Prezidentin xalqa ehtiramına kölgə salanlar - İTTİHAM VAR
Tarix: 5-09-2016, 08:38 | Çap et
İndiyə qədər Qara Deşiyin yalnız astronomik hadisə olduğu güman və iddia edilirdi. Astrofiziklərin təsəvvürlərinə belə gəlməzdi ki, Kainatın qalaktika dərinliklərində peyda olub, öz cazibə dairəsinə düşən hətta fövqəlnəhəng cisimləri və sistemləri göz qırpımında sümürüb kömürləşdirən bu kosmik fəza əjdahasının canlı təcəssümünü respublikamızın təhsil akvatoriyasında da yaratmaq olar.
Bu ağlasığmaz fantaziyanı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (bundan sonra – İnstitut) kollektivinin acizanə müşahidəsi altında Təhsil Nazirliyi gerçəkləşdirdi. Özü də dünya təhsil səltənətində analoqu olmayan fokus-priyomlar, alqoritmik gedişlər vasitəsilə. Nazirliyin bu istiqamətdə “kreativ” fəaliyyətinin motivasiya xəttinin başlanğıcını özəl komanda yaratmaq məqsədi təşkil etdi. Və əvvəlcə Bakı şəhəri üzrə Təhsil İdarəsinin işçilərinin hüququna təcavüz edildi: təhsili bilənlər nazirliyin səriştəsiz işçiləri ilə əvəzləndi. Elə həmiin məqsədlə növbəti hədəf İnstitut seçildi. Bu hədəfi dəf etmək birinci hədəfi dəf etməkdən xeyli çətin və mürəkkəb idi. Çünki təhsil idarəsi inzibati orqan olduğundan, kadrdəyişmədə “Vur nağara, çıx qırağa!” oyununu oynamaq asandır. İnstitut isə ali məktəb olduğu üçün əsasən yüksək ixtisaslı tədris-tədqiqat subyektləri ilə komplektləşdirilmiş struktur-funksional sistemdir, kifayət dərəcədə müasir dünyəvi mükəmməlliyə, dinamikaya malikdir. Deməli, nazirliyin nazirə, həm də təhsilə lazım olmayan işçilərini instituta hansısa bir sərəncamla köçürmək mümkün deyil. Bunun üçün bir silsilə məntiqsiz fokus-priyomlar lazımdır. Və bu fokus-priyomları nazirin xeyir-duasıyla nazirliyin instituta köçürüləcək bir qrup işçisi bir silsilə məzmun-xronologiya alqoritmi ilə həyata keçirdi. Nazirlik ilkin mərhələ olaraq 2014-cü ilin iyun ayında heç bir hüquqi əsas, sosial-siyasi zərurət olmadan Bakı ümümtəhsil sistemi müəllimlərini əvvəlcə imtahan elan etdiyi, sonra yuxarının nəzarətindən ehtiyatlanaraq “sınaq” adlandırdığı yoxlamaya cəlb etdi. Sınaq ixtisas bilikləri və kurikulum kimi kateqoriyalaşdırılan və ayrı-ayrılıqda tərtib olunmuş test sualları üzrə keçirildi. Halbuki respublikamızda artıq neçə ildir ki, kurikulum çərçivəli ümumi təhsil həyata keçirilir. Kurikulum terminoloji mənada tədris planı, təlim kursu deməkdir. Deməli, fənlər və kurikulum üzrə biliklər ixtisas bilikləridir, vahid metodoloji, məzmun-forma-nəticə tamlığına və bütövlüyünə malikdir. Bu bilikləri ayrı-ayrılıqda müəyyənləşdirmək isə ümumi təhsili gələcəkdə dünyəvi paradiqmal islahatı mümkün olmayan xaosa düçar etməkdir. İxtisas bilikləri sınağından çıxmayan müəllimlərin bir hissəsini nazirlik 2014-2015-ci tədris ilinin oktyabr-yanvar aylarında keçirilən ixtisasartırma kurslarına cəlb etməyi İnstituta tapşırdı. Kurikulum sınağından çıxmayan müəllimlərin isə ixtisasını