Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

Qeyri-peşəkarlar ümidinə qalan aqrar sektor - Ekspertlər nazirə qarşı...
Tarix: 9-11-2016, 08:53 | Çap et
Qeyri-peşəkarlar ümidinə qalan aqrar sektor
DİA.AZ: - Tam səmimi olaraq etiraf edilməlidir ki, Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında daxili və xarici siyasətimizdə əldə etdiyimiz bütün uğurların başında xalqımızın ölkə rəhbərliyinə olan güclü inamı və Prezidentimizin siyasi iradəsi, itkilərimizin başında isə Prezidentin yüksək etimad göstərdiyi bəzi yüksək ranqlı məmurların feodal təfəkkürlü düşüncələri və ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən məsələlərə qeyri-peşəkar münasibətləri dayanır. Qlobal dəyərlər baxımından işinin çoxluğuna baxmayaraq Cənab Prezident bütün müşavirələrdə ölkənin daxili və xarici siyasətinin gələcək inkişaf konturlarını tam çılpaqlığı ilə ortaya qoyur, “yol xəritə”sini cızır, qalır prioritetlərin icrasına, burada isə şəxsi maraqlarımız, qeyri-peşəkar yanaşmamız müsbət nəticələrin əldə olunmasında ciddi əngəllər yaradır.

Bəzi hallarda mətbu orqanlarda belə bir məsuliyyətsiz fikirlər irəli sürülür ki, güya Ölkə Prezidenti neft erasının bitişindən sonra qeyri-neft sektorunun inkişafına ciddi önəm verməyə başlayıb, hansı ki, neftdən gələn gəlirlərin dominatlıq etmədiyi dövrlərdə Cənab Prezidentin sərəncamı ilə “Aqrolizinq”ASC təsis edildi, dövlət büdcəsindən bu quruma ayrılan maliyyə vəsaitləri hesabına fermerlərə güzəştli qaydada texnikaların, cins mal-qaranın, mineral gübrənin və s. satışı reallaşdırıldı, 2007-ci ildən prioritet sahələrə dövlət büdcəsindən subsidiyaların verilməsinə başlanıldı, geniş tutumlu investisiya tələb edən meliorasiya - irriqasiya və digər infrastruktur layihələr həyata keçirildi. Və bu gündə aqrar sahəyə sistemli imtiyazların tədbiqi davam etdirilir, aqrar sektorun inkişafından ötəri qaldırılan bütün mütərəqqi təşəbbüslər Ölkə Prezidenti tərəfindən tam dəstəklənir. Aərbaycan dünyanın barmaqla sayılacaq ölkələrindəndir ki, kənd təsərrüfatı istehsalçıları simvolik torpaq vergisi istisna olmaqla bütün vergi növlərindən azaddırlar. Dövlət Başçısının ortaya qoyduğu siyasi iradə ilə yanaşı, Ulu Tanrı da aqrar sektorun dinamik inkişafı üçün ölkəmizə çox böyük potensiallı, geniş profilli təbii resuslar bəxş edib. Ekvator xəttinin şimal qütbündə yeləşən ölkələrindən fərqli olaraq Azərbaycana nəsib olmuş böyük ölçüdə aktiv bioloji temperatur eyni əkin sahəsindən ildə ən azı iki dəfə məhsul götürülməsi üçün əvəz olunmayan təbii baza yaradır. Keçirdiyi bütün müşavirələrdə Prezidentimiz İ.Əliyev cənabları cəmiyyətdə ciddi sosial gərginlik yaşadan heyvandarlıq və quşçuluq məhsullarında qiymət artımı məsələsinə toxunanda, bəzi məmurlar qiymət artımını xaricidən idxal olunan yem əlavələrinin və dərmanların dollarla ekivalentdə manatın məzənnəsinin aşağı düşməsi nəticəsində baş verdiyini izah etməyə çalışırlar. Tutaq ki, yerli dərman istehsalı uzaq hədəfimizdir, bəs qüvvəli yem əlavələri necə? Yuxarıda qeyd etdiyimiz təbii resus hesabına biz taxıl biçinindən sonra qısa vegetasiya müddətli (70-80 gün) soya sortları ilə sənaye texnologiyası əsasında əkin aparıb məhsul əldə edə bilərik. Özüdə bu bizim üçün yenilik deyil, bu sahədə tarixi ənənəmiz var, əski sovetlər dönəmində sənaye texnologiyası əsasında soya məhsulu istehsal etmişik. Soyanın emal məhsullarının daxılı bazarda iri quşçuluq fabrikləri, heyvandarlıq kompleksləri və bitki yağları emal edən müəssisələri kimi potensial alıcıları var. Bu qədər imkanlarımız ola-ola nədən biz soya şrotunu idxal yolu ilə buzlaq Kanadadan alıb ölkəmizə gətiririk? Məgər bu məsələlərə məsul olan şəxslər Kömrük Komitəsinin hesabatlarına baxmırlar ki, soya məhsullarının alınıb ölkəyə gətirilməsi üçün hər il milyonlarla dollar vəsait ölkədən çıxarılır. Digər aspekdən yanaşsaq, soya bitkisi əkin sahəsinin hər hektarına 200-250 kq azot topladığından torpağın uducu kompleksinin qida maddələri ilə təminatını yaxşılaşdırır və münbitliyini artırır. Keçən il biz sınaq üçün İrandan gətirdiyimiz qısa vegetasiya müddətli soya toxumu ilə buğda biçinindən sonra- iyul ayında bir hektar sahədə səpin apardıq və oktyabr ayının sonunda biçin apararaq 22 sentner məhsul əldə etdik, eyni aqrotexniki qulluq şəraitində bir hektardan digər sahələr ilə müqayisədə 15 sentner artıq buğda məhsulu götürdük.. Kənd Təsərrüfatı Nazirliyi təşəbbüs göstərərək Quşçular Birliyinin, iri heyvandarlıq komplekslərinin və “Azərsun” Şirkətinin mütəxəssisləri ilə birlikdə çox uzağa yox, bizimlə eyni coğrafi zonada yerləşən İran İslam Respublikasının bu sahədə əldə etdiyi təcrübəni öyrənmək və sonda ölkəmizdə bu işin reallaşması üçün optimal master plan hazırlayıb Hökumətə təqdim etmək əvəzinə gözləmə mövqeyi tutur, çünki təşəbbüs üçün Nazirlikdə aqrar sahə üzrə peşəkərlar çox azdır. Nə vaxtsa cənab Prezident bu məsələyə münasibət bildirsə,o zaman başlayacaqlar bu ideyadan özlərinin “reklam”ı üçün genə-bola istifadə etməyə.

