İcra başçısı Xızını kimlərə peşkəş edib? - Sensasion dosye
Tarix: 29-12-2016, 09:31 | Çap et
Son günlərin tənqid hədəfində olan icra hakimi Xəzər Aslanovdur. Yardımlını “fəth” etdikdən sonra Xızıda “fətir” yapan icra başçısının bərbad idarəçiliyi göz qabağındadır. X.Aslanov faktiki olaraq rayonu başdı-başına buraxıb və kommersiya tərəflərini fikirləşir. Onun vecinə deyil ki, Xızının problemlərinin axırı necə olacaq. “Gündəm-xəbər”in araşdırması zamanı məlum olub ki, icra başçısı Xızını məmurların oylağına çevirib. Onun funksiyası icra hakimliyindən daha çox, bələdiyyə sədrliyidir. Çünki Xızıdakı torpaqları iri ranqlı məmurlara peşkəş edən X.Aslanovu bura maraqlandırmır. Fikirləşir ki, Yardımlı kimi Xızını da nə vaxtsa tərk edib başqa bir regiona təyinat alacaq. Əslində, Xızı Bakıdan cəmi 100 kilometr aralıda yerləşir. Amma yüzlərlə problemlə baş-başa qoyulub. Hətta ucqar Lerik və ya Daşkəsəndə bu problemlərə rast gəlmək olmaz. X.Aslanovun rəzil idarəçiliyi nəticəsində və yarıtmaz müavinlərinin tamahkarlığı sayəsində rayon geridə qalıb. 17 min əhalisi olan Xızı rayonunda aptek, yanacaqdoldurma məntəqəsi və bazar olmaması haqda bu günlərdə məlumat yayıldı. Əhali bu cür problemlərdən ciddi əziyyət çəkir. Rayonun icra başçısı Xəzər Aslanov və yeni deputat Hacı Salayevin problemlərə biganə qalmaları etiraz doğurur. Amma təkcə bu problemlərlə iş bitmir. Məsələn, su problemini qeyd etmək olar. Məşhur nəğmənin sözlərini bu günə müqayisə etsək, “məni heyran etdi Xızı dağları” yox, “problemləri” alınar.
Köçkünlərin evi satılıb, Altıağac məhv edilir
Bu dəqiqə Altıağac qoruğunu məhv edirlər. Zeynəb Xanlarova Milli Məclisdə çıxış elədi, haraya çağırdı, prezidentə üz tutdu. Xeyri olmadı. Sakinlər bildirirlər ki, Altıağacda torpağın sotu 8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500- 3000 manat arası dəyişir. Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı istirahət mərkəzlərinə çevrilib. Bundan əlavə, məcburi köçkünləri yaşadıqları yerdən (keçmiş Maşın Traktor Stansiyasının yanı) köçürüb, Cəfər Cabbarlının heykəlinin qarşısında tikilən evlərə yerləşdirəcəkdilər. Plana salınan yerdə isə park salınacağı deyilirdi. Həmin evləri isə başqalarına satıblar. Bu işin arxasında icra başçısı dayanır. Ən dəhşətlisi odur ki, həmin evlər magistral yolun üstündə yerləşir deyə həyətlərində toyuq-cücə, mal-heyvan saxlanması qadağan olunub. Bildirilib ki, bu ərazidən ölkə rəhbərliyi, məmurlar, icra nümayəndələri keçir deyə görüntü pozulmamalıdır. Camaatın yeganə dolanışığı olan heyvandarlıq rəsmən yasaqlanıb. Torpaqlar isə məmurlar arasında bölüşdürülüb. Məsələn, AzTV sədri Arif Alışanovun mülklərinin sayına daha biri əlavə olunmaqdadır. Oliqarxa çevrilmiş, böyük maliyyə imkanlarına sahiblənmiş Alışanov günbəgün malikanələrini artırır. AzTV sədri Xızıda özünə dəbdəbəli saray tikdirir. Bu barədə rayondan daxil olan məlumata görə, A.Alışanov 6 hektar ərazidə böyük imarət ucaldır. Hazırda intensiv tikinti işləri aparılır və əsasən xızılı tikinti işçiləri burada çalışır. AzTV sədrinin villası Xızının yüksəkliyində, səfalı bir ərazisində yerləşir. Alışanovun malikanəsi 6 hektar ərazidə yerləşsə də, ilanlardan qorunmaq üçün yenə də tədbirlər görülür. Hazırda villanın çəpərlənməsi və yaşıl rəngə bürünməsi işlər davam etdirilir. Bu da sürünən heyvanlarının qarşısını kəsməyə hesablanıb.