nazirliyin ixtisasartırma səlahiyyəti, kompetentliyi olmayan və İnstituta təxliyyəsi nəzərdə tutulan şöbə işçiləri “artırdı”. Niyə? Dünya Bankının xalqımız üçün yüksək faizli kredit maliyyəsini nazirliyin öz işçilərinin mənimsəməsi üçün. 2014-cü ilin noyabr-dekabr aylarında nazriliyin üçnəfərlik işçi qrupu İnstituta gəldi, kollektivə təqdim olunmadan, öz məqsəd və məramını bildirmədən müəmmalı monitorinqə başladı. Şifahi sorğuya gündə 3-4 mütəxəssis və inzibati-köməkçi personal çağırıldı. Heç kimdən onun peşəkar hazırlığı, funksional səriştəliyi erudisiyası, fəaliyyəti, yaradıcılıq nailiyyətləri, perspektivləri, problemləri, müasir dünyəvi təhsilin nəzəri-praktik inkişaf tarixi, tendensiyaları, hətta 10 ilə yaxındır ki, həyata keçirilən kurikulum çərçivəli ümumtəhsil metodologiyası, interaktiv təlim metodları, resursları, diaqnostikası barədə soruşulmadı. Adi məktəb müəllimi kompetentliyinə malik olmayan işçi qrupu öz şifahi diaqnostikasını bu suallar konteksində aparırdı: Neçə yaşınız var? Neçə ildir ki, institutda işləyirsiniz? İnstitutun işindən razısınız? Sabiq təhsil naziri Misir Mərdanovun yaratdığı Kurikulum Mərkəzinin keçirdiyi kurslarda olmusunuz? Müəllifi olduğunuz tədris proqramlarının, metodik vəsaitlərin bir nüsxəsini bizə verə bilərsiniz? İnstitutun fəaliyyətini necə dəyişməyi məsləhət görərdiniz? İxtisasartırmada bizimlə əməkdaşlıq edərdiniz? və s.. İşçi qrupu gələndə institutun kollektivinə, Elmi Şurasına necə etinasız yanaşmışdısa, gedəndə də o cür getdi: kollektivlə görüşmədi, nəyi və niyə müəyyənləşdirdiyini demədi. O, gedən kimi məzhəkə monitorinqin “siluetləri” görünməyə başladı. Nazirliyin sinağından çıxmadıqlarına görə institutun ixtisasartırma kurslarını imtahanla yenicə bitirmiş müəllimlərin təkrar sınağı nazirlikdə bir daha keçirildi. Bu tragik-komik diaqnostika azmış kimi, nazirlik 1 fevral 2015-ci ildən etibarən institutun, professor-müəllim heyətinin, inzibati-köməkçi personalının ümumiyyətlə fəaliyyətini, o cümlədən ixtisasartırma üzrə tədris funksiyasını və səlahiyyətini dayandırdı. 1 fevral 2015-ci ildən 15 fevral 2016-cı ilədək institutun bütün kateqoriya işçilərinin aylıq maaşlarının 30%-i nazirliyin göstərişi ilə tutuldu. Dünya Bankının maliyyə krediti hesabına 2015-ci ilin may-dekabr aylarında institut binası əsaslı təmir edildi, lakin professor-müəllim heyətinin tədris-tədqiqat fəaliyyəti bərpa edilmədi. 2015-2016-cı tədris ilindən etibarən ixtisasartırma kursları xüsusi ayrılmış ümümtəhsil məktəbi binalarında nazirliyin şöbə işçilərinə tapşırıldı. Beləliklə, nazirlik institutun təkcə tədris fəaliyyətini yox, ixtisasartırma hüquq və səlahiyyətlərinin hamısını özününküləşdirdi. Halbuki bütün təhsil müəssisələrinin, o cümlədən ixtisasartırma institutunun təsis edilməsi və ləğvi istisnasız olaraq Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Nazirlik İnstitutu “iflic” edənə qədər onun instituta