"7 nəfərlik ailə çətin durumda, kirayədə qalır..." - ŞİKAYƏT VAR
Tarix: 17-01-2017, 08:14 | Çap et
Ağdamdan məcburi köçkün düşən Əsgərovlar ailəsi 1993-cü ildən Bərdə rayonu, Alpoud kənd orta məktəbinin binasında məskunlaşıblar.
2000-ci ildə ailə başçısı ağır xəstələnib. Məktəb direktoru, kənd icra nümayəndəsi və rayondakı vərəm dispanserinin baş həkimi ailə başçısının xəstəliyinə görə bu ailənin məktəb binasından çıxarılmasına qərar veriblər. Həmin ildən ailə kirayədə yaşamaq məcburiyyətində qalıb. 2013-cü ildə rayonda məcburi köçkünlərə binalar inşa olunur. Əsgərovlar da mənzil üçün yerli icra hakimiyyətinə müraciət etsələr də, bildirilib ki, fərdi mənzildə yaşadıqlarından və ailə başçısı vəfat etdiyindən, onlara mənzil düşmür. Əsgərovlar məsələni aydınlaşdırınca, mənzillər paylanıb qurtarıb. 2015-ci ildə rayonda məcburi köçkünlərə yenə binalar inşa olunub. Əsgərovlar ailəsi bu dəfə də bəxtlərini sınayıblar.
Şüşə Əsgərova deyir: “Yenə icra hakimiyyətinə və “Qaçqınkom”a müraciət etdik. Uzun müddət cavab ala bilmədik. Məcbur qalıb Bakıya – “Qaçqınkom”a getdik. Bu dəfə bizə bir məktub verdilər. Orda qeyd olunmuşdu ki, guya tikilən binalardan birində bizə mənzil verilib. Soruşduq ki, niyə bu məktubu bizə göndərməyiblər. Dedilər, guya Bərdədə qaldığımızdan, ünvanı tapa bilmədikləri üçün göndərə bilməyiblər”.
Əsgərovlar, sevinə-sevinə, üz tutublar məktubda qeyd olunan “Bərdə rayonu, yeni yaşayış kompleksi, bina 14, mənzil 8” ünvanına. Ancaq məlum olub ki, mənzildə başqa köçkün ailəsi yaşayır. Yenə iş qalıb rəsmi qurumlara müraciət etməyə. Baş Prokurorluq, Ombudsman Aparatı ilə yanaşı, ailə Heydər Əliyev Fonduna da üz tutub. Hələlik, ailəyə təkcə Fonddan cavab gəlib. Məktubda qeyd olunub ki, məcburi köçkünlər üçün inşa olunan yaşayış komlekslərinə yalnız zərurət yaranan inzibati binalarda məskunlaşmış köçkün ailələri köçürülür. Şüşə Əsgərova bu cavabla razılaşmır. Onun fikrincə, “Qaçqınkom” və yerli icra hakimiyyəti yeni tikilən binalardakı evləri köçkünlər arasında ədalətli qaydada bölüşdürmür:
“7 nəfərlik ailə çətin durumda, kirayədə qalır. Biz hər dəfə yerli icra hakimiyyətinə və “Qaçqınkom”a müraciət edəndə deyirdilər ki, çalışın, kirayədə qaldığınız evdən çıxmayın ki, yeni binalar tikiləndə sizə də ev düşsün. İcra hakimiyyəti başçısının və “Qaçqınkom” sədri Əli Həsənovun qəbulunda olanda, şəxsən özləri söz veriblər ki, yeni tikilən binalardan bizə ev veriləcək. Hətta şöbə rəisi Elman İsmayılov da deyib ki, “bacı, niyə əziyyət çəkib gəlmisiniz, sizə söz vermişəm, ev veriləcək”. Ancaq sonradan məlum oldu ki, bizi aldadıblar. O binalardakı evlərin çoxu başqa yerdə evi, imkanı, pulu olana verilib, bizim kimi ailələrsə çöllərdə qalıb”.
Bərdə rayon İcra Hakimiyyətindən bildirilib ki, Əsgərovlar ailəsi, məcburi köçkünlər üçün bütün imtiyazlardan istifadə etməklə, Bərdədə kirayədə yaşadıqlarına görə kənarda qalıblar: “Dəfələrlə müraciət ediblər, onlara bildirilib ki, həmin yaşayış komplekslərinə yataqxanalarda, tibb və təhsil müəssisələrində, tikintisi yarımçıq qalmış binalarda və digər obyektlərdə məskunlaşan köçkünlər köçürülür. Fərdi mənzillərdə kirayədə yaşayan köçkünlərə isə yalnız qeyd olunan yaşayış yerlərindən köçürülmələrdən sonra növbə çatacaq.
- Ancaq bu ailəyə verilən məktubda qeyd olunub ki, mənzil verilib, hətta mənzilin ünvanı da qeyd edilib...
- Biz onlara belə məktub verməmişik, heç belə bir səlahiyyətimiz də yoxdur. “Qaçqınkom”la aydınlaşdırsınlar. Bizim vəzifəmizə daxil olan yalnız inzibati binalarda, yarımçıq tikililərdə, köçürülməsi zəruri olan yataqxanalarda məskunlaşanların siyahısını tutub “Qaçqınkom”a təqdim etməkdir”.
Hüquqşünas Namizəd Səfərov deyir, Əsgərovlar ailəsi “Qaçqınkom”un onlara mənzil verilməsi ilə bağlı məktubunu əsas götürərək, quruma qarşı məhkəmə iddiası qaldıra bilər: “Heç bir qanunda yazılmayıb ki, kirayədə yaşayan köçkünə ev verilməsin. Qanunvericiliklə bütün köçkünlər yeni salınmış köçkün şəhərciklərində bərabər qaydada yerləşdirilməlidir. Əsgərovlar ailəsi məhkəməyə müraciət edə, hüquqlarına hüquq müstəvisində sahiblənə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|