Azərbaycan tarixən zəngin aqrar potensiala sahib bir ölkə kimi dəyərləndirilib, hələ sovetlər dönəmində mərkəzi büdcədən dotasiya almayaraq özünü yaşadan üç respublikadan biri olub. O zaman yerli büdcəmizin formalaşmasında əsas yük aqrar sektorun üzərinə düşürdü, pambıqçılıq və üzümçülük bu sahənin əsas lokamotivləri idi. Qəbul edək ki, M.Qarbaçov düşünülmüş şəkildə üzümçülüyü məhv etdi, bəs ənənəvi pambıqçılıq kimi strateji sahə niyə bu vəziyyətə salındı. 2015-ci ildə içi biz qarışıq olmaqla yüzlərlə istehsalçının əkin sahəsində pambıq yığılmamış qadı. Bunun adı xəyanət idi! Keçən məqaləmdə də bildirdirmişdim ki, əlacsız qalıb iki dəfə kənd təsərrüfatı nazir H.Əsədovun qəbulunda oldum və min bir əziyyətlə yetişdirdiyimiz şöhrətli “ağ qızıl”ın sahələrdə qalmamasına köməklik göstərməsini xahiş etdim. Hər iki halda nazir pambıqçılığın iqtisadi baxımdan səmərəsiz sahə olduğunu bildirdi və heç bir əməli köməklik göstərmədi. Cənab nazir, hər il təkcə 70 milyon cüt corab idxal edən bir ölkədə nədən pambıqçılıq bu qədər dəyərsizləşdirilib? Nədən biz yüksək texnologiyalar əsrində ancaq pambığın çiyidini çıxarıb satmağı bacarırıq? Əsrin əvvəlində heç bir təhsili olmayan milli messenat H.Z. Tağıyev toxuculuq fabriki açdı, insanları işlə təmin etdi, milli tekstil məhsullarımızı şöhrətə mindirdi, gəlir əldə etdi, ancaq 21-ci əsrdə biz pambıqçılığı dəyərsiz bir duruma saldıq. Yadımdadır, pambığa sahib çıxılmayan həmin dönəmdə nazir müavini Seyfəddin Talıbov (bildiyim qədər nazir müavini olana qədər Hesablama Palatasında Aparat rəhbəri olub) televiziyalardan birinə müsahibə verərkən bildirdi ki, belə şəraitdə pambıq istehsalçıları sığortadan yararlanmalıdırlar, ortada sığorta mexanizmi yoxdursa, bu halda Hökümət qarşısında məsələ qaldırsınlar, əgər Hökumətdən bizə müvafiq tapşırıq versələr, biz də həmin tapşırığı icra edərik. Bax budur kənd təsərrüfatının problemlərinə “peşəkar” yanaşma! Birincisi, möhtərəm nazir müavini bilməlidir ki, sığorta hadisəsi fors-mojor riskləri zamanı yaranır, istehsal olunmuş məhsula sahib çıxılmırsa, və yaxud satılmış məhsulun dəyəri ödənilmirsə belə halda hansı sığorta hadisəsindən danışmaq olar? İkincisi, bu gün də risklərlə əhatə olunmuş aqrar sahədə normal sığorta bazarı formalaşmayıbsa, bunun günahkarı kəndli yox, birbaşa Kənd Təsərrüfatı