təxliyyəsi layihələşdirilən şöbə işçiləri özləri boyda kompetentsiz həmkifirləri ilə birlikdə instituta qarşı müxtəlif kütləvi informasiya məkanlarında yalançılıq kampaniyasına başladılar: guya onun professor-müəllim heyəti müəllimlərə kurikulum biliklərini, interaktiv təlim texnologiyalarını mənimsədə bilmir. Halbuki nazirlikdə kurikulum hərəkatı başlamazdan əvvəl və başlayan gündən respublikanın bütün təhsil müəssisələrindən, orqanlarından qabaq məhz İnstitutda kurikulum metodologiyasını, interaktiv təlim sistemini Amerika, Avropa, Norveç, İzrail mütəxəssisləri düz bir dərs ili ərzində institutun professor-müəllim heyətinə incəliyinə qədər mənimsətmişlər. Elə həmin 2000-ci ildən institutun kurs auditoriyalarında tədrisin aparıcı və sistemli məzmununu kurikulum paradiqmalı təlim texnologiyaları təşkil etmişdir. Müqayisə üçün deyək ki, ümumi təhsilin kurikulum islahatı sənədlərinin hazırlanmasına nazirlik 2003-cü ildə başladı və yalnız 2006-cı ildə Nazirlər Kabineti hazırlanmış Milli Kurikulumu təsdiq etdi. İnstitutun fəaliyyətini “qaranlıqlaşdırmaqda” nazirin məqsədi təkcə öz şöbə işçilərini instituta təxliyyə etmək deyil, həm də ölkə rəhbərlərini özünün təhsildə “dahiyanə” reformatorluğuna inandırmaq idi. Nə yazıq ki, nazir, eləcə də onun təhsildən xəbərsiz apologetləri institutun şərəfli fəaliyyətinə milli lider Heydər Əliyevin verdiyi mütləq həqiqət olan qiymətdən də xəbərsiz idi. Heç olmasa, indi bilsinlər ki, 4 aprel 2000-ci ildə Ulu Öndər İnstitutun 60 illiyi, münasibətilə yazdığı təbrik məktubunda deyir: “İnstitut XX əsrdə təhsilimizdə bərqərar olmuş ənənələri bu gün də davam etdirir, pedaqoji kadrların yetişdirilməsi naminə var qüvvəsini sərf edərək ölkəmizdə təhsil islahatının həyata keçirilməsinə öz töhfəsini verir. Əminəm ki, siz müstəqil Azərbaycanın milli və ümümbəşəri dəyərlər əsasında beynəlxalq standartlara, demokratik prinsiplərə əsaslanan milli təhsil sisteminin qurulması işinə, dövlətçiliyimizin inkişafına bundan sonra da sədaqətlə xidmət göstərəcəksiniz”. Bəli, bu xidmət əsasən qənaətləndirici cəviyyədə göstərilirdi də. 15 fevral 2016-cı ildə nazirliyin ixtisasca iqtisadçı mütəxəssisi Emin Əmrullayev İnstitutun yeni işçilər heyətini komplektləşdirməyə göndərildi. Bu göndəriş əslində
BƏLLİ YANLIŞ ADDIM
idi. Ona görə ki, məhz Emin və onunla göndərilmiş “təhsil dahiləri” İnstituta qarşı idilər. Güdülən məqsəd isə özlərinin İnstituta təxliyyəsini gerçəkləşdirmək idi. Əmrullayev İnstitutun kollektivi ilə görüşmədən işçilərin fərdi qəbuluna və seçiminə başladı. Yaşlı alimləri, paytaxt müəllimləri korpusunun nüfuzunu qazanmış mütəxəssisləri aldatdı ki, İnstitut artıq ali məktəb statusuna malik deyil, ona görə də sizi işdə heç cür saxlaya bilmərik, ərizənizi yazın, çıxın təqaüdə. Ərizə yazanlar da, yazmayanlar da elə həmin gün – 15 fevral 2016-cı ildə əmrlə işdən qovuldular. Əmrullayev yalan danışırdı, çünki Azərbaycan Nazirlər Kabinetinin 2 dekabr 2015-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilməsi haqqında qərarını bilərəkdən təhrif edir, yeni adın institutun qeyri-ali təhsil müəssisəsinə çevirdiyini təkidlə sübuta çalışırdı. Əslində isə qərar iki bənddən ibarətdir. 1. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılsın. 2.Azərbaycan Respublikası Nazirlərlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının “Əlavə təhsil müəssisələri” bölməsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “1.Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu”. Göründüyü kimi, qərarda, birinci, İnstitutun adı dəyişdirilir, statusu, strukturu, funksiyaları, hüquq və səlahiyyətləri toxunulmaz qalır. İkinci, İnstitut öz yeni adıyla nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına salınır. Emin Əmrullayev təkcə yalan danışmırdı, həm də təhsilimizə qarşı çıxırdı. Belə ki, Nazirlər Kabinetinin qərarıyla İnstitutun toxunulmaz saxlanılan struktur-funksional atributlarını Təhsil Nazirliyinin qeyri-hüquqi göstərişilə demontaj edir, mükəmməl ənənəvi və müasir rasional peşə səriştəliliyinə malik professor-müəllim heyətini tədris, tədqiqat, pedaqoji dəstək fəaliyyətindən ayırır, qırx minə qədər paytaxt pedaqoqlarının ixtisasartırma taleyini proqramsız utilitar-praktik təhsilləndirmə biliklərinə səthi yiyələmiş kurikulum kursları məzunlarına, yəni zəifdən zəif ümumtəhsil məktəb müəllimlərinə tapşırırdı. Nazirliyin və onun antitəhsil qrupunun İnstitutun yeni adı barədə yalanlarının apoqeyini, dediyimiz kimi, belə bir uydurma təşkil edir: guya bu ad Nazirlər Kabinetinin ali məktəblər siyahısında olmadığından institut ali məktəb sayıla bilməz. Bu yalan, ilk növbədə, Nazrilər Kabinetinin İnstitutun adının dəyişdirilməsi haqqında qərarıyla rədd edilir. İkinci, Təhsil Nazrliyinin qeyd etdiyi siyahı Nazirlər Kabinetinin yox, özünün tərtib etdiyi, öz saytına yerləşdirdiyi və
HEÇ BİR HÜQUQİ QÜVVƏSİ OLMAYAN SİYAHI
olduğu bəllidir. Özü də təkcə İnstituta, qırx minə yaxın paytaxt müəllimlərinə qarşı yox, eyni zamanda Nazirlər Kabinetinə, xalqımıza, təhsilimizə qarşı çıxmaqdır. Bu əməlin mahiyyəti üfüqlərini əhatəli qavramaq üçün nazirlik Heydər Əliyevin “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün vacib sahədir” nitqindəki leytmotivi, heç olmasa, birinci sinif şagirdi səviyyəsində qavramalı, başa düşməli, yadda saxlamalıydı: “Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatı düşünülmüş qaydada aparasınız, formalizmə yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar həqiqətən lazımdır ki, həm də Azərbaycan təhsili dünyanın inkişaf etmiş ölkələrinin təhsil səviyyəsinə ardıcıl surətdə çatdırılsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın (“Azərbaycan məktəbi” jurnalı, № 5, 1999, s.9). Nazirlik həm də bilməliydi ki, İnstitutun binasını, yüksək elmi statik-dinamik dəyərlərini Dünya Bankının kredittutumlu maliyyəsinə qurban vermək milli