinikasının rəhbərinin 2 manatlıq xidmətin dilə-dişə düşməsindən əndişələnməsi bir yana, üstəlik də 2 manatı cüzi məbləğ hesab etməsi də təəccüb doğurur. Hər xəstənin gündə 2 manatlıq qeydiyyatı aylıq 200 minlik, milyonluq məbləğlərə gətirib çıxarırsa, deməli, klinikanın qapısındakı cangüdənlər heç də boş yerə cib də güdmürlər. Qapıçıdan, mühafizəçidən tutmuş nazirədək hamı binəva əhalinin cibinə göz dikib. Sanki son devalvasiyanın da baiskarı bu əhalidir, indi də etdiyi qəbahətlərin bədəlini ödəyir. Manatın məzənnəsi düşdükcə xidməthaqları da qalxır. Görəsən, bu millətin məhvə məhkumluğu haqda gizli qərar verilməyib ki?!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|