Nazirliyidir. Digər halda, yaradılmış acınacaqlı vəziyyətlə bağlı Hökumətə təkliflər paketi göndərmək məhsul istehsalçısının işi deyil, bi iş ölkənin aqrar siyasətini işləyib hazırlamalı olan Kənd Təsərrüfatı Nazirliyinin işidir. Amma kənd təsərrüfatının spesifakından bixəbər olan nazir müavini də elə bilir ki, Nazirliyin işi gübrə, heyvan, tenika satmaq kimi kommersiya işləridir. Vəziyyətlə bağlı bir qrup pambıq istehsalçısı ilə birlikdə Nazirlikdə olduq. Bizi şöbə müdiri Firdovsi adlı birisinin yanına göndərdilər. Biz pambıqçılıqda yaranmış mövcud vəziyyəti ona danışdıq. Cavabının müqabilində o, bizə bir cədvəl gösrərək bildirdi ki, mən filan alimin dusturu əsasında hesablama aparmışam və müəyyən etmişəm ki, əlverlişli bazar şəraitində Gədəbəy-Qazax zonasında kartofçuluğun, Aran zonasında pambıqçılığın, Lənkəran-Astara zonasında çayçılığın iqtisadi effektivliyi vahiddən kiçikdir, ona görə də bu məhsulların idxalı yerli şəraitdə istehsalından səmərəlidir. Bax budur qeyri-peşəkarlıq! Bizim bəs subtropik iqlim qurşağında yerləşən, podzol torpaq tipinə, çayçılıq sahəsində tarixi ənənəyə sahib Lənkəran-Astara zonasında hansı kənd təsərrüfatı bitkisi əkilməlidir-sualımız qarşısında çiyinlərini çəkdi. Bəs məsələnin sosial tərəfi, ölkədən çıxarılacaq valyuta vəs. sizi düşündürmürmü, ay Firdovsi müəllim!