ixtisasartırma tariximizi, gələcəyimizi məsuliyyətli özümüzdən alıb məsuliyyətsiz özgəyə tapşırmaq deməkdir. Məhs bu fəlakətin yolverilməzliyini Ulu Öndər görərək,1999-cu ildə dövlət təhsil islahatı Proqramının təqdimatına həsr edilmiş nitqində ehtiyatlı olmağa çağırırdı: “Şübhəsiz, biz bütün beynəlxalq təşkilatların məsləhətlərinə çox diqqətlə yanaşmalıyıq. Xüsusən də Dünya Bankı ilə ki, əməkdaşlıq edirik, onun verdiyi tövsiyələri, məsləhətləri çox diqqətlə qəbul etməliyik. Azərbaycanın reallığına, milli xüsusiyyətlərinə uyğun hər bir müsbət təklifdən istifadə etməli, onu öz təhsil sistemimizdə tətbiq etməliyik. Ancaq indiyə qədər mövcud olan təhsil sistemində əldə edilmiş müsbət nəticələri və bu günün, gələcəyin tələblərinə uyğun gələn hər şeyi saxlamalı və inkişaf etdirməliyik”. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yeninidənhazırlanma İnstitutu 1 fevral 2015-ci ilə kimi, yəni onun fəaliyyəti nazirlik tərəfindən zorən dayandırılana kimi məhz Heydər Əliyevin müəyyənləşdirdiyi keyfiyyət koordinatları üzrə fəalyyət göstərir, inkişaf edirdi. İnstitutun Elmi Şurası, bütün müəllim ixtisaslarını əhatə edən kafedralar şəbəkəsi, ümumfəaliyyət şöbələri vardı. O, xarici ölkələrin 50-dən artıq ixtisasartırma müəssisələri ilə əməkdaşlıq edir, hər il təhsil keyfiyyətinin problemlərinə həsr edilmiş beynəlxalq elmi konfranslar keçirir, yüksək ixtisaslı kadrların rəhbərlik etdikləri kafedaların və şöbələrin professor-müəllim heyətlərinin tədris fəaliyyətləri onların tədqiqat fəaliyyətləri ilə tamamlanırdı. Hər il İnstitut alimləri və digər tədqiqatçıları ən azı 100 adda elmi əsərlər – kitablar, monoqrafiyalar, metodik vəsaitlər, dissertasiyalar, işləmələr, tədqiqat işləri nəşr etdirib, respublika müəllimlər və tələbələr auditoriyasına çatdırırdılar. Elmi konfranslarda xarici ölkələrin aparıcı ixtisasartırma institutları, mərkəzləri, respublikamızın, demək olar ki, bütün ali məktəbləri öz alimləri ilə təmsil olunurdu. İnstitut elmi konfransların rəngarəngliyinə və intensivliyinə görə respublikada birinci yerdə dayanırdı. Nazirlik İnstitutun uzaq və yaxın dünənini, dünya ölçümlü bu gününü, perspektivli sabahını dayandırdı, 87 yaşlı milli təhsil məbədimizi Dünya Bankının təhsil milliliyimizdən xəbərsiz olan Nyu-Yorklu təhsil ekspertinin sərəncamına təslim etdi, bununla da ən azı 40 minlik paytaxt ümümtəhsil sistemi pedaqoqlarını milli özünütəşkildən ayırıb, özgəyamsılama icraçılığına qatlaşdırdı. Qoy nazirlik, heç olmasa, indi bilsin ki, dünya pedaqogikasının tam hasil etdiyi əminliyə görə istənilən inkişaf səviyyəsində olan xalqın təhsilini elə o xalqın özü qurur, qurmalıdır,
ƏCNƏBİ “DAYILAR”