Xızının MTN-çi deputatının varidatı
Əldə etdiyimiz bilgiyə görə, Alışanov bir neçə dəfə imarətində işlərin gedişi ilə tanış olmaq üçün Xızıya baş çəkib. Amma ümumi gedişata etibar etdiyi yaxın bir adamı nəzarət etdiyi xəbər verilir. O da qeyd olunur ki, Alışanovun Xızının icra başçısı ilə sıx əlaqələri var. Xəzər Aslanov ona rayonda bu imkanları yaradıb. Amma dövlət televiziyasının direktoru hansı maliyyə hesabına malikanələrinin sayını artırır, bu barədə bizdə heç bir məlumat yoxdur. Xızının deputatından da ciddi narazılıq var. 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı seçicilərinin, seçicilər isə millət vəkilinin yadından çıxıb. Salayev Hacı Baba oğlu nə həmkarlarının, nə spikerin, nə də seçicilərinə yadına düşür. 2015-ci ildə mandatını qoltuğuna vurub gedən H.Salayevin biznes işi o qədər gərgin, sıx qrafiklidir ki, parlamentdə fəallıq göstərməyə, seçiciləri ilə görüşməyə vaxtı olmur. Onun Milli Məclisin iclaslarında iştirak edərkən hər hansə təkliflə çıxış etdiyini görən olmayıb. Sumqayıt və Xızı seçiciləri deyirlər ki, ölkədə manatın ucuzlaşması, əhalinin kredit, kommunal, işsizlik və başqa sosial problemləri H.Salayevi maraqlandırmır. AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohum olduqdan sonra MM üzvü Hacı Salayev biznes imkanlarını daha da böyüdüb. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də «Trust» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Onun MTN zabiti olması sabiq nazir Eldar Mahmudovla əlaqələrini araşdırmağa əsas yaradıb. Bu da Salayev üçün yeni təhlükəli situasiyadır. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır.
Eks-başçıdan şok sözlər
Bu arada Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından olan Maksim Musayev də Xızının icra başçısına ağır ittihamlar irəli sürüb: “Mənə çox ağır gəlir ki, alın təri tökdüyüm o rayonda problemlər başdan aşır. 20 ildir ki, əhali maşınlarda satılan suyu pulla alır. Digər rayonlarla müqayisədə Xızı çox-çox geridə qalıb. Halbuki Bakı ilə 90 kilometr arası var. Azərbaycanda Bakıya belə yaxın olan Xızı kimi cənnət guşəsi yer yoxdur. Heç vaxt Xızının mərkəzində və Altıağacda yanacaqdoldurma məntəqəsi olmayıb. Rayonun girişində birini tikiblər. Onun da işləməsinə imkan vermirlər. Bu barədə müxtəlif söhbətlər eşitmişəm. Benzini beş litrlik su qablarında, yaxud da iki litrlik pivə qablarında evlərdə satırlar. Xəzər Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir. İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda. Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan. Bu, prezident İlham Əliyevin siyasətinə olduqca zidd metoddur. Bu insan harada tikinti gedirsə, dərhal onu sökdürür. Kafe var ki, orada toyuq hini tikmək istəyiblər. Görən kimi deyib ki, məndən icazəsiz bunu niyə tikdirmisən? Müavinlərini göndərib həmin toyuq hinini dağıtdırıb. Ən qəddar müavinlərindən biri Arzu adlı məmurdur. Onu da əfsuslar olsun ki, hələ o zaman icra başçısı olarkən mən işə götürmüşəm və bu sahədə özümün günahımı boynuma alıram. Məcburi köçkün idi, qalmışdı işsiz. Onu işlə təmin etdim. İndi onu Xəzər Aslanov özünə müavin götürüb, dağıdan qüvvə də odur. Heç cür razılaşa bilmirəm ki, icra hakimiyyətinin rəhbərləri içərisində hər üçü də kənardan gəlmələrdir. Yerli əhalinin nümayəndələri Xızı rəhbərliyində təmsil olunmurlar. Bu balans pozulub, bir rayonu yaradanda yerli əhalinin kadrlarına, Gürcüstandan qaçıb gələnlərə və Orta Asiyada qovulan məhsəti türklərinə də vəzifə vermişdik. Hansı kafedə bir köməkçi bina tikilirsə, Xəzər Aslanov dərhal oraya çökür.
Başçı qardaşının və müavinlərin oyunu
“Gündəm-xəbər”in məlumatına görə, 2012-ci ildən Xızıya rəhbərlik edən keçmiş əməliyyatçı Xəzər Aslanov geridə qalan 4 ildə Xızı camaatının sözügedən dərdinə şərik çıxmayıb. İcra başçısı öz malikanəsində fasiləsiz su ilə təmin olunub, təm-təraqlı icra hakimiyyəti binasında da bu problem yaşanmır deyə bu balaca rayonun böyük dərdi onun gözünə görsənmir. X.Aslanovun yerli sahibkarların fəaliyyətinə yersiz müdaxilələri rayonda özəl sektoru çıxılmaz duruma salıb. Tikinti şirkətlərinin əsasən icra başçısının müavini Azər Əlizadə və başçının qeyri-rəsmi sağ əli Arzu Əzizovun nəzarətində olduğu deyilir. Azər Əlizadənin qardaşına məxsus olduğu bildirilən "Cəlal inşaat" şirkəti tenderlərin əbədi qalibidir və maxinasiyalar bu şirkətin əli ilə aparılır. Hazırda rayonda bir aptek var ki, o da hər zaman işləmir. Əhali dərman üçün Sumqayıta gedir, yaxud da ən kritik məqamda təcili tibbi yardıma üz tutur. Uzun zamandan sonra açılışı olan Xızı rayon Mərkəzi Xəstəxanası fəaliyyətə başlayıb. Ancaq tibbi xidmətin səviyyəsi insanları qane etmir deyə paytaxta gedirlər. Xızıda normal cəmi 2 kiçik ərzaq dükanı, bir poçt, bir bank filialı var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|