Ölkə Prezidentinə minnətdarıq ona görə ki, digər prioritetlərlə yanaşı pambıqçılığın inkişaf etdirilməsi, bu ənənəvi bitkinin şöhrətinin bərpası üçün siyasi iradə nümayiş etdirdi və kənd adamları da həmişə olduğu kimi bu dəfə də Prezidentimizin bu çağrışına yekdilliklə qoşuldular. 2015-ci bu siyasətin əlehinə gedən qeyri-peşəkarlar bu dəfə də ucuz “özünü reklam” axtarışında bulunaraq televiziya kanallarının qapısından əl çəkmirlər. Təzad ondadır ki, əkinçilər Prezidentimizin bu siyasətini dəstəklədiyi bir vaxtda yenə bir qrup”möhtəkir” təfəkkürlü məmur təbəqəsi əməlləri ilə süni əngəllər yaratmağa cəhd göstərirlər. Prezidentimiz xam pambığın satın alma qiymətini 8 (19%) qəpik artıran kimi başladılar istehsal vasitələrinin qiymətini 70-80% artırmağa. Əvvəlki illərdə istehsalçıya toxumluq çiyidin hər kq-ı 3 manata satılırdısa, cari ildə bu qiymət 5 manat (60%) oldu, və yaxud pambıqyığan maşın əvvəlki illərdə bir hektar sahənin pambığını 65 manata yığırdısa, indi 100 manata (54%) yığır. Belləliklə, əvvəlki illərdə bir hektara çəkilən xərc 400-450 manat təşkil edirdisə, cari ildə bu rəqəm 800-900 manat civarındadır. Əski sovetlər dönəmində kənd təsərrüfatı məhsulları istehsalçıları ilə tədarük təşkilatları arasında həmişə münaqişələr yaşanıb. Həmin dövrdə münaqişənin aradan qaldırılması üçün rayon kənd təsərrüfatı idarələrinin, kolxoz və sovxozların təcrübəli mütəxəssisləri tədarük təşkilatlarına təhkim edilirdi. Xam pambıqda nəmlik, zibillik və digər keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi dəqiqlik tələb edən texnoloji prosseslərdi, təbiidir ki, siravi pambıq isyehsalçısı diaqnostik qimətləndirmədən anlayışsızdırlar, belə olan halda istehsalçıların maraqlarını kim müdafiə edir? Niyə Kənd Təsərrüfatı Nazirliyi bəh-bəhlə yaratdığı rayon kənd təsərrüfatı idarələrinin təcrübəli, bu məsələlərdən anlayışı olan (əgər varsa) mütəxəssislərini tədarük məntəqələrinə ezam etmir? Ümumiyyətlə, Nazirliyin ölkəyə 5-10 ədəd pambıq yığan kombayn gətidiyini nəzərə almasaq, pambıqçılıqla bağlı hədəflərimizin reallaşmasında bu Nazirliyin hər hansı başqa rolunu hiss edirikmi? Əgər cari ildə pambiqçılıq sahəsində müsbət nəticələr əldə olunacaqsa, bu ilk növbədə Cənab Prezidentin və eləcə də Prezident Administrasiyasının. Iqtisadi İnkişaf Nazirliyinin və rayon icra hakimiyyətlərinin uğuru hesab olunmalıdır. Rejimin xarekterinə uyğun olaraq sovetlər dönəmində kənd təsərrüfatı məhsulları istehsalında əmək tutumu çox olduğundan inzibati əkinçilik sistemi tədbiq olunurdu. İstər üzüm, istərsə də pambıq yığımı dövründə inzibati yolla sosial təbəqəsindən asılı olmataraq bütün əhali səfəbər olunurdu, hətta həmin aylarda