yox. Bu gün dövlətimizin öz təhsil müəssisələrini yetərincə maliyyələşdirməyə iqtisadi gücü çatır. Onda bəs paytaxtımızın yeganə ixtisasartırma ocağının Dünya Bankının sonu görünməyən kreditli maliyyəsinə tabe etdirmək hansı milli mənafe məntiqinə uyğundur? Ulu Öndər mədəniyyətimizdə, o cümlədən təhsilimizdə ücqat milliliyin havadarıydı. O, müəllimlər qurultayında ictimai əsaslarla fəaliyyət göstərməli olan Respublika Təhsil Şurasının yaradılmasının təşəbbüskarı və təşkilatçısı oldu və təsis prosesində ovaxtkı təhsil naziri Misir Mərdanova dönə-dönə tapşırdı ki, təhsil sahəsində bütün yenilikər Şuranın müzakirəsi, təklifi əsasında həyata keçirilsin. İndiki rəhbərliyin bu məqamdan da xəbəri yoxdur. Olsaydı, təhsil tariximizin salnamə tamlığını parçalamazdı: İnstitutu Dünya Bankının Soros şinelindən çıxmış əcnəbi ekspertə həmişəlik verməzdi. Özü də İnstituta bir dəfə də olsun gəlmədən, Təhsil Şurası ilə məsləhətləşmədən. Bu, Bakı İxtisasartırma İnstitutunu Dünya Bankının zaman sonu görünməyən maliyyələşdirmə - idarəetmə erspertinə verməsi və bu əsasda yaşlı alimləri milli təhsilimizin faydasız subyektləri kimi işdən qovması təkcə Ulu Öndərin tövsiyələrinə etinasızlıq deyil, həm də ölkənin indiki Prezidentinin xalqa ehtiramına kölgə salmaqdır. Respublikamızda milli manatın devalvasiyası zamanı Prezident İlham Əliyev cənablarının “Heç kim işdən çıxarılmasın, yeni iş yerləri də yaradılsın” sözlərinə əməl etməmək, ali məktəb statusuna malik institutu analoqu olmayan bir fokusla indisi və aqibəti bəlli olmayan kreditsoran “Qara Deşiyə” çevirmək cinayət əməli deyil, bəs nədir?! Qeyd etdik ki, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu 2 dekabr 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırıldılmış, onun struktur-funksional atributivliyi toxunulmaz saxlanılmışdır. Təhsil Nazirliyi və Dünya Bankının eksperti İnstitutun ixtisasartırma üzrə tədris-tədqiqat kafedralarını, ümumxidmət söbələrini, aqibəti, təyinatı bəlli olmayan bu şöbələrlə əvəzləmişlər: məzmun standartları və ixtisasartırma proqramları şöbəsi; tədqiqat, nəşrlər və tədris resursları şöbəsi; qiymətləndirmə şöbəsi; keyfiyyətə nəzarət və monitorinq şöbəsi, beynəlxalq layihələr şöbəsi; dəftərxana və İKT şöbəsi; təhsildə innovasiyalar mərkəzi; təsərrüfat şöbəsi. Struktur dəyişiklik, çox ehtimal ki, Nazirlər Kabinetindən gizlədilərək edilmişdir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (bundan sonra – İnstitut) ixtisasartırma fəaliyyətinin ideal və real dəyərsizliyini belə xülasələşdirmək olar: - İnstitutun statikası da (infrastrukturu), dinamikası da (funksional fəaliyyəti) diametral sistemsizliyə üğradılmışdır: kollektiv iki yarımkollektivə parçalanmışdır. 100-dən artıq şöbə işçiləri, inzibati-köməkçi personal institutun direktor əvəzləyicisinin və onun müavininin tabeliyində institutun binasında əyləşdirilmiş və ixtisasartırma hüququndan məhrum edilmişdir. Bu birinci yarımkollektivdən sayca və məkanca gizlədilən ikinci yarımkollektiv kimlərinsə rəhbərliyi altında hansısa ümumtəhsil məktəb binalarında ixtisas artırmır, əskildir. Hər iki yarımkollektiv pedaqoji kollektivlərdən və elmi-tədqiqat fəaliyyətindən təcrid edilmişdir. İnstitutun yarımkollektivləri arasında heç bir ünsiyyət, qarşılıqlı münasibət, fəaliyyət, proqram-məqsəd birliyi, inteqrativ qüvvə tamlığı və bütövlüyü yoxdur: nə ixtisasartırmaya hazırlıq var, nə də ixtisasartırma. - İnstitutun ali məktəb statusu heçə endirilmiş, elmi və inzibati kollegial idarəetmə orqanı ləğv edilmiş, təkbaşına inzibati idarəetmə səlahiyyətləri müəyyənləşdirilməmişdir. - İnstitutun Nizamnaməsinin indiyə kimi olub-olmaması məlum deyil. İnstitutda ara-sıra təşkil olunan kompüter məşğələləri, açıq dərs imitasiyaları rəhbərliyin fəaliyyətsizliyini ört-basdır etmək, bir də yaxın gələcəkdə formal attestasiya keçirib, institutun səriştəli mütəxəssislərini işdən qovmaq üçündür. - Rəhbərliyin kompetentsizliyi səbəbindən institut şöbələri hansı nomenklaturda ixtisasartırma məhsullarını istehsal və transformasiya edəcəklərini təsəvvür etmirlər və bu istiqamətdə heç bir iş görülmür. Bu yalançı ixtisasartıranlar dünya miqyaslı heç bir pedaqoqu, psixoloqu, paradiqmal konsepsiyanı tanımır, tanımaq istəmir, ölkəni, onun Prezidentini aldatmaqla məşğuldurlar. - Tədris fəaliyyətindən təcrid olunmuş birinci yarımkollektiv mütəxəssisləri, qeyd etdiyim kimi, 5-10 nəfərlik qruplara bölünmuş, hər qrup 40-50 nəfərlik müdavim auditoriyasına əyləşdirilmişdir. Bu dəhşətli mənzərə həm də ona görə analoqsuzdur ki, hər bir mütəxəssisə ayda cəmi 150-170 manat maaş verilir. Kreditli maliyyənin şir payı isə nazirliyin sərəncamında olan ixtisasartırma subyektlərinə çatır. Bunun isə arxasında təhsilimizə ziyan vuracaq çox şey dayanır.
İNSTİTUTUN ADI OLUB, ÖZÜ FƏALİYYƏT GÖSTƏRMƏYƏN ŞÖBƏLƏRİNDƏ YERLƏŞDİRİLMİŞ 100-DƏN ARTIQ MÜTƏXƏSSİS
təkcə tədrisdən kənarlaşdırılmamış, həm də müəllimlik hüququndan məhrum edilərək, texniki işçi ştatına keçirilmişdir. Belə ki, onlara 56 gün əvəzinə, 36 günlük məzuniyyət nəzərdə tutulmuşdur. Nyu-York eksperti özünün ixtisasartırma modelini özü həyata keçirsəydi, bəlkə də pozitiv bir nəticə gözləmək olardı. Nə yazıq ki, taleyüklü bu məsələ nazirliyin İnstitutumuza təxliyyə edilmiş, ixtisasartırma kompetentliyindən uzaq işçilərinə həvalə edilmişdir. Bu pedaqoji elegiyanı yazmaya da bilərdim. Amma onda Bakıda ixtisasartırmanın düçar edildiyi fəlakəti xalqımızdan gizlətmiş olardım. Sonda Təhsil Nazirliyimizin rəhbərliyinə iki sualım var: 1. Paytaxtın ixtisasartırma taleyini Dünya Bankının kurikulumçuluq missiyasına tabe etdirəcəkdinizsə, onda sələfinizin yaratdığı Kurikulum Mərkəzini niyə fəğv etdiniz? 2. Bakıda ixtisasartırmanı ixtisasəskiltməklə əvəz etməklə xalqımızdan kimin intiqamını almaq fikrindəsiniz? Təhsilimizdə Qara Deşik yaradanlara isə deyirəm: “Ağzınızı çəkin xalqımızın hesabına Dünya Bankından kreditsorma müftəxorluğunuzdan. Bakının Dünya Bankına satılmış milli ixtisasartırma səlahiyyətlərini özünə qaytarın.
Fikrət Əliyev, İnstitutun sabiq kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|