toy mərasimlərinin keçirilməsi belə yasaq idi. İndi dünya həmin dünya deyil, bəs hanı Kənd Təsərrüfatı Nazirliyinin az məsrəfli və az əmək tutumlu cənaye texnologiyası əsasında pambıqçılığın inkişaf strategiyası? Nonotexnologiyaların, biotexnologiyaların, malekulyar biologiyanın kənd təsərrüfatında tədbiq olunduğu bir dönəmdə nədən çiyidin lifsizləşdiririlməsi kimi primitiv bir texnologiya bizim üçün əl çatmaz olub ki, biz lifsiz çiyidi xarici valyuta ilə Türkiyədən alırıq. Nə vaxta kimi biz balıq alacağıq, bəs balıq tutmağı nə vaxt öyrənəcəyik? Ölkəmiz dörd hakim hava kütləsinin daxil olduğu coğrafi məkanda yerləşdiyindən fəsillərin bir-birini əvəzləməsi qısa dövrdə baş verdiyindən bizim üçün qısa vegetasiya müddətli, torpaq iqlim şəratimizə uyğun, lift çıxımı və lift keyfiyyəti yüksək məhsuldar milli pambıq sortlarının əkilməsi daha münasibdir. Hanı pambıq əkin dövriyyəsində milli sortların xüsusi çəkisi? Hər il kimyəvi mübarizə tədbirlərinə külli miqdarda vəsaitin sərf edilməsi məhsulun maya dəyərini yüksəltməklə yanaşı, pestisidlərin çoxqat tətbiqi ətraf mühitin çirklənməsinə və ekoloji tarazlığın pozulmasına səbəb olduğundan, nədən bu gün pambıq sovkasına qarşı mübarizə işində süni tutuculardan və bioloji metodlardan istifadə etməyək, hansı ki, bu metodun tədbiqi üçün regionlarda kifayət qədər mütəxəssislər və keçmişdən qalma infrastruktura var. Yoxsa Fitosanitar Nəzarət Xidməti öz işini idxal-ixrac əməliyyatları zamanı sahibkarlardan topladığı “haqqı” yuxarıya ötürməklə bitmiş hesab edir. Kimsə ölkəmizdə Nazirliyin tabeliyində olan Elmi-Tədqiqat Texniki bitkilər və Bitki mühafizəsi İnstitutunun varlığını hiss edirmi? Nazirlikdə çalışan əməkdaç ürək ağrısı ilə bizə bildirdi ki, ölkə Prezidenti texniki bitkilər istehsalını artırmaq üçün tapşırıqlar verir, nazir isə struktur dəyişikliyi adı altında texniki bitkilər sektorunu ləğv etdi, indi nazirlikdə texniki bitkilər üzrə təcrübəyə sahib bir mütəxəssis belə yoxdu. Mütəmadi olaraq nazir H. Əsədov dövlət büdcəsininin külli miqdarda vəsaitləri hesabına tikilmiş bərli-bəzəkli, ümumilikdə kənd təsərrüfatının keyfiyyət mahiyyətinə zərrə qədər də müsbət təsir imkanı olmayan, amma nazirin maraqlarına xidmət edən tikliləri nümayiş etdirir. Cənab nazir bu yaxınlarda bir qrup Milli Məclisinin deputatlarına “Baytarlıq şəhərciyini” nümayiş etdirirdi. Görünüş çox gözəl idi, amma mahiyyət yox! Nə dəyişilib baytarlıq sistrmində? Müasir dünyada məscidlər çoxalıb, amma İslam dini bunun müqabilində mahiyyətini itirərək daha çox deqredasiyaya uğrayır. Yaranmışların əşrəfi olan insanın sağlamlığını özəl klinkalara etibar etdiyi bir dönəmdə, yaraşıqlı binalara dövlət büdcəsindən sərf olunan xərclərin müəyyən hissəsini kompensasiya etmək üçün bir dənə də olsun baytarlıq sahəsində özəl klinka yaradılıbmı, yaxud vahid baytarlıq nəzarət sistemi tədbiq olunurmu? Bakı şəhərində gün ərzində ən azı 800-1000 yerdə ət kəsilib satılır. Fiziki baxımdan mümkündürmü ki, bu qədər pərakəndəlikdə kəsilən heyvan ətindən nümunə götürülsün, diaqnostik analizlər aparılsın və sonda satışa rəsmi icazə verilsin? Bizim yaxın qohumlarımız Bakı şəhərində ət satışı ilə məşğuldurlar. Etiraf edirlər ki, əvvəlki dövrlərdə olduğu kimi indi də sahə baytar həkimləri ilə “dil tapıb” ət satışını həyata keçirirlər. Məhsul istehsalçısı kimi etiraf edirik ki, qarşılaşdığımız problemlərin həlli rayon icra hakimiyyətlərində aqrar şöbələrin mövcudluğu dönəmində daha effektli olurdu, nəin ki, kənd təsərrüfatı idarələrinin fəaliiyət göstərdiyi indiki dönəmdə, çünki nazirlik heç bir vaxt rayon icra hakimiyyəti başçıları qədər həmin rayonda dövlət idarələrinin fəaliyyətlərinin koordinasiya olunması, problemlərə operativ münasibət göstərmək gücündə ola bilməz.. Hesab edirik ki, ölkənin maliyyə sıxıntıları keçirdiyi bir vaxtda yüz milyon manatdan çox vəsait xərcləyərək 40 rayonda belə dəbdəbəli binaların tikilməsi ölkəmizin aqrar sahəsinə effektli heç nə verə bilməz. Təsəvvür edin ki, Ölkə Prezidentinin Sərancamı ilə “Aqrolizinq” ASC Nazirliyin tabeliyindən çıxarılıb müstəqil qurum kimi və yaxud özəl bir qurum kimi fəaliyyət göstərəcəyi təqdirdə indiki yanaşma ilə ölkədə Kənd Təsərrüfatı Nazirliyinin varlığı hiss olunacaqmı? Bu qədər vəsaiti ictimai baxımdan (şəxsi maraqlar

baxımından yox) səmərəsiz yerə xərcləməkdənsə 10-15 səviyyəli uşağın xarici unversitetlərdə biotexnologiya, malekulyar biologiya, virusologiya, hibrid toxumçuluq üzrə seleksiyaçı vəs. sahələr üzrə müasir çağrışlara cavab verəcək mütəxəssislər hazırlansaydı, biz aqrar sahədə daha effektli nəticələr əldə edərdik, çünki kənd təsərrüfatının elmi yanaşmaya böyük ehtiyacı var.

Bütün danışıqlarında nazir H. Əsədov şəstlə bildirir ki, Cənab Prezident məni nazir təyin edərkən ilk növbədə dövlət tərəfindən verilən subsidiyalarda mövcud olan neqativ halların aradan qaldırılması barədə konkret tapşırıqlar verib. Bəs kimin təqsiri üzündən Prezidenti narahat edən əyri-əskikliklərə yol verilib? Nazirlikdə subsidiyaların verilməsi ilə bağlı yardılmış işçi qrupunun rəhbəri və “Aqrolizinq”ASC-də Müşahidə Şurasının sədri sizin də hesablaşdığınız İlham Quliyev olub. Mən bu adamı Nazirlikdə “kuru”nun rəisi olandan tanıyıram. O dövrdə sabiq nazir İrşad Əliyev nazirlik işçilərinin kütləvi etirazlarına baxmayaraq onu “kuru”nun rəisi təyin edə bildi. Və İ.Əliyevin çətiri altında o ölkənin aqrar-sənaye kompleksinin bütün stünlarını məhv etdi. Sonra sələfiniz İsmət Abasovun dönəmində nazirlikdə əsas söz sahibinə çevrildi, bütün maliyyə maxinasiyalarının başında bu adamın adı çəkilirdi. Ümumiyyətlə İ.Quliyevin qafasında aqrar sektora xeyir gətirəcək heç nə yoxdur, amma üç işin - ilk növbədə istənilən halda “qarayaxma” işinin, işi aşana kimi rəhbərə müthicəsinə yaltaqlıq etməyin və maliyyə maxinasiyalarının mahir ifaçısıdır. Hesab edirəm ki, onun bu keyfiyyətləri sizin maraq dairənizlə üst-üstə düşdüyündən onunla hesablaşırsınız və hətta prezidentin iradəsinin əlehinə gedərək “yüksək xidmətlərinə” görə qeyri-peşəkar bir insana “Əməkdar kənd təsərrüfatı işçisi” kimi fəxri adın verilməsinə də nail olursunuz. “Aqrolizinq”ASC-də və subsidiyaların verilməsində baş vermiş maliyyə fırıldaqlarına görə məsuliyyət daşıyan bir insana bu dərəcədə “səxavətlə” yanaşmanın başqa nə adı ola bilər? Rayonlar səviyyəsində isə bu işlərə rayon icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri rəhbərlik ediblər. Deməli, neqativ halların yaranması respublika və rayon komissiyalarının ya səhlənkarlıqlarının, ya da şəxsi maraqlarının ucbatından baş verib. Respublika İşçi Qrupun rəhbəri İlham Quliyevə göstərdiyiniz sayğını qeyd etdik, əksər rayonlarda da kənd təsərrüfatı idarələrinə rəis siz tərəfdən müavinlər təyin olunub. Məntiqlə bu məsələyə yanaşdıqda belə bir nəticəyə gəlmək olar ki, subsidiyaların veriməsində yol verilmiş maliyyə pozuntuları sizin etimad göstərdiyiniz məsul şəxslərin məsuliyyətsizlikləri və şəxsi maraqları ucbatından baş verməyibsə, onda “yad planetlilər”in təqsiri ucbatından baş vermişdir! Digər bir məsələ isə dövlət büdcəsindən subsidiyaların indiki qaydalar çərçivəsində verilməsinin effektiv nəticəsinin olmamasıdır, başqa sözlə subsidiyaların verilməsindən əvvəlki 2006-ci ilin statistik hesabatlarının subsidiyaların verildiyi dövrlərin illik statistik hesabatları ilə müqayisəsində məhsuldarlıq göstəricilərində ciddi bir müsbət dinamikanın olmadığını görmək olar. Əksinə subsidiyaların verilməsinə şablon yanaşma nəticəsində taxılçılığın eksintensiv yolla inkişafına stimul yaranıb, ümumu əkin strukturasında taxıl əkinlərinin xüsusi çəkisi artıb, növbəli əkin dövriyyəsinin tədbiqində ciddi əngəllər yaranıb, uzun müddət bir ərazidə taxıl əkilməsi spesfik xəstəlik və ziyanvericilərin artmasına səbəb olub və ən başlıcası “işbazlar”ın asan qazanc əldə etməsinə münbit şərait yaradıb. Mənim tanıdığım bir “işbaz” 500 hektar dövlət fond torpağını uzun müddətə icarəyə götürüb, özü isə Bakıda kommersiya fəaliyyəti ilə məşğul olur. Bu adam hər il həmin sahəni şumlatdırır və 100-120 kq keyfiyyətsiz taxılla səpin apatdırır və il boyu taxıl sahəsində heç bir aqrotexniki qulluq işi aparmır, son nəticədə hər hektardan 14-15 sentner məhsul götürür. Niyə torpaqdan bu şəkildə istifadə edirsən deyənlərə cavab verir ki, əlavə xərc çəkmək mənə sərf eləmir, götürdüyüm məhsul mənim cüzi xərclərimi kompensasiya edir, hələ xərclikdə qalır, əsas odur ki, heç bir əziyyət çəkmədən onsuzda hər il 45 min manat subsidiya alıram.Yaxud,

digər bir imkanlı adam müxtəlif yollarla əldə etdiyi böyük həcmdə dövlət fond torpaqlarını subicarəyə verir, sonda heç bir əziyyət çəkmədən dövlətdən iri məbləğdə subsidiya alır, torpağı faktiki əkən istehsalçı isə bu yardımdan yararlana bilmir və maliyyə sıxıntısı ucbatından normal əkin-biçin işləri apara bilmir. Təəssüf ki, yanlış subsidiya siyasəti nəticəsində torpağa bu cür münasibət göstərən “işbazlar” çoxalıb. Subsidiyaların effektiv nəticəsinin aşağı olmasının digər bir səbəbi də verilən subsidiyaların məhsuldarlığı artıracaq texnoloji prosseslərdə iştirakçı olmamasıdır. Konkret 2015-2016-cı təsərrüfat ilində əkinçi buğda toxumu alanda, şum qaldıranda, səpinə hazırlıq işlərini görəndə, səpin aparanda, digər aqrotexniki qulluq işləri (gübrələmə, alaqlara və vələmirə qarşı kimyəvi mübarizə işləri, vegatasiya suvarmaları və s.) görəndə, biçin və məhsulun daşınması proseslərində subsidiyadan yararlana bilmədi. Əlverişli kredit bazarın yox, subsidiyanı verməmisən, normal şərtlər əsasında məhsula sahib çıxmırsan, bəs onda sosial qayğılar içində çapalayan əksər əkinçi böyük məbləğdə (əkinçi üçün böyük, sizin üçün xırda) maliyyə imkanları tələb edən , sonucda məhsuldarlığın artımına xidmət edən çox saylı vacib texnoloji prosesləri necə reallaşdırsın. Təbiidir ki, rallaşdıra bilməyəcək və bunun da müqabilində yüksək məhsul əldə edə bilməyəcək. Hesab ediri ki, yanacaq və motor yağlarına görə verilən yardım faktiki əkilmiş sahəyə görə verilə bilər, çüki burada əkin növünün məsələyə aidiyyatı yoxdur, amma dövlətin prioritet hesab etdiyi bitkiçilik sahələri üzrə (pambıq, buğda, çəltik, çay, tütün, fındıq, barama və s.) subsidiyalar son məhsula görə verilməlidir. Adını şəkdiyimiz bitkiçilik sahələri üzrə istehsal olunmuş məhsulu tədarük edəcək bəs qədər dövlət və yaxud özəl tədarük sistemi mövcuddur. Tutaq ki. Taxıl Fondu. Qeyd etdiyimiz kimi bu Fondun yaradılmasında dövlətin əsas hədəfi daxili bazarın təlabatı həcmində yerli istehsalçıdan buğda tədarük etməkdir. Fondun aidiyyatı qurumlarla birlikdə müəyyənləşdirdiyi buğda sortları üzrə əkin aparılır, yüksək aqrofonda becərilmiş Hökumətin təsdiq etdiyi keyfiyyət parametrlərini ödəyən sahələr Nazirliyin yerli mütəxəssislərinin və tədarük təşkilatlarının nümayəndəsinin iştirakı ilə müəyyənləşdirilir. Buğdanın tədarükü üçün əlverişli və optimal şərait yaradılır, həm keyfiyyət, həm də fitosanitar sertifikatların verilməsi işi tədaarük məntəqələrində təşkil edilir ( örnək olaraq Cənab Prezidentin yaratdığı ASAN XİDMƏT-in xidmətləri). Buğda biçin prossesidə tədarük olunur və mülkiyyətçinin satdığı buğdanın dəyərini tədarük təşkilatı onun bank hesabına köçürür. Tədarük prossesi qurtardıqdan sonra mülkiyyətçi satış barədə qaimə-fakturanı və digər sənədləri rayon komissiyasına təqdim edir, rayon komissiyası elektron formada yekun cədvəli Pespublika Komissiyasına göndərir. İşçi Qrupu tərfindən rayon komissiyalarının yekun cədvəli tədarük təşkilatlarının Nazirliyə təqdim etdikləri hesabatlar əsasında dürüstləşdirilir, Komissiyanın müsbət qərarından sonra Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsi trəfindən istehsalçılar tərəfindən satılan buğda, pambıq, tütün, çəltik, çay, barama məhsullarına görə ödənilməli olan vəsaiti vətəndaşların plastik kart hesabına ödənilməsini təmin edir. Təbiidir ki, mülkiyyətçilər tərəfindən istehsal olunub satılan məhsula görə subsidiyan verilməsinin prinsipləri və hər bir bitki növünə görə sibsidiyanın həcmi Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək Qaydalarda daha müfəssəl formada həllini tapmalıdır. Son məhsula görə subsidiyanın verilməsi aqrar sektora hansı töhfələrini verə bilər:

1.Neqativ hallar aradan götürüləcək, “işbazlar”ın manevr imkanları daralacaq. Subsidiya torpaq mü mülkiyyətçisinin satdığı məhsulun həcminə görə veriləcək, konkret halda kim daha çox keyfiyyətli məhsul istehsal edib satacaqsa dövlət büdcəsindən verilən yardımdan daha çox yararlanacaq. Artıq bu şərtlər çərçivəsində tədarük təşkilatlarına satılan məhsulun neçə hektar sahədə istehsal etdiyi ciddi önəm kəsb etməyəcək, istehsalçını vahid əkin sahəsindən daha çox və daha keyfiyyətli məhsul istehsalı maraqlandıracaq.

2. Ölkənin mühüm kənd təsərrüfatı məhsulları üzrə daxili bazarının təlabatı yerli istehsal hesabına təmin ediləcək, bu sahədə idxaldan asılılıq tam aradan qaldırılacaq.

3. Torpaqlardan səmərəli istifadənin səviyyəsi yüksələcək, müxtəlif yollarla böyük həcmdə Dövlət Fond torpaqlarını ələ keçirmiş “işbazlar” subsidiya sisteminin bu qaydada veriləcəyi təqdirdə məhsul istehsa etməyə məhkum olacaqlar, əks halda torpaqlar geri alınacaq.

4. Şaxələndirilmiş subsidiya sistemi ixtisaslaşmanı dərinləşdirəcək və olduqca ciddi əhəmiyyət kəsb edən növbəli əkinçilik sisteminin tədbiqinə geniş imkanlar yaradacaqdır.

5. Əkin torpaqlarının konsalidasiyası prossesini sürətləndirəcək və s.

Aqrar sahənin intensiv inkişafına birbaşa əngəllər yaradan problemlərin həllini qeyri-peşəkərlardan formalaşdırılmış Kənd Təsərrüfatı Nazirliyinin ümüdünə qoymaq olmaz. Hesab edirik ki, dövlət dəstəyinin effektivliyini artırmaq, problemlərin həlli istiqamətində səmərəliliyi gücləndirmək baxımından Cənab Prezidentimizin müvafiq Sərəncamı ilə alimlərin, təcrübəli mütəxəssislərin və sahibkarların yer alacağı və ictimai əsaslarla fəaliyyət göstərəcək Aqrar Şuranın yaradılması daha uğurlu addım olardı.

Ruslan Həsənov,
Iqtisadçı-ekspert, fermer

Vaqif Məmmədov
alim-aqranom. ekspert